Solo səyahət edən qızlar üçün ən təhlükəsiz yol - ŞƏXSİ TƏCRÜBƏ

Solo səyahət edən qızlar üçün ən təhlükəsiz yol - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 25 Sentyabr 2018 15:01 833
Solo səyahət edən qızlar üçün ən təhlükəsiz yol - ŞƏXSİ TƏCRÜBƏ

Salut! Yaxınlarda etdiyim 715 km-lik solo hiking-lə bağlı təcrübəmi sizlərlə bölüşmək istədim. Hiking məşhur El Camino de Santiago adlanır. Başlanğıc nöqtə Fransa ilə İspaniyanın sərhədindən başlayır və onun sonunadək davam edir. Qızlar da heç çəkinməsin, deyərdim ki, solo səyahət edən qızlar üçün ən təhlükəsiz yoldur! O qədər təhlükəsiz ki, sübh saat 5-6da belə mənim tək telefonumun fənəri ilə yola düşdüyüm, meşənin içindən keçdiyim vaxtlar da olub. Qaranlıq qorxum olduğuna görə, onu bu yolla aşmaq istəyim güclü idi, duxumu güclü saxladım və bacardım.

Belə baxanda, ümumilikdə yolda tək olmursunuz, yol boyu dünyanın hər yerindən gələn səyahətçilərlə tanış olmaq, dostlaşmaq imkanınız olur. İstədiyiniz zaman da özünüz üçün tək yolunuza davam edə bilərsiniz. Yolda heçkimin beynini aparan, yoran da olmur. Çünki bura əsasən hamıdan, hər şeydən dincəlmək istəyən adamlar, öz düşüncələrində gəzmək istəyən adamlar axışıb gəlir. Hikinq bütün il boyu davam edir, lakin hər mərhələdə dağa-təpəyə aparan yollar, oradan enişlər də olduğuna görə, qışda bu yollar bir az təhlükəli olur. Bir ay davam edən yolda çantanı daşımaq da var təbii ki. O səbəbdən ağır olmasın deyə mən avqust ayını tərcih etdim. Ümumilikdə, işdi gedəsi olsanız, çalışın backpack-iniz bədən çəkinizin ancaq 10%-ni təşkil etsin, artıq olmasın. Çünki gəzdikcə, günlər keçdikcə belinizdəki yük sizə daha ağır gəlməyə başlayır. Belə olanda yolda qarşıma çıxanlardan bəziləri əşyalarını, pal-paltarlarının müəyyən hissəsini poçtla evə göndərir, bəziləri isə albergue-lərdə (hostel tipli gecələmək üçün yerlər) donative olaraq bağışlayırdılar.


Fiziki gücünüz və iradəniz də möhkəm olmalıdır. Mən həm də bunu yoxlamaqdan ötrü ən uzun yolu seçdim – 799 km Camino Frances yolu adlanır. Lakin 3 dəfə avtobusdan istifadə etməli oldum. Çünki ayaqlarım dad edirdi və addım ata bilmirdim. Bu isə hiking təcrübəsizliyimdən və bir az fiziki hazırlığımın zəif olduğundan irəli gəldi. Belə olan halda da iradənin güclü olması deyərdim ki, böyük rol oynayır. Gün ərzində ən az getdiyim məsafə 17 km (bir dəfə), ən çox getdiyim məsafə isə 37 km (2 dəfə) olub. Özünüzə görə günlük neçə km qət edə biləcəyinizi özünüz müəyyən edə bilirsiniz, yolunuzun üstündə qalmağa kəndlər və şəhərciklər var. Albergue-lərdə isə bir gecəlik qiymət 5-13 avro arası dəyişir. Bəzilərinə səhər yeməyi də daxil olur, bəzilərində isə mətbəx olur. Mağazadan alış-veriş edib özünüz yemək bişirə bilərsiniz. Ümumilikdə sərf edilən məbləği təxmini olaraq günə 20-30 avrodan hesablayıb bu səyahəti planlaşdıra bilərsiniz. Mən ötən ilin noyabr ayından bunu planlamağa başladım.
Xəritəsiz də ötüşmək olur. Yol boyu xəritədən istiqaməti tapmaq üçün yox, ancaq neçə km gedəcəyimi müəyyən etmək üçün istifadə etmişəm. Xəritəyə ehtiyac olmur, sizi lap başdan sonacan sarı ox işarələri və balıqqulağılar (Camino-nun simvollarından biri) müşaiyət edir.


Uzun yol olduğuna görə, bütün məlumatları və təcrübəmi sığışdıra da bilmirəm əslində  bir bloq yazısı yazmağı fikrimdə tutmuşam. Adminlər buraya link yerləşdirməyə icazə verirlərsə, yazı çıxdıqdan sonra linkini qrupa ata bilərəm.
Fotolarda isə yol boyu yaşanılan gözəl anlardır. Bunlar ancaq telefonla çəkilənlərdir. Suallarınız olarsa, buyurun 
Gəzin, keyf eliyin 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR