Budapeşt gəzintisi - ŞƏXSİ TƏCRÜBƏ

Budapeşt gəzintisi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 25 Oktyabr 2018 13:57 962
Budapeşt gəzintisi - ŞƏXSİ TƏCRÜBƏ

Salamlar hər kəsə yenidən. O Vyanada metroda 115 euro cərimələnən qızam dedim mən də öz səyahətimdən maraqlı rəngli momentləri sizinlə paylaşım
Deməli səyahəti 10 günlük planlaşdırdım sentyabr ayında, məlum məsələ kasıb malı #wizzairle uçdum. Wizzair də sağ olsun oturacaqları adamı səyahətə başlamamış yorur uje ucuzluğuna görə amma əla variantdı hər zaman. Ümumilikdə 3 gün #Budapeshtde, 4 gün Praqada, 3 gün Vyanada oldum.

43655184_1967199429990459_6301699887842983936_o

İlk Budapeştdən başlayım ki, şəhəri belə çox sevəcəyimi və qısa zamanda doğma gələcəyini düşünməmişdim. Səyahətə getməzdən öncə gəziləsi yerlərin hətta kafelərin belə listini tutmuşdum. Budapeştin Buda tərəfi əsasən tarixiliyi ilə Peşta tərəfi isə aktiv həyatı ilə seçilir. Tarixi yerləri özünüz də tapa bilərsiz onsuz, ən maraqlılardan danışım. Şəhərin içində yerləşən “Marqarita adası” məsələn, hansı ki mərkəz hissədən 2 nömrəli tramvayla asanlıqla gedə bilərsiz. Bura sanki cənnətdən bir parçadır, hər yer yaşıllıq, gül-çiçək, sakitlik, insanların istirahəti üçün nəzərdə tutulmuş bir ərazidir, içində bir neçə kafe və baseyn də var. Yaz -yay aylarında getsəz Budapeştə mütləq gedin bura.

43734012_1967188883324847_1318707590124797952_o

Daha sonra Budapeşt ruin barlaru ilə meşhurdur, ( yeni köhnə atılmış obyektlərdən kafe düzəldiblər ve maraqlı məkanlar ortaya çıxıb) Orel i Reshka”dan gördüyüm bu tip bir kafe “For sale pub”a getdim. Kafedə uzun növbə olur, güclə yer tapırsan. İçəridə hər stolun üstündə bir vedrə fıstıq olur, hansı ki pulsuzdu bu fıstıq və ən maraqlı məqam fıstıqları yeyib qabıqlarını yerə tökə bilərsən, ( imenno bu ləzzət elədi) şəkildə gürünən əndrəbadi yemək həmin kafedəndir, qiymətlər baha lakin porsiya gigantdır, demək olar ki hər kəsin qabından yeməyin yarısı qayıdırdı).

43662648_1967199536657115_5829825424602955776_o

Budapeştin ən məşhur kafesi “new york” kafedir. Reserve etmədən getsəz çətin yer tapasız, amma biz tapdıq Kafe bütün klassik stildə dizayn olunub, saat 5-ə kimi klassik orkeste ifa edir, daha sonra isə fortepiano davam edir. Qiymətlər əl yandırır, bizim pulla 17 manata birtəhər bir multivitamin fresh sok tapıb içdik bura bir növ simvolik bir yerdi, Budapeştə gəlmisənsə bura da girməlisən kimi) Amma içəridə oturmayıb sadəcə şəkil və video da çəkə bilərsiz, tamamilə icazə verirlər.

43879735_1967148283328907_2810435012896227328_o

Budapeştin insanları mehribandır, gecə 12-də otelə qayıdırsan dəyib-dolaşan yoxdur. Hə bir də insanlar əsasən qızları mənə görə kifayət qədər kökdülər və 0 kompekslə qat-qat sellulitle qısa şortiklər geyinirlər rahat ( heyf deyilik biz, o nə deyər bu nə deyər fikri ilə həyatımızın içinə eləyirik) Belə görürəm 3 şəhəri də bir posta sığdıra bilməyəcəm. Ona görə o biri şəhərləri də ayrıca yazaram) Hələlik bu qədər

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR