Bakıda villa alana mənzil hədiyyə – MƏBLƏĞLƏR, ŞƏRTLƏR

Bakıda villa alana mənzil hədiyyə – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Əmlak 7 Noyabr 2018 11:56 2196
Bakıda villa alana mənzil hədiyyə – MƏBLƏĞLƏR, ŞƏRTLƏR

«AS Group Investment» şirkəti Şağan qəsəbəsi inşa etdiyi lüks villaların satışını artırmaq üçün yeni kampaniyaya başlayıb. Şirkətdən Seyyah.az-a bildiriblər ki, yeni kampaniyaya görə, "Villa Siena" villalar kompleksindən villa alanlara Yasamaldakı premium yaşayış kompleksi "Renessans Palace"dan mənzil hədiyyə ediləcək.

«Villa Siena»dakı villalar italyan üslubunda inşa edilib və qapalı həyətdə yerləşir. Konmpleksdə 28 villa var. Şəhərciyi xatırladan kompleksdə yaşayanlar buradakı müxtəlif iaşə obyektlərinin xidmətlərindən istifadə edə biləcəklər. Kompleks ərazisi 24 saat yüksək səviyyəli mühafizə ilə təmin edilir»-deyə şirkətin məlumatında bildirilir.

Yeni kampaniyanın şərtlərini dəqiqləşdirən FED.az-ın məlumatına görə, Villalar kompleksindəki 28 villadan 22-si satışdadır. Villaların qiyməti 1 milyon 238 min manatdan başlayaraq 1 milyon 600 min manat arasında dəyişir. Bu villaları alanlara «Renessans Palas»dan 1-2 otaqlı mənzil hədiyyə ediləcək.

Hədiyyə mənzilin ölçüləri alınan villanın qiymətindən asılıdır. Belə ki, nisbətən ucuz villa alanlara 67 kvadratlıq 1 otaqlı, bahalısını alanlara isə 75 kvadratlıq 2 otaqlı mənzil hədiyyə ediləcək.

Qeyd edək ki, villaların hər biri 10-16 sot torpaq sahəsində yerləşir onların öz sahəsi isə 620 kvadratmetrdir. Ümumilikdə kompleksin sahəsi 4,6 hektardır.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR