Bu ölkəni gəzməyə puldan çox ayaq lazımdır - ŞƏXSİ TƏCRÜBƏ

Bu ölkəni gəzməyə puldan çox ayaq lazımdır - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 20 Oktyabr 2018 15:16 1033
Bu ölkəni gəzməyə puldan çox ayaq lazımdır - ŞƏXSİ TƏCRÜBƏ

İTALİYA.! Kifayət qədər paylaşımlar olsa da, əlavə edim ki, Bu ölkəni gəzməyə puldan çox ayaq lazımdır. Vaxt məhdudiyyətinə görə rəngarəng şəhərlər içindən məcbur 5-ini seçməli oldum.

ROMA - (3 gün). Tarixinə heyran olmamaq əldə deyil. 3 gün ərzində kifayət qədər gəzib kəşf edə bilsəm də, onu deyim ki mənfi rəylərə rast gəlsəz də Colosseuma girmək mütləqdir (12 euro). Getməmiş Gladiator filminə baxın. Vatikan muzeylərini isə gəzməsəz sadəcə günah olar. Bileti (21 euro) əvvəlcədən online almağı şiddətlə tövsiyyə edərdim. Əks halda 3-4 saat nöbədə qalma ehtimalınız var ki, bu da sizi Romadan soyuda bilər 

FLORENSİYA - (2 gün). Gecəsini mütləq görün və o işıqlı küçələrlə gəzin deyərdim. Bu şəhər kimi isti ortam hər İtalya şəhərində olmur. “Bakılı qız”dan başqa bütün dondurma çeşidlərinə rast gəlmək mümkündür. 

PİSA - (1 gün). O məşhur əyri qülləni görməkdən başqa şəhərdə çox da vaxt itirməməniz məsləhətdir. Hətta Pisa qulləsindəki muzeylərə belə girməyin deyərdim, verdiyiniz pula heyifdir 

VENESİYA - (1 gün). Bu şəhəri azmadan gəzə bilmək üçün günlərlə “google maps”də istiqamətimi əzbərləsəm də, sonda yenə də azmağı bacardım. 

MİLAN - (2 gün). Duomo- Məndə Milana həvəs yaradan yeganə memarlıq nümunəsi oldu. Bu kilsənin damına mütləq çıxın. Meydandakı mağazalara baş cəkin. Alış-verişi Sədərkdən edərsiz 

Səyahətiniz bol olsun! 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR