"Restoran Millennium" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 17 Oktyabr 2018 19:26 786
"Restoran Millennium" işçi axtarır - VAKANSİYA

Restoran Millennium

Vakant vəzifə  : Restoran Meneceri

Vəzifə öhdəlikləri :

- Heyətin işə götürülməsi, idarəedilməsi, gündəlik və aylıq iş planlarının tərtib edilməsi 
- Müştəri məmnuniyyətini təmin etmək 
- Aylıq satış planlarını təyin etmək və onları təmin etmək 
- Aylıq satış və anbar hesabatlarının hazırlanmasını təmin etmək
- Məhsulların keyfiyyətinə və təqdimatına nəzarət etmək 
- Mövsümi menuya dəyişiklər, yeni məhsullar təklif etmək
- Stres və münaqişə hallarını idarə etmək 
- Fəaliyyət ərazisində gündəlik gəzinti-baxış keçirmək, təmizlik səviyyəsinin, digər məlumatların yerində olmasından əmin olmaq
- İnzibati işlər, əmək qüvvəsi və əməliyyat məsrəfləri ilə bağlı məsələləri tənzimləmək
- Qonaqlara göstərilən xidmət standartlarının icrasına nəzarət etmək və gəlirləri artırmaq

Tələblər

- Ali təhsil 
- Mehmanxana və ya restoranların idarə olunması üzrə minimum 5 il iş təcrübəsi
- Xidmət sahəsində işçi heyət bazası məlumatının olması 
- Məlumatı qavrama qabiliyyəti 
- Nümunəvi xasiyyət
- Öz üzərində çalışma qabilliyəti 
- Tələbkarlıq
- Təşkilatçılıq bacarığı 
- Bilik və bacarıqlarını ötürülməsi bacarığı 
- Dil bilikləri : Azərbaycan, Rus və İngilis dili 
- Ətrafdakılarla münasibət qurmaq və yarana biləcək problemləri həll etmək qabiliyyətinə malik olmaq
- Analitik qabiliyyətli, inkişaf etməyə meyli olan və liderlik cəhətlərinə malik bir şəxs olmaq

Qeyd : Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Restoran Meneceri” yazılb millennium.aze@gmail.com ünvanına CV göndərməsi xahiş olunur.

OXŞAR XƏBƏRLƏR