Almaniyada yaşam xərcləri və təhsil müddətində iş imkanları

Almaniyada yaşam xərcləri və təhsil müddətində iş imkanları
Xaricdə iş və miqrasiya 24 Sentyabr 2018 20:29 2350
Almaniyada yaşam xərcləri və təhsil müddətində iş imkanları

Almaniyda  təhsil haqqında ümumi məqalədən sonra, bu dəfə Almaniyada yaşam xərcləri , oxuyaraq işləmək imkanları və s. haqqında yazmağa çalışacam.

Başlayaq yaşam xərclərindən. Sözügedən ölkədə bir aylıq yaşamaq üçün lazım olacaq pul miqdarı əlbəttə, şəhərdən və tələbənin özündən kifayət qədər çox asılıdır. Çünki, normal olaraq , Berlin, Frankfurt am-Main, Munchen, Koln, Hamburg və s. kimi böyük şəhərlərdə sizə yaşamaq üçün daha çox vəsait lazım olacaq və bu məbləğ müxtəlif saytlarda 700-800 euro kimi göstərilsə də, siz yeməyinizi əksər vaxtlarda evdə hazırlayacağınız, “outdoor activities”ə çox pul xərcləməyəcəyiniz hallarda bunu 600 euro civarına sala bilərsiniz. Sözsüz ki, eyni qaydanı kiçik və orta ölçülü şəhərlərə də aid edə bilərik və belə şəhərlərdə də əyləncəyə daha az zaman ayırıb gündə 3 dəfə özünüz üçün yemək hazırlasanız yaşam xərclərini 500 euroya qədər sala bilərsiniz. Buraya kirayə ev, qida, sığorta və dərs ləvazimatları daxildir.

Bu arada , qeyd etmək yerinə düşər ki, böyük şəhərlərdə yaşam xərclərinin daha çox olmasının əsas səbəblərindən biri, bəlkə də, birincisi kirayə ev qiymətlərinin yuxarı olmasıdır. Amma, kirayə qiymətlərinin yuxarı olmasına baxmayaraq, belə böyük şəhərlərdə (xüsusən Berlin , Munchen) ev tapmağın bir az müşkül məsələ olduğunu, bunun da, əsas səbəbinin həmin şəhərlərə olan tələbə axınının çoxluğunun olmasını nəzərdən qaçırtmaq olmaz. Və sözsüz ki, şəhərdən asılı olmayaraq, tələbə yataqxanasında ev tapa bilirsinizsə, çox şanslısınız, çünki, bu sizin yaşam xərclərini kifayət qədər aşağı salmaqda sizə yardımçı olacaq.

İndi isə, bir qədər bu xərcləri qarşılamağın yolları haqqında. Əlbəttə,  birinci yol təqaüd qazanmaqdır. Lakin, bildiyimiz kimi Almaniyada təhsil almaq üçün təqaüdlərin sayı heç də çox deyil və xüsusən də bakalavr oxumaq arzusunda olan tələbələr üçün bu demək olar ki, mümkünsüzdür. Bu səbəbdən tələbələrin əksəriyyəti onlar üçün yaratdılan fürsətdən istifadə edərək təhsil müddətində işləməyi seçirlər. Avropa Birliyinə daxil olmayan ölkələrdən gələn tələbələr Almaniyada 240 yarım 120 tam gün həftədə maksimum 20 saat olmaqla işəmək hüququna malikdirlər.  Bunun üçün ən yaxşı seçim isə yalnız tələbələr üçün nəzərdə tutulmuş, əsasən fiziki əmək tələb edən Minijoblar’dır, hansı ki, standart olaraq aylıq 450 euro qazanmaq imkanı verir və bu halda siz vergi ödəməkdən azad olursunuz. Demək olar ki, istənilən alman şəhərində kifayət qədər Minijob’lar var. Satıcı , ofisiant kimi işlər minijoblar arasında ən çox geniş yayılanlardır. Növbəti yol isə Part-time (teilzeit) işləməkdir. Bir ayda maksimum 80 saat işləyə bilərsiniz. Vergi ödəməsəniz belə, hər ay pensiya fonduna qazancınızın  9.5%-ini ödəyirsiniz. Bu arada qeyd etməliyəm ki, part-time işləyə işləyə Minijob’unuz da ola bilər və yenə də Minijob’dan gələn qazancınızdan heç bir vergi ödəməyəcəksiniz.

Mənbə: Xaricdechorek

OXŞAR XƏBƏRLƏR