Belçikada təhsil imkanı

Belçikada təhsil imkanı
Təhsil və karyera 8 Noyabr 2018 11:07 720
Belçikada təhsil imkanı

Son müraciət tarixi: 30 Yanvar 2019

Avropa Kolleci beynəlxalq tələbələr üçün bir sıra təqaüd proqramları təklif edir. Bu təqaüdlər 2019-2020-cu tədris ili üçün nəzərdə tutulub.

Kollec özəl təhsil müəssisəsidir və Avropa təşkilatları, beynəlxalq təşkilatlar, Avropa universitetləri ilə geniş əməkdaşlıq əlaqələri var.

Kollecdə tədris dili ingilis və fransız dilləridir. Namizədlər bu iki dildən birini seçməklə proqrama müraciət edə bilərlər.

Namizədlərin müvafiq akademik dərəcəsi olmalıdır.

Tələblər:

İngilis və ya fransız dilində diplomun surəti

Azərbaycan, Belarusiya, Misir, Gürcüstan, İsrail, İordaniya, Livan, Liviya, Moldova, Ukrayna və s.-dən olan tələbələr

Elektorn ərizənin doldurulması

2 tövsiyə məktubu

Fransız və ingilis dili (B2- tədris dili, B1-digəri üçün)

Motivasiya məktubu (max. 600 söz)

CV (Europass formatında)

Transkript

Fotoşəkil

Təqaüd akademik xərclər, yerləşmə, qida və səyahət xərclərini qarşılayır.

Daha ətraflı məlumat və qeydiyyat üçün:

https://www.coleuropenatolin.eu/

https://admissions.coleurope.eu/login

Mənbə: Xaricdetehsil.news

OXŞAR XƏBƏRLƏR