"Kolorit Cafe & Dining" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 26 Sentyabr 2018 17:33 2559
"Kolorit Cafe & Dining" işçi axtarır - VAKANSİYA

Vakansiya: Ofisiant

Restoran: “Kolorit”

İş yeri: Bakı 
Cinsi: qadın /kişi (18-28 yaş aralığı) 
İş qrafiki: 6 günlük iş həftəsi, növbəli saat 

Vəzifə öhdəlikləri:

- Qonaqlara yüksək səviyyədə xidmət göstərmək 
- Menyu təqdim etmək və sifarişi qəbul etmək  
- Menyunu yaxşı bilmək və gələn qonaqlara hər hansı bir yemək barəsində dolğun məlumat vermək 
- Qonaqlardan sifarişləri diqqət və nəzakətlə qəbul etmək.
- Qonaqların  problemlərini vaxtında və yüksək səviyyədə həll etmə bacarığı olmalı. 

Namizəddən tələblər:

- Müvafiq sahədə 1-3 il iş təcrübəsi 
- Etik davranış qaydalarına sahib olmalı 
- Diqqətli, məsuliyyətli və cəld  
- Komandada işləmək bacarığı 
- Gülərüzlü və hörmətli olmalı  
- Dinləmə mədəniyyəti 
- Xarici görünüşünə diqqət göstərməli 
- Danışıq qabiliyyəti yüksək olmalı 
- Müştəri ilə ünsiyyət qurmağı bacarmalı 
- Dil bilikləri olanlara üstünlük veriləcək 

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla  koloritcafe.baku@gmail.com  elektron ünvanına göndərmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR