B.Elşən: “Günümüz kitabxanada başlayıb, mühazirədə bitir" - MÜSAHİBƏ

B.Elşən: “Günümüz kitabxanada başlayıb, mühazirədə bitir
Təhsil və karyera 17 Oktyabr 2018 19:22 589
B.Elşən: “Günümüz kitabxanada başlayıb, mühazirədə bitir" - MÜSAHİBƏ

“Günümüz kitabxanada başlayıb, mühazirədə bitir”…

Elşən: Biz də gəncimizin tələbəlik həyatını Sizə yaxından təqdim edirik. Elşən Bayramov, Bakı şəhərində anadan olub.1993-2004 cü illərdə Xətai rayonu 269 saylı orta məktəbi bitirib. 2004-2008 ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə kredit” fakültəsi üzrə bakalavr dərəcəsi alıb. 2010-cu ildən isə bank sahəsində müxtəlif mövqelərdə ( auditor, risk meneceri) çalışın.Hazırda o, Litvanın Vilnus Universitetində “Maliyyə və bankçılıq” (Finance and banking) ixtisası üzrə magistr təhsili alır.

Xaricdə təhsilin “+”ları…

Xaricdə təhsil mənim üçün daha geniş fürsətlərdən istifadə etmək imkanı deməkdir. Burada təhsil alan tələbələr iş məhsuldarlığı, tətbiqi bilik və bacarıqları ilə çox fərqlənirlər. Xaricdə təhsil alan gəncin özünə qarşı daha tələbkar olması, müxtəlif mövzularda müzakirələr aparması onun bir insan və mütəxəssis kimi yetişməsinə köməklik göstərir. Mənim təhsil aldığım fakültə məhz İnvestisiya bankçılığı ( İnvestment banking) sahəsi üzrə, beynəlxalq maliyyə bazarlarına çıxış imkanlar baxımından böyük təcrübəyə malikdir. Burada dərslər yüksək təcrübəyə malik, bu sahədə beynəlxaq sertifikatlara (CFA) sahib professorlar tərəfindən keçirilir.

Tələbəlik həyatına  1 addım…

Xaricdə təhsil almağa qərar verən gəncimiz fikirlərini bizimlə bölüşərək  deyir ki, “bu barədə bir neçə il əvvəl düşünmüşdüm. IELTS sertifikatımı yenilədim və universitetə müraciət etdim.Universitetdən qəbul aldıqdan sonra isə Litvada təqaüd proqramlarına müraciət etdim.”Education Exchange Support Foundation”fondunun təqaüd proqramının qalibi oldum və bu fond mənim Litvada təhsil müddəti üzrə yaşamaq xərclərimi qarşılayacaq”.

Vilnus Universitetinə səyahət…

Universitetimiz 1579-cu ildə qurulub. Bura Avropanın ən qədim universitetlərindən sayılır. Universitetdə 3.000 -ə yaxın universitet heyəti, 20.000-ə yaxın tələbə vardır.Geniş təhsil imkanları, 24/7 xidmət göstərən kitabxana, qrup və individual lahiyələr həyata keçirmək üçün xüsusi otaqlar tələbələrin ixtiyarındadır. Universitetimizdə azərbaycanlı gənclər  daha çox marketinq, beynəlxalq münasibətlər, maliyyə və bankçılıq, hüquq ixtisası üzrə təhsil alırlar.

 

Fikrimcə…

Tələbə xaricə təhsil müddətini maksimal dərəcədə keyfiyyətli keçirməlidir.Burada dərs günlərində tələbənin həyatı kitabxana ilə başlayıb, mühazirə ilə bitir. Mühazirələrimiz axşam saatlarında olur.Dərs olmayan günlərdə isə bəzi tələbələr, təcrübə qazanmaq üçün yerli və xarici banklarda, şirkətlərdə çalışır. Həftə sonları isə bütün həftənin ağırlığını atmağa çalışırlar. GÜLÜR…

Tədris və təlim…

İlk olaraq burada dərslər əsasən praktiki məşğələlər( case-lər) üzərində qurulur. Mövzular öyrənilir. Müxtəlif şirkətlərin, bankların təcrübələrinə üstünlük verilir, yalnış və doğru investisiyalar birlikdə müzakirə olunur.Fərdi təqdimatlar( presentation) keçirilir, bu da fərdin kütlə qarşısında çıxış etmək bacarıqlarının artırılmasına köməklik göstərir. Bu istiqamətdə metodların ölkəmizdə də tətbiq edilməsini istərdim.

İlk tanışlıq…

Litva ilə ilk tanışlığım heç də yaxşı olamamışdı. Gəldiyim ilk gündə hava limanında çantalarımı itirmişdirlər və əlavə olaraq yataqxanaya gəldikdə öz adımı yataqxana siyahısında görə bilməmişdim. Lakin qısa zaman ərzində bu problemi həll etdilər.Gülür.Litvada tələbə çoxluq təşkil edir və tələbələrə çox yerlədə (nəqliyyatda, muzey  və s) xüsusi endirimlər olur.

Planlarım…

Ümumi olaraq Litvada işləmək üçün icazə alınmalıdı.İcazənin alınması sənədlərin təqdim edilməsindən 2-4 ay ərzində verilir və 1 və 2 illik icazələr verilir.Həmin icazə alındıqdan sonra isə tam saat işləyə bilərsiniz.Təbii ki, mən da icazəni aldıqdan sonra bank sahəsində işləmək kimi planlarım var. İşdən əlavə planlarımdan biri də ölkəmizi təmsil etməkdir. Burada Azərbaycanı təmsil etmək üçün müxtəlif tədbirlərə qatılırıq.Ölkəmizin tarixi, mədəniyyəti barəsində stendlər hazırlamağı, iştrakçlıara məlumat verməyi özümüzə borc hesab edirik.

 

Gənclərə məsləhətim odur ki…

Xaricdə təhsil almaq arzusunu yaşamaq mənə çox tanışdır və bu hissi keçirən tələbənin nə yaşadıqlarını çox yaxsı başa düşürəm. Sadəcə olaraq arzularının arxasınca getsinlər, çətinliklər əlbəttə ki, olacaq. Bu çətinliklərə hazır olsunlar və nə olursa olsun öz məqsədlərindən geri dönməsinlər. Çünki, sonda bütün əziyyətlərinin bəhrəsini görəcəklər.UĞURLAR…

OXŞAR XƏBƏRLƏR