Ayaqlarım torpağına dəyməmiş, tarixinə heyran olduğum yerlər - ŞƏXSİ TƏCRÜBƏ

Ayaqlarım torpağına dəyməmiş, tarixinə heyran olduğum yerlər - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 6 Noyabr 2018 12:05 1103
Ayaqlarım torpağına dəyməmiş, tarixinə heyran olduğum yerlər - ŞƏXSİ TƏCRÜBƏ

Ayaqlarım torpağına dəyməmiş, tarixinə heyran olduğum yerlər .

Hər vaxtınız xeyirli və maraqlı olsun, Gəzəyənlər. V sinifdə ” История древнего мира” keçəndən , Misir, İtaliya ( qədim Roma) , Yunanıstan tarixlərinin vurğunu oldum . Demirəm dəlicəsinə arzuladım, yox, sadəcə içimdə sakit və qəti bir inam yarandı – mən böyüyəndə bu tarixləri gözümlə görəcəm ))

Gəzəyənlər, sizinlə Misir haqda bölüşmək istiyərdim.

Misir Afrika materikində yerləşir , şimaldan Aralıq , şərqdən Qırmızı dəniz əhatə edir . Bu iki dənizi 1869-cu ildə süni salınmış Süveyş kanalı (Suez Canal ; Суэцкий канал) birləşdirir . Kanal Asiya və Afrika’nın coğrafi sərhədi hesab olunur və hər il Misirin büdcəsinə 4- 5 milyard $ gəlir gətirir .

Bir maraqlı faktı da deyim . Juzeppe Verdi “Aida” operasını Misirin hıdivi İsmayıl paşanın istəyiylə Süveyş kanalının və Qahirə Opera teatrının açılışı eşqinə yazmışdı . (Hıdiv – Misirin vise-sultanının titulu deməkdir. 1867-dən 1914-dek Misir Türkiyə’nin himayəsi altında olmuşdu).

Dünyanın 7 möcüzəsindən 2-si bu diyarda yerləşir – Misir piramidaları və İskəndəriyyə Fənəri (Александрийский маяк ;Lighthouse of Alexandria).
İlk dəfə Misirdə 2007 oldum. Sonrakı gedişlərimin səbəbi nə tarixə vurğunluğum, nə Qahirə və Nil çayına bayıldığım olmadı ), Qırmızı dəniz oldu
Qahirə (Cairo ; Каир)- “Şərqin qapıları” , “1000 minarələr” şəhəri adlanılır . Gəzməli , görməli , heyran olmalı yerləri çoxdu . Misirin paytaxtı nə qədər möhtəşəmdirsə, o qədər də çirkli , çooooxxxx çirklidir .Şəhər boyu uzanan süni salınmış su kanalını qahirəlilər zibillə necə doldurmuşdularsa, təmizləmək mümkün olmadığından, kanalı betonla doldurub örtmək qərarına alınmışdı. İnsanları da məndə heç də müsbət fikir yaratmadılar (

İstirahət zonaları tam ferqlidi Yaşıllıq, gül-çiçəkli , ideal təmizlik , xidmət edən otel personalı – mədəni, gülərüz, temkinli . Yəni hər şey çox səviyyəli ( olduğum otellərə esaslanaraq söyləyirəm) İstirahət etməyi iki tipə bölürəm : passiv – çimərlik +otel istirahəti və aktiv , yəni , rükzaki aldın belinə – ayaqlarına qüvvət, gözünə işıq – gəz və gör. Misir üçün bu iki tipin sintezi əlverişlidi . Mart, aprel, may ayları məsləhətlidir .

Olduğum bölgələr- ТабаШарм-эль-ШейхЭль-Гуна , ХургадаМарса-Aлам . Hər birindən çox razı qalmışam . Çimərlik istirahəti üçün hər bölgə uyğundur . Dayvinq və vindsörfinq üçün -1ci Şarm-el-Şeyx ve Mars’a-Alam, 2ci Xurqada məslətlidir. El-Quna sakit istirahət üçün gözəl bir yerdi
Tabaya nəzər salın. Yordaniya, İsrail və Saudi Arabistan’la sərhəddir. “InterContinental Taba Heights Resort” otelinə 18 qünlük tur-paket qötürdük . Tabada , yerli turfirmaların vasitəsile 3 qünlük İsrail’ə , 1 qünlük İordaniyaya ekskursıya aldıq. Avtobusla gecə 22.00 yola çıxdıq , 20 dəqiqəyə İsrail sərhədində olduq . Turist axını çox olduğundan və sərhədçilər canı-dildən yoxlama apardıqları səbəbdən 3 saat vaxt itirdik.
Yordanıyaya gəmiylə 30-35 dəqiqəyə çatdıq , sərhəddə problem olmadı .

Böyük Sfinks – insan sifətli , şir bədənli bu skulptura çox sirlər daşıyır . Piramidalardan qədim sayılır .
Herodot 445 il e. e. Misirdə olmuş və səyahəti haqda tarix yazmışdır. Sfinksdən bir kəlmə belə söyləməmişdir . Səhra qumu Sfinksi dərin basdırdığı səbəbden , Herodotla görüş baş tutmamışdı )))

Luksor və Karnak məbədlərini 3 km uzunluğu olan sfinkslər xiyabanı birləşdirirdi . İndiyədək bu xiyabanın qazıntıları davam edir . Fotoda – Luksor məbədinin birinci giriş qapıları və svinkslər xiyabanının bir parçası .

 

Xatşepsut məbədi . Xatşepsut qadın-firon olub, 1489-1968 il b.e.e hökümranlıq edib. Misirin tikinti inkişafında və iqdisadiyyatının yüksəlməsində böyük iz qoyub .

Fotodakı məbədi firon öz sağlığında özü üçün 9 il müddətində tikdirib. Bizim zamana yalnız məbədin fundamenti toxunulmaz qalıb . Gördüyünüz möhtəşəm tikinti təzə yaradılmışdır .
Xatşepsut sifətli qranit sfinks və Xatşepsutun mumiyası Qahirə muzeyində saxlanılır.
P.S.Misir tarixində 4 qadın-firon olub: Tetişeri , Axxo-tep ll, Yaxmos-Nefertari və Xatşepsut.

Qədim və tükürpədici tarixi olan bu diyari gəlib görməyə dəyər

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR