“Oksford”da oxumaq istəyənlərə verilən suallar

“Oksford”da oxumaq istəyənlərə verilən suallar
Təhsil və karyera 5 Noyabr 2018 15:51 807
“Oksford”da oxumaq istəyənlərə verilən suallar

Böyük Britaniyanın ən məşhur və keyfiyyətli təhsilə görə fərqlənən Oksford Universiteti tələbə qəbulu zamanı namizədləri müsahibə mərhələsinə dəvət edir.

Müsahibədə iştirak edən tələbələr isə sualların qəribə və maraqlı olduğunu iddia edirlər.

Seyyah.az Oksford Universitetinə qəbul zamanı müsahibədə namizədlərə verilən suallardan bir neçə nümunə təqdim edir:

Biologiya fakültəsinə qəbul zamanı verilən suallar:

"Uğur böcəkləri qırmızı rəngdədir. Çiçəklər də həmçinin. Niyə?"

"Şirlərin nəslinin tükənməsi hansı təhlükədən xəbər verər?"

"Bu, kaktusdur. Kaktus haqqında nələrsə danışın".

Ədəbiyyat fakültəsinə qəbul zamanı verilən suallar:

"Qısa hekayənin romandan fərqi nədir?"

"Sizcə, şeiri anlamaq çətin olmalıdır?"

Musiqi fakültəsinə qəbul zamanı verilən suallardan biri:

"Əgər yeni musiqi aləti ixtira etməli olsaydınız, səsini nəyə bənzədərdiniz?"

Psixologiya fakültəsinə qəbul zamanı verilən suallar:

"İnsanların niyə 2 gözü var?"

"İnsanlar üçün “normal” sözünün mənası nədir?"

Hüquq fakültəsinə qəbul zamanı verilən suallardan biri:

"Əgər maşını düzgün yerdə saxlamayanların cəzası ölüm olsaydı və buna görə kimsə qadağan olunan yerdə avtomobil saxlamasaydı, bu hüquq qanunu hesab oluna bilərdi?"

Tarix fakültəsinə qəbul zamanı verilən suallardan biri:

"Təsəvvür edin, əlimizdə idman sahəsiylə bağlı məlumatlardan başqa keçmişlə əlaqəli heç nə yoxdur. Belə olduğu halda keçmişdən nə qədər informasiya toplaya bilərdik?"

Mənbə:AzEdu

OXŞAR XƏBƏRLƏR