"Fast Travel" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 3 Noyabr 2018 18:29 871
"Fast Travel" işçi axtarır - VAKANSİYA

TUR MENECERİ - 300- 500 AZN

İş barədə məlumat

- Müxtəlif istiqamətlərdə fərdi və qrup turlarının hazırlanması, otellərin və biletlərin bronlaşdırılması 
- Müştərilərdən və ya əməkdaşlardan (partnyorlardan) gələn sorguların işgüzar formada cavablandırılması, qeydiyyata alınması və ya əlaqədar əməkdaşa (işçiyə) yönləndirilməsi 
- Müştəridən gələn sorğuların vaxtında və uyğun qaydada cavablandırılması 
- Mövsümə və tələblərə uyğun turların axtarılması və Reklam bölməsinə ötürülməsi 
- Uyğun marşrut və qiymətin müəyyən edilməsi 
- Həftə və ay ərzində görülmüş işlər barəsində hesabatların hazırlanması və rəhbərliyə ötürülməsi 
- Turizm sahəsi üzrə ölkə daxilində və ölkə xaricində keçirilən tədbirlərdə, sərgilərdə, konfranslarda şirkətin yüksək səviyyədə təmsil olunması 
-Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə müəyyən ediləcək + satışdan komissiya veriləcək/ 
- Sınaq müddəti 10 gün 
- İş qrafiki: Həftə içi: 10:00-dan 19:00-dək, şənbə: 10:00-dan 16:00-dək

Namizədə tələblər

- Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq 
- Avia-biletlərin bronlaşdırılmasını, yazılmasını, qaytarılmasını, dəyişdirilməsini və digər əməliyyatlarını həyata keçirmə bacarığı 
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir) 
- Kompüterdə işləmək bacarığı (MS Office programları, İnternet, MS Outlook, və s.) 
- Səlis və işgüzar danışıq bacarığı 
- Yüksək ünsiyyət qurma bacarığı 
- Məsuliyyətli və diqqətli olmaq

Şəkilli CV-lərinizi "Tur meneceri" başlığı altında hr@fast-travel.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

OXŞAR XƏBƏRLƏR