Hər daşları tarix olan, küçələrində dahilərin gəzdiyi bir yer - ŞƏXSİ TƏCRÜBƏ

Hər daşları tarix olan, küçələrində dahilərin gəzdiyi bir yer - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 23 Oktyabr 2018 14:23 86
Hər daşları tarix olan, küçələrində dahilərin gəzdiyi bir yer - ŞƏXSİ TƏCRÜBƏ

Möhtəşəm şəhər, super atmosfera, hər daşları tarix olan, küçələrində dahilərin gəzdiyi bir yer. İtaliya şəhərləri arasında ən çox həvəslə gözlədiyim yerlərindən biri idi. Və yenə də sağolsun ki, peşman etmədi məni. Deməli Roma-Florence yolunu ən sərfəli Flixbus və ya Buscenter avtobusları ilə gəlmək olur. Biraz gecikmişdik deyə Flixbus-a bilet yox idi artıq. Tiburtina stationnan Florence elə Buscentre-nin öz kassalarından biletimizi aldıq.
Florencedə bus station Villa Cistanzadadı və ordan şəhərə gəlmək üçün traindən istifadə etmək lazımdı. Bileti almaq üçün burda uzun növbələr olur və vaxt itirməmək üçün elə stationın içində cafe var. Ora girirsin və kassirə yaxınlaşıb train ticket istiyirsiz, vəssalam. Eyni qiymətə və əsası sırasız biletlərinizi götürüb minirsiz trainə. Düz şəhər mərkəzinə kimi gətirir sizi.

Qaldığımız yer Soggiorno Pitti duz Piazza Pitti ilə üzbəüz idi və qədimi binanın içində yerləşirdi. Super məsləhətdi apartment-di, əla personal, hər gün təmizlik, otaqlarda hər gün pulsuz şirniyyat, çay, kofe. Bir sözlə super yer 
Vaticanda olduğu kimi, burada da #Uffizi qalereyasına uzun növbədə dayanmamaq üçün biletleri evvəlcədən online almışdıq – https://www.uffizi.it/en/tickets
Daha bir #tip – muzeylərə getməmişdən əvvəl Bakıdan oranın planını print edin və dahilərin əsərlərinin nümayiş olunduğu zalları da özünüz üçün qeyd edin. Bu həm vaxt həm də pulunuza qənaət edəcək, çünki bütün muzeylerde map-lər pulla satılırdı, ya da ümumiyyətlə qalmamışdı.

Ən çox görmək istədiyimiz yerlərdən biri Basilica of Santa Croce idi Deməli çaşıb bazar günü gəlsəz saat 2PM-ə kimi gözləməli olaceysiz çünki səhərdən kilsədə messa keçirilir. Buranın biletlərini elə sırada gözləyib almaq olur. Maksimum 15 dəqiqə vaxtınız gedəcəy. Kilsənin möhtəşəmliyi, oranın sakit atmosferası nəyə istəyirsiz dəyər. Və əlbəttə ki Galileo Galilei, Michelangelo, Rossini, Dantenin qəbirleri #mustsee . Bir maraqli fakt qeyd edim ki, Dantenin qəbri burada olsa da, içi boşdu. Dante Florence anadan olub amma yaradıcılığının hələ əvvəllərində siyasi görüşlərinə görə buradan qovulur və Rivonna şəhərinə köçür. Və elə məşhur “İlahi komediya”sını da burada yazır. Öldükdən sonra isə Florence hakimiyyəti nəşinin gətirilməsini tələb etsə də, hələ də Rivonna onu geri vermir (1321-ci ildən ).

Digər tarixi yerlər arasında bu şəhərin xüsusi bir yeri də var ki mütləq baxmaq lazımdı. Bu Michelangelo parkıdı. Bizim Dağüstü parka çox oxşuyur amma qalxmaq və düşmək üçün ayrılan yollar möhtəşəmdi 

Florence restoranlarına gəldikdə isə mən bir Hard Rock Cafe fanatı olaraq və ad günü bu gözəl şəhərə düşən birisi olaraq Florencedəki bu yerə getmiyə bilməzdim. Yeməklər hər yerdə olduğu kimi super, əlavə traditional Legendary burger və Flatbread sifariş etməyiniz məsləhətdi 

Roma və Florensiya müqayisə edəndə Romanı daha çox Moskvaya, Florensiyani isə Sankt-Peterburqa oxşatdım. Fərqli şəhərlər olsalar da hərəsinin öz ayrıca yeri var  Hər iki şəhərdə #gelato alıb mərkəzi meydanlarda daşların üzərində oturub musiqiçiləri dinləmək vacibdir Sərhəddən çıxanda bunu mütləq yoxlayırlar 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR