Fələstin Ramallah səfəri - ŞƏXSİ TƏCRÜƏ

Fələstin Ramallah səfəri - ŞƏXSİ TƏCRÜƏ
Şəxsi təcrübə 21 Sentyabr 2018 12:55 804
Fələstin Ramallah səfəri - ŞƏXSİ TƏCRÜƏ

1 il Israildə yaşadim amma israil haqqinda yazini daha sonra paylasacam .Bugun isə Fələstin Ramallah səfərim haqqında danışım. Demeli bele-: Israilə Gələndən Fələstinə də səfər etmək istəyirdim ancaq buna çəkinirdim çünki bu fikrim haqqında danışanda deyirilər bu təhlükəlidir , geri qayıdanda səni deport edə bilərlər, falan filan və.s Və bir gün qərar verdim gedəcəm. Səhər tezdən veş-vüşümü vurdum çiynimə Tel-Avivdən yola düşdüm Yerusəlimə sonra west bank tərəfdən Fələstinə gedən bus stationu tapıb yola düşdüm Fələstinə.Təxmini 1 saat 20 dəqəiyə oldum Ramallahda .Fələstinlə İsrael arasında gömrük məntəqəsi var , şəklini çəkmək olmaz  (düzdür, mən çəkmişəm amma paylaşmıram ) Nəysə çatmışam Ramallaha və mən hələ də Ramallah haradı soruşuram , elə bildim Vasmoyun bazarındayam :D Gördüyüm qədərilə şəhər bazarlardan ticarət obyektlərindən ibarətdir. Vəəə əsas həvəsində olduğum şey :İsraeldən sonra ucuz qiymətlər görmək idi )) İrsaildə şvarma(bizim dönərə oxşayır) 35-40 şekel(israil valyutası) olduğu halda burda 10şekel idi. Yeriniz məlum qəşəng yeyib içəndən sonra biraz daha yeni yerlər görmək üçün gəzməyə getdim . Bildiyim qədərilə Fələstin vətəndaşlığı yoxdur , Bəziləri iordaniya vətəndaşıdır,Bəziləri İsrail. İşlədilən pul vahidi isə məhz İsrail pulu olan şekeldir. Şekellərimi xərcləyib qurtarandan sonra mindim həmin avtobusa geri qayıtmağa.Gömrükdə İsrail əsgərləri avtobusa girib bir-bir hamının passportun yoxlayırdı. İsrail vətəndaşına bura daxil olmaq qadağandır(yəhudilərə amma ərəb İsrail vətəndaşları daxil ola bilər, sistem biraz qarışıqdır) Mənə maraqlı olan Fələstinə gedəndə gömrüyü keçəndə heçkim yoxlamadı amma çıxanda bir-bir yoxladılar. Qısaca sağ-salamat geri döndüm , heçkim də deport vurmadı, sağolsunlar :D yazı biraz uzun olduğu üçün sorry )

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR