“Nağıllar şəhəri” – Praqa - ŞƏXSİ TƏCRÜBƏ

“Nağıllar şəhəri” – Praqa - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 3 Oktyabr 2018 18:02 1383
“Nağıllar şəhəri” – Praqa - ŞƏXSİ TƏCRÜBƏ

“Romantik şəhər”, “Avropanın ürəyi”, “Nağıllar şəhəri” – Praqa. Bu şəhər öz möhtəşəmliyi ilə ona verilmiş bütün adlara layiqdir. Əminəm ki, Praqaya səyahət etmiş bir çox insan üçün bu şəhər xüsusi yer tutur. Bütün bu gözəlliyin qarşısında təbii ki, Praqanın da mənfi yanları var və bunun ən başlıcası orada yaşayanların dələduzluq etmək üzrə master olmasıdır. Gələcəkdə buraya səyahət edəcəklərə köməklik olması üçün ətraflı Praqa postu yazmaq qərarına gəldim.

 

Bu postda gəzməli yerlərdən daha çox şəhərdə qarşılaşa biləcəyiniz problemlər və ümumi xərclər barədə yazmaq istəyirəm. Əgər maraqlı olan varsa gəziləcək yerlər barədə də gələcəkdə ətraflı yazaram. Beləliklə başlayaq – WW2-zamanı çexlər müqavimət göstərmədən ölkəni almanlara təslim etdiklərindən Praqada olan tikililər müharibə dövründə dağıdılmamış, bu səbəbdən bütün tarixi yerlər öz gözəlliyini bu günədək qoruyub saxlamışdır. Çexiyanın rəsmi pul vahidi “kron”dur və bizim 100 manatın qarşılığı 1300 çex kronu, 100 avro isə 2600 krondur. Praqada yaşayacağınız ən böyük problemlərdən biri elə valyutanı çex kronuna dəyişməkdir. Çünki hər yerdə böyük hərflərlə “0 comission” və yüksək məzənnə ilə pulu dəyişmək təklif edilsə də realda bir çox valyuta dəyişmə yeri insanları aldadır. Məsələn siz yüksək kursla exchange görsəniz və yaxınlaşıb pulu dəyişsəniz onlar pulun 5-25 faizinə qədərini komissiya pulu adı ilə sizdən çıxa bilərlər. Və ya yüksək kursla və “0” comis.yazısını görüb pulu dəyişmək istədikdə aşağı kursla pulu verib Exchangedə yazanın satış kursu olduğunu, alışın isə nöqtədən balaca formada kənarda yazıldığını deyə bilərlər. Odur ki, pulu dəyişməzdəm əvvəl mütləq qaydada satıcıdan verdiyiniz pulun qarşılığında hansı pulu verəcəyini dəqiqləşdirib daha sonra pulu verin. Üzərində ərəbcə yazılar olan Exchangelərin bir çoxu və ya şəhər mərkəzində “PRAHA EXCHANGE, Jindřišká 12/908, Prague 1” ünvanında olan exchang ən sərfəli kursu təklif edirlər. Küçədə sizə yaxınlaşıb yüksək kursla pul dəyişməyi təklif edə bilərlər. Qəti onlara inanmayın çünki Bulgar Levası çex kronuna çox oxşadığından insanları yüksək kurs adı ilə aldadıb leva verirlər. ))

 

Şəhərdə metro, tramvay və avtobus istifadəsi çox rahatdır. “Moovit” proqramı ilə avtobusların hansı saatda haradan keçəcəyini öyrənə bilərsiniz. Aldığınız biletlər bütün nəqliyyat vasitələrində keçərlidir. Avtobus, metro, tramvayı istfadə etdiyim 5 gün ərzində yoxlama ilə qarşılaşmadım. Oteldə də soruşduqda onlar da hökümətin vətəndaşların iradəsinə güvəndiklərini və bu səbəbdən yoxlamanın çox az hallarda olduğunu dedilər. Səhv etmirəmsə yoxlama zamanı biletsiz olduğunuz aşkarlansa təxminən 30 avro cərimə kəsilir. Bilet qiymətləri 30dəqiqəlik- 24 kron, 90 dq-32 kron, 1 gün 110 kron, 3 gün-310 kron. Ən məsləhətlisi təxminən 5 avroya günlük bilet alıb rahat şəkildə istifadə etməkdir. P.S-Əgər əlinizdə çemodan varsa mütləq 16 krona çemodan üçün əlavə bilet almalısınız))).

 

Praqada olarkən gulaj, knedlky, kartof şorbası Bramboracka yeməklərinin dadına baxın. +Trdelnik şirniyyatlarını mütləq yeyin. Onsuz Trdelnik hər addımda qarşımıza çıxdığından inanmıram ki, oraya gedən kimsə onu yemədən qayıtsın. Restoranlarda normal 1 nəfər üçün yemək üçün təxminən 100-200 kron arasında xərciniz çıxacaqdır. Bu şəhərdə pivə həqiqətən də sudan ucuzdur. İnsanlar demək olar ki, su yerinə pivə içirlər. Urquell və Kozel ən məsləhətli pivələrindəndir. Bundan dünyada tərkibində ən çox alkaqol olan Absinth (80%) içkisi bu ölkədə istehal olunur. Mən noyabr ayında getdiyim üçün şəhərdə Avropanın bir çox şəhərinə xas olan hər hansı pis qoxu hiss etmədim. Deyilənə görə yay aylarında bəzi küçələrdən keçəndə pis qoxu hiss edilir. Ancaq nə qədər pis olsa da inanmıram ki, Parisdəki kimi iyrənc formada hiss edilsin. Praqada “Old town” və Karlova bölgəsində qalsanız demək olar ki, hər yerə piyada gedib gəzə bilərsiniz. Günlük 30-40 avro qiymətinə olan, mərkəzə yaxın məsləhət gördüyüm otel “Akcent” hoteldir. Tam qarşısında da metro yerləşir. Praqa gecə həyatı cəhətdən Avropanın ən hərəkətli şəhərlərindən biridir. Orta Avropanın ən böyük klubu “Karlovy Lazne” məhşur Charles körpüsünün tam yaxınlığında yerləşir. Beləliklə Praqa gəziləcək möhtəşəm tarixi yerləri, digər Avropa şəhərlərinə görə ucuzluğu, təbiəti, əyləncəsi ilə mənim fikrimcə hər növdən turist və gəzginlər üçün ideal şəhərlərdən biridir. Şəhərdən doymaq üçün buraya ən az 3 gün ayırın. Praqaya getmişkən Budapeşt və Vyanaya baş çəkməyi unutmayın. Bu günlük bu qədər, suallarınız varsa cavablandıra bilərəm. Həmişə gəzməkdə!

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR