Barselona bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Barselona bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 19 Oktyabr 2018 15:42 784
Barselona bələdçisi - ŞƏXSİ TƏCRÜBƏ

Hola, Hola. 
Öncəliklə onu qeyd edim ki, ilk tək səyahətim idi deyə Barcelonaya getmədən öncə çox araşdırmışdım, amma istədiyim sistemli yazı heç harada tapmadım. Ona görə də vaxtaqənaət etmək baxımından bu yazını yazmağı qərara aldım.
Başlayaq.. 
Kinoda da deyildiyi kimi “sırtını Aksaraya vericen ve böyle gidicen.” Mən də eynilə bu prinsipi özümə bələdçi tutdum. Sırtımı Plaçe de Catalunyaya verib, digər yerlərə oradan yetişməyə çalışdım.

1-ci gün və ya 1 gün. Muzeylərə sərf edin. Yaxşı olar getməmişdən hava şəraitinə baxın, əgər, yağışlı hava varsa, həmin gün muzey gününüz olsun. Məşhur muzeylər: Museu Picasso (17 €), Camp Nou &  (25 €), Sagrada Familia (15 €, çalışın ən az 3 gün öncədən bileti online alın). Biletləri mütləq şəkildə rəsmi səhifələrdən alın, əks halda mənim kimi müəyyən və vaxt itirən problemlərlə qarşılaşacaqsınız.

Növbəti gün
Əgər, tarixi sevirsinizsə Barri Goticdə gəzişin, romalılara qarşı salınmış dar küçələrdə itmiş kimi olun. Barri Gotici gəzə- gəzə Cathedral de Barcelonaya gəlib çıxırsınız. Giriş pulludur 7.5 €. Mən qarşısında şəkil çəkdirməklə kifayətləndim.  Həmin gün istəsəniz, Park de Citadellaya da piyada gedə bilərsiniz. 30-40 dəqiqə məsafədədir. Mənə görə Barcelonanın ən gözəl yeri ora oldu. Günəşli bazar günü getmişdim. Salsa, baçata oynayanlar kim, kitab oxuyan kim, camping edən kim, bir sözlə ailəvi istirahət mərkəzi. Həmin ərazidə Barcelona zooparkı yerləşir. Qiyməti 21.5 €. Tələbə endirimi demək olar heç harada olmadı.
La Rambla küçəsi. Plaçe de Catalunyadan 2-3 dəqiqəlik məsafədədir. Turistik küçədir. Həmin küçədə Font de Canaletes, Mercat de La Boqueria, Gran Teatre del Liceu və Kristof Kolomb Heykəlini sırası ilə görə bilərsiniz. Mercat de La Boqueria bazarına mütləq vaxt ayırın. Həmin istiqamətdə Barcelonetaya doğru hərəkət edəcəksiniz. Mən payızda getdim, hələ də hava isti idi, amma məminçün dənizə girmək havası deyildi. Çimənlər də yəqin skandinaviyalılar idi deyə düşündüm. Amma yenə də qumda gəzmək, dənizin havasını hiss etmək gözəl idi. 
Növbəti gedəcəyiniz yer bu dəfə Plaça de Catalunyadan digər istiqamətdə Casa Batllo və Casa Mila (La Pedrera) hər ikisinə giriş pulludur. Bir- birinə çox yaxındırlar. Barcelonanın brand markalarının olduğu küçədə yerləşir. Həmin istiqamətdə 40 dəqiqə daha gəzsəniz Park Güellə çatacaqsınız. Mənə görə bir azcık overrate idi. Giriş pulludur. Sadə bilet online 10 €, orada alası olsanız 8.5. En çoz halda 45 dəqiqə vaxt sərf edəcəksiniz. Magnitləri buraya yaxın yerlərdən alın. 35 cent.


Yenə Plaçe de Catalunyadan piyada 30 dəqiqə kimi çatacağınız Montjuic. Axşamları fontan olur. Getməmişdən işləyən vaxtları yoxlayıb sonra gedin, yoxsa, mənim kimi 2 dəfə getmək məcburiyyətində qalacaqsınız. Museu Nacional Art de Catalunya MNAC da burada yerləşir.
Mənim gedə bilmədiyim Pablo Espanyol Montjuicdə yerləşir, açıq hava muzeyidir və Tipidabo oldu. Siz, əgər, planlı gəzəsi olsanız hər bir yerə getməyə vaxtınız yetəcək.

Nəqliyyat:
El Prat de Barcelona aeroportundan A1, A2 avtobuslari uyğun olaraq terminal 1 və 2-dən Plaça de Catalunyaya gəlirlər. Təqribi 40 dəqiqə. Qiyməti 5.9 €.
Şəhəriçi mən çox zaman gəzdim, belə olduqda şəhərin hissələri, insanların yaşayışı haqqında daha çox məlumat əldə edirsən. Misal Barcelonada Bakıdan fərqli olaraq çimərliyə yaxın ərazidə ən kasıb təbəqə yaşayır. Amma yenə də qaldığım ünvan mərkəzə yaxın deyildi deyə metrodan (L) istifadə etdim gündə 2 dəfə. Metro xətti mükəmməldir və çox sadədir. Sadəcə oxları izləməniz gərəkir. T1 bileti alırsınız 10 gediş, qiyməti 10.2 €.

Yemək:
Paella- müxtəlif növləri var. Mən seafood olanını yedim, Çin restoranlarının birində. Adını xatırlamıram.Yerli birinin məsləhəti ilə ora getdim. La Rambla küçəsində olan qiymətlərə aldanıb dadsız və dondurulmuş variantı sınamayın.Çalışın qazlı sular və ya şirə içməyəsiniz. Verilən pula dəyməz. Özünüz suyunuzu və ya Colanızı alın, onu için. Barcelononeta istiqamətindəki restotanlarda yeyə bilərsiniz.
Tapas- bunun nə olduğunu tam olaraq başa düşməyim bir az zaman aldı düzü. Ta ki, təsadüfən menyuda rus dilində закуски sözünü oxuyana qədər. 
Səhər yeməyi üçün Spanish omlet seçə bilərsiniz. Kartoflu omletdir.
Spirtli içki içirsinizsə Sangria və Cava şərabı.
Şirniyyat: Crema Catalana, Mato.
Ümid edirəm qısa Barcelona səfəri üçün lazımlı yazı oldu. Növbəti səfərlərədək.  #barcelona #spain #autumn2018

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR