İki ölkə ilə sərhədi olan yeganə paytaxt şəhər - ŞƏXSİ TƏCRÜBƏ

İki ölkə ilə sərhədi olan yeganə paytaxt şəhər - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 3 Noyabr 2018 10:54 95
İki ölkə ilə sərhədi olan yeganə paytaxt şəhər - ŞƏXSİ TƏCRÜBƏ

SLOVAKIA

Belke de coxlariniza adi gelecek, amma bu olke menim heyatimda cox boyuk yere malikdir. Dostlarla geceler Bratislavanin qaranliq kucelerinde gezmekden tutmush, Miladi qeyd etmek ucun kohne Slovak qatari ile Tatra daglari istiqametinde getmeyime kimi bu olke ile bagli xatirelerim sozlerle bitmez... Sonuncu defe iyulda orda olmagima baxmayaraq, Slovakiyasiz qala bilmirem, burnumun ucu goyneyir. Bakida Slovakiyanin bir hissesini kucelerde, binalarda, insanlarin simasinda tapmaga calishiram, amma hamisi yad gelir mene... Menim kimi bir nece insan her hansisa shehere, ya da olkeye baglanir, bir nov ozlerini hemin yerde tapirlar, ve fikrimce, hemin insanlar en xoshbext insanlardir...
Bu yazida ise Slovakiyanin paytaxti Bratislava haqqinda yazmaga calishacam.

Bratislava - dunyada yegane paytaxt sheherdir ki, 2 olke ile - Avstriya ve Macaristan - serhedi var. Vyanadan mashinla 45deqiqe, Budapeshtden 2saat, Praqadan ise 3saatliq mesafede yerleshir. Erazi ve ehali sayina gore cox kicik sheherdir ve eger siz de menim kimi kicik ve turistik olmayan yerleri sevirsinizse, onda Bratislavaya bash cekmelisiz. Bratislava hemin sheherlerdendir ki, sanki ruhu var, yalniz binalar ve kucelerden ibaret deyil. "Vehshi" gece heyatindan tutmush sakit parkda gezintilerine kimi vurulmusham bu shehere... Icazenizle isterdim bu yazimla Bratislavaya sizin ucun beledcilik edim :)

EYLENCE/CLUB:
-Bratislavada eylence deyen kimi, fikrimce haminin aglina ilk Subclub gelir. Bratislava qalasinin altindaki bir nece ehtiyyat bunkerlerinin birinde tikilen, girishi tunelden bashlayan ve tunele giren kimi sanki adami bir nov transa salan Subclub'da daha cox elektronik, techno ve bezen de alternative musiqiler seslendirilir. Heftenin gununden asili olmayaraq Subclub hemishe cavanlarla dolu olur, amma en yaxshi vaxt Yeni Il Gecesi olan electro/techno partilerdir.
-Subclub yaramirsa, Bratislavadaki en boyuk klub The Club Bratislava yarayacag
:)

GORMELI YERLER:
-Bratislvaský Hrad - Bratislava Qalasi. Dunay golunun uzerindeki tepede yerleshen Bratislava Qalasi 9-18ci esre aiddir. Vyanadan Bratislavaya geceyle gelende hele hec serhede catmamish bu mohteshem qalani uzaqdan ishiqlandirilmish gorende icimde izah ede bilmeyeceyim bir fexr hissi yaranir.
-Devin Qalasi. Avstriya ile serhedde yerleshen bu qala ozunde coxlu tarix dashiyir, amma men tarixinden danishmayacam. Ora hiking edib yuxaridan menzereye baxsaniz, ele kifayetdir.
-Most SNP ve ya UFO korpusu. Gorunushuyle UNO'ya benzeyen bu korpunun yuxarisina liftle cixib Bratislavani (ve hetta Avstriyanin bir hissesini) seyr ede bilersiz.
-Old Town. Bratislava umumiyyetle kicik oldugundan her yere ayaqla gede bilersiz, ve Old Town'da da her yeri gormek ucun en yaxshi plan hec bir planin olmamasidir. Ayaqlariniz sizi hansi kuceye aparirsa, ora da gedin, eminem ki, ureyinize uygun bir sheyler tapacagsiz.
-Zlaté Piesky golu. Bratislavanin kicik olmasina baxmayin, oz golu de var
;)4 nomreli tramvayin sonuncu dayanacagi olan bu gol yerli Slovaklarin yayda dinceldiyi "Xorvatiya"laridir. Qarshi terefde nudist cimerliyi, girish terefde ise clothing optional cimerliyidir. Pive de ucuzdur :)

YEMEK/ICMEK:
-Bryndzové halušky. Hele yadima gelir birinci defe Bratislavada olanda dostlarim mene halušky qonaqligi vermishdiler. Indiye qeder her defe Slovakiyada olanda agzima halušky deymese, eve qayitmiram. Bryndza pendirinden hazirlanir ve uzerine bacon dogranir. Bacon olmadan da yeye bilersiz amma ele bil ki, dolmani yarpaqsiz yeyeceksiz.
-Kapustnica. Coxlu kelem
:)
-Icmeye Kofola. Kofola bir nov yerli (Cexoslovak) Koladir. Daha shirin olur, ve hec vaxt esl bir slovakin elinde kola gormezsiz, diqqetle oxuyun, kofola olacag.
-Slivovica/medovina. Araq icensizse ve ozunuze guvenirsizse slivovica sinayin. Men exsevgilimin babasi ile bash-basha slivovica shotlari vururdum, ve heyatimin en boyuk sehvlerinden biri olmushdur
;) Medovina baldan hazirlanir ve nisbeten yunguldur.

NEQLIYYAT:
Bratislavada her yere ayaqla da catmaq olar eger vaxtiniz boldursa, amma yazimi beyenib ora kocmeyi dushunursuzse, belke 1-2 sheyi bilsez yaxshi olar. Sheherde tramvay ve avtobus sistemi deqiqe be deqiqe vaxtinda ishleyir, elece de gece marshrutlari. Bu yaxinlarda Slovnaft'in sponsorlugu ile Bratislavada yenice bike-sharing formatli velosipedler istifadeye verilib, amma Bratislava velosiped surenler ucun cehennem ola biler, velosiped xettinin birden-bire yolun ortasinda bitmesini nezere alsaq
:) Buna baxmayaraq, ictimai neqliyyat qerbi Avropa olkelerine nisbeten cox ucuzdur. 2 zonaya kimi 30 deqiqelik single ticket = 0.90euro, nezere alsaq ki, tram ile 30 deqiqeye her yere catarsiz.

SHOPPING:
-Tesco
-Lidl. En ucuzu Lidl'dir.
-IKEA. Slovakiyadaki yegane IKEA Bratislava Aeroportu yaxinliginda yerleshir. (ps Aeroport Zlate Piesky dayanacagindan hec de uzagda deyil)

Bratislava haqqinda fikrimce biraz melumat vere bildim. Gedin, gorun, feedbacklarinizi verin. Belke kimse sevecek, belke de kimse deyecek ki, bunun neyine vurulmusham, amma bu sheher hemishe ureyimde yashayacag(oz sebeblerim var), ve bu yaxinlarda ora kocmeyi artiq dushunurem. Lebo milujem Slovensko!

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR