İş barədə məlumat
- Camaşırxananın gündəlik fəaliyyətinin problemsiz təşkili və ona nəzarət etmək
- İaşə, təmizlik və digər xidmətlərdən yuyulub-ütülənməsi tələb olunan xidməti geyimlərin, süfrələrin, yataq örtüklərinin toplanması, sayılması, çeşidlənməsi, yuyulması, qurudulması, ütülənməsinə nəzarət etmək
- İşçilərin iş cədvəlinin hazırlanması
- Təmizlik maddələrin düzgün və təyinatı üzrə istifadəsinə nəzarət etmək, sərfiyyatla bağlı məsuliyyət daşıyır
- Camaşırxananın və işçi avadanlıqlarının təmizliyinin təmin olunması, avadanlığın səliqəli və təyinatı üzrə istifadəsinə nəzarət etmək
Namizədə tələblər
- İşində məsuliyyətli
- Təmizkar
- Səliqəli
- İdarəetmə bacarığı
- Camaşırxana üzrə məsul vəzifələrdə ən azı 1 il iş təcrübəsi mütləqdir
Müraciət etmək istəyən şəxslərdən CV-lərini elanda göstərilmiş (CV@grand-europe.com) elektron ünvana göndərmələri və mövzu hissəsində vakansiyanın adını "Camaşırxana supervayzeri/nəzarətçi" qeyd etmələri xahiş olunur. Cv-lərlə tanış olunduqdan sonra uyğun namizədlərlə tez bir vaxtda əlaqə saxlanılacaq.