Yaşlandığınızı göstərən doqquz bioloji işarə

Yaşlandığınızı göstərən doqquz bioloji işarə
Sağlıq 28 Oktyabr 2018 16:33 1753
Yaşlandığınızı göstərən doqquz bioloji işarə

"Bioloji mənada yaş artdıqca yaxşılaşan bir şey tanımıram."

İspaniyanın Onokoloji Araşdırmalar üzrə Milli Mərkəzindən həkim Manuel Serrano-nun bu fikri adamda ruh düşkünlüyü yaradır.

O, Yaşlanmanın Əlamətləri (The Signs of Ageing) adlı yeni bir araşdırmanın müəlliflərindən biridir. Araşdırmada müəlliflər zaman keçdikcə orqanizmimizin daxilində baş verən əsas proseslərin siyahısını təqdim ediblər.

"Bunlar qaçılmaz faktorladır," Serrano BBC-yə deyib.

"Onlar insanların həyat tərzi və genetikasından asılı olaraq müxtəlif şəkildə təzahür edə bilər. Lakin həmişə baş verirlər," həkim əlavə edib.

İnsanlar da daxil olmaqla məməlilərdə yaşlanmanı göstərən doqquz faktor aşağıdakılardır.

DNT

Yaş artdıqca DNT-də pozuntuların sayı artıe.

1. DNT zədələnməsi artır

DNT-miz hüceyrələr arasındakı genetik koddur.

Yaşlanma isə proses zamanı baş verə biləcək mümkün xətalar riskini artırır.

Bu xətalar da hüceyrələrdə üst-üstə yığılır.

Həmin fenomen genetik qeyri-sabitlik kimi tanınır və daha çox DNT xətalarının kök hüceyrələrə təsiri ilə xarakterizə olunur.

Genetik qeyri-stabillik kök hüceyrələrinin funksiyasını təhlükə altına sala bilir.

Əgər xətalar yığılarsa, hüceyrə xərçəngə çevrilə də bilər.

2. Xromosomlar köhnəlir

Hıyatın mərhələləri

Yaş artıqca hüceyrələr daha çox zədələnir

DNT liflərinin uçunda xromosomlarımızı qoruyan başlıqlar mövcuddur - ayaqqabı bağlarının ucundakı plastiklər kimi.

Onlar telomerlər adlanır. Yaşa dolduqca bu buferlər yeyilir və xromosomlar müdafiəsiz qalır. Bu isə xromosomların yanlış şəkildə artmasına və beləliklə problemlərə səbəb olur.

Araşdırmanın müəllifləri telomer yeyilməsinin ağ ciyər fibrozu və aplastik anemiya kimi xəstəliklərə yol açdığını düşünürlər.

Artıq alimlər telomerlərin ömrünü uzadan telomeraz fermentinin səviyyəsini artırmağa müyəssər olublar.

Siçanlar üzərində aparılan araşdırmalar göstərib ki, telomerazları uzatmaqla gəmiricinin də həyatını uzatmaq mümkündür.

yaşlı insanlar özlərini daha xoşbəxt və sağlam sayırlar

Ekspertlər qeyd edirlər ki, yaşlı insanlar özlərini daha xoşbəxt və sağlam sayırlar

3. Hüceyrələrin fəaliyyəti təsirlənir

Orqanizmlərimiz DNT ifadəsi adlı bir proses də icra edirlər ki, bu zaman müəyyən hüceyrənin minlərlə geni hüceyrənin nə edəcəyinə qərar verir, məsələn, dəri hüceyrəsi kimi davransın, yoxsa beyin hüceyrəsi kimi.

Vaxt və həyat tərzi həmin göstərişləri dəyişə bilər.

Buna görə də hüceyrələr mükəlləfi olduqları davranışdan fərqli davranış nümayiş etdirə bilərlər.

Yaşlı cüt

Yaşın nə fərqi var ki?

4. Hüceyrə yenilənməsi qabiliyyətimizi itiririk

Hüceyrələrimizdəki zədələnmiş komponentlərin yığılmasının qarşısını almaq üçün orqanizmimizin ehtiyatı davamlı şəkildə yeniləmək qabiliyyəti var.

Amma bu bacarıqlar da yaşlanma əsnasında yavaşıyır.

Sonra hüceyrələr gərəksiz və ya zəhərli proteinlər yaratmağa başlayır. Bunların bəziləri isə Alzheimer və ya Parkinson xəstəliklərinə yol açır.

İnsan hüceyrəsi

 Hüceyrə şəkər və piyi emal etmək qabiliyyətini itirir

5.Hüceyrə metabolizmi nəzarətini itirir

Zaman, hüceyrələrin piy və şəkər kimi maddələri emalı qabiliyyətinə təsir göstərir.

Bu, insanlar hüceyrələrə gələn qida maddələrini metabolizə edə bilməyəndə, diabetin inkişafına səbəb olar bilər.

Yaşla bağlı diabet bu səbəbdən kifayət qədər ümumi bir haldır. Yaşlı bədənlər yedikləri hər qidanı həzm və ya emal edə bilmirlər.

Hüceyrələr

Hüceyrə özünü yeniləmək qabiliyyətini itirir.

6.Mitoxondrinin işi dayanır

Mitoxondriyalar hüceyrələri enerji ilə təmin edir. Lakin illər ərzində onlar da effektivliyini itirir.

Onların nasaz işləkliyi DNT-yə də təsir göstərir.

Bəzi araşdırmalara görə, mitoxondri funksiyasını bərpa etməklə məməlilərin ömür müddətini uzatmaq mümkün olar.

Nature adlı elmi jurnalda iyun ayında dərc olunan bir araşdırmada alimlər iddia edirlər ki, mitoxondrini bərpa edərək siçanlarda qırışların qarşısını ala biliblər.

Yaşlı insan

Tibb və elm insanlara daha yaşlaşma dövrünü daha yaxşı yaşamağa kömək edir

7. Hüceyrələr zombilərə çevrilir

Çox zədə alan hüceyrə, artıq zədəli hüceyrələr yaratmasın deyə funksiyasını dayandırır. Artıq parçalanmır, bununla belə ölmür də.

Bu zombi hüceyrə - yaşlı hüceyrə - ətrafındakı digər hüceyrələri də yoluxdura bilər və iltihab bütün bədənə yayıla bilər.

Zaman və yaşla yaşlı hüceyrələrin də sayı artır.

Siçanlarda bu cür hüceyrələri yox edərək yaşlanmanın bəzi təsirlərini aradan qaldırmaq mümkün olub.

Yaşlı cüt

Yaşlaşma qaçılmazdır, amma "sağlam həyat tərzi" bu dövrü daha maraqlı edə bilər

8. Gövdə hüceyrələrinin enerjisi bitə bilər

Yaşlanmanın ən bariz xüsusiyyətlərindən biri regenerativ potensialın azalmasıdır.

Gövdə hüceyrələri sonda yorulur və regenerativ funksiyasını dayandırırlar.

Son araşdırmalara əsasən, kök hüceyrələrini canlandıraraq bədənin yaşlanma göstəricilərini əks döndərmək olar.

Qadın

9. Hüceyrələr bir-biri ilə əlaqəni kəsirlər

Hüceyrələr daimi şəkildə bir-biri ilə əlaqə qururlar, lakin bu bacarıq da zamanla azalır.

Bu halda iltihablaşma artır və əlaqə üçün əlavə problemlərə yol açır.

Nəticə olaraq, onlar patogenlər və pis hüceyrələr haqqında digər hüceyrələrə məlumat ötürə bilmirlər.

Serrano deyir ki, daxili yaşlanma ilə bağlı araşdırmalar, orqan və toxumaların ümumi yaşlanması ləngitmək üçün tibbin yeni yollar aşkarlanmasına səbəb olacaq.

Proses qaçılmaz olsa da belə, o deyir, "sağlam həyat tərzi" vasitəsilə yüngülləşdirilə bilər.

"İndiki dövrdə yaşlı insanlar üçün həyat daha zəngin və sağlamdır. Görə biləcəyimiz ən yaxşı şey isə yaşlandıqda belə, həyatdan həzz almağa çalışmaqdır", o söyləyir.

Mənbə: BBC

OXŞAR XƏBƏRLƏR