17günə 9 ölkə və 12 şəhər gəzdi - ŞƏXSİ TƏCRÜBƏ

17günə 9 ölkə və 12 şəhər gəzdi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 5 Oktyabr 2018 14:54 749
17günə 9 ölkə və 12 şəhər gəzdi - ŞƏXSİ TƏCRÜBƏ

BakıTiblisiKutaisiWroclawBerlinPostdam AmsterdamBrüsselLuxemburgZurichMilanBolognaPraqaWroclawKutaisiTbilisiBakı

Hardan başlasam yazmaga bilmirəm, "low cost" ilə səyahət həqiqətən mümkündü özdə nə istədim etdim. Öz axmaqligim ucbatından taxi yə xərclədiyim pullar daxil: 10:30 da yuxuda n durub 11:00 uçuşuna çatmaq kimi (reysə çatdığım anda sanki dünya kubokunu əldə etmişəm kimi sevinirdim

Gürcüstandan heçnə yazmıram hamı orda olub

İlk dəfə Polşada olmaq o qədər də maraqsız deyilki taa ki Wroclaw-u kəşf edib bitirene qədər.

Berlin və Potsdam nə qədər yazsam az olar, bilmirəm niyəsə o şəhəri çox sevdim, insanları çox ürəyiaçıqdı, günlük metro biletini və səhər yeməyini pulsuz verdilər, post terminalları işləmədiyine görə (günün sonunda cash olaraq restorana pulun ödədim), dürüst olduğuma görə Kurasan da hədiyyə verdilər)))Postdama mütləq gedin krallığın yaşadığı sarayları görmək lazımdı

Mütləq ki, gedilməsi lazım olan ölkələrdən biri də Amsterdamdi, Edwin Van Der Sari görmək mümkündü ki, otağında otursa əgər ama məndə görə bilmədim. N

Məncə Brüsseldən danışmağıma ehtiyac yoxdu Şokolad və Pivənin vətənidir. Xüsusilə "Şokoladlı pivə" icmemisinizse çox möhtəşəm bir daddan məhrum olmusuz deyə bilərəm. Brüsseldə özünüzü Parisdeki kimi hiss edə bilərsiz, əksəriyyət fransızca danisir

Luxemburg ən çox sevdiyim birce polisleri oldu, nəqliyyat kartı almağıma imkan vermediler( gözəl xanımlara cərimə yazmırlarmis) kartsiz full

Zuriche gedib FİFA futbol muzeyinə getməmək olmaz təbiiki, giriş bileti elə 25 eur nəsə almaq istəsez 100 eur yaxın xərciniz cixacaq(əliniz cibinizdə olsun), şəhərin özünə gəlincə gedilməli yerlər çoxdu, sakitliyi və gözəl təbiəti ilə seçilir, bəzən qaydalari pozdum bilmədən ama məndən üzr istədilər.Bahalığına gəlincə çox bahadı desəm az olar(( ama dəyər gedib görməyə.

İtalya Milan getməyime peşiman olduğum və birdaha heçvaxt getməyəcəyim şəhərdi. Bologno Milandan daha maraqlı balaca bir şəhərdi, peşiman deyiləm orda keçirdiyim 2 günə Çox hündür bir qalasından bütün şəhəri izləyə bilərsiz, 5 eur giriş biletidi. Pasta pizza və dondurma mutleqki dadına baxmalisiz.

Pragaya gəlincə içkilərine söz ola bilməz. Yerli içkilərdən isti çaxır və pivənin dadına mütləq baxın. Görməli yerləri az deyil ama vauu deyəcəyim şəhərdə deyil. HEÇVAXT küçədə kiçik yerlərdə pul dəyişməyin. 28 faiz komissiya tuturlar sənədə imza atandan sonra heçnə dəyişə bilməzsiz (( 0% komissiya və dəqiq əlavə

Və yenidən Polşadayam edə biləcəyim heçnə qalmayıb deyə istirahət edirem həftə sonu qayidiram(((

Xərcləre gəlincə 1120 eur bütün biletlər hostel yemək daxil. Təxminən 300 eur planladigim kimi hədiyyə və plandan kənar xərclərə getdi.
175 eur uçuş bileti Kutaisi-Wroclaw-Kutaisi
36 eur baqaj
174. 61 eur ölkələr arası biletlər şengen zonada
8 lari Tbilisi Kutaisi Tbilisi qatari
54 azn Bakı Tbilisi Bakı qatari və avtobus xərci. Cəmi 3 dəfə Mc Donalds, Burger King, Subway də yemək yemişəm o da ürəyim dəhşət çox istəmişdi. Qalan yeməklər isə restoranlarda oldu. Mərkəz küçədə restoranlar chox baha olduğunu üçün 10deq aralıqda piyada gedile bilecek olan restoranlar normal qiymətə yemək təklif edirlər. Milli yeməklərin dadına 1 dəfə baxın azından. Məncə yetərlidir

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR