Dubayda biznes quranlara yaxşı xəbər - YENİ QANUN

Dubayda biznes quranlara yaxşı xəbər - YENİ QANUN
Xaricdə iş və miqrasiya 8 Noyabr 2018 14:20 89
Dubayda biznes quranlara yaxşı xəbər - YENİ QANUN

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ölkəyə əlavə xarici investisiyalar cəlb etmək məqsədilə investisiyaya aid yeni qanun qəbul edilib.

Seyyah.az bildirir ki, bu barədə  BƏƏ KİV-lərri məlumat yayıb.

Ölkə ərazisində qüvvəyə minən yeni investisiya qanununa əsasən, əcnəbilər iqtisadiyyatın bəzi sektorlarında şirkətlərə tamhüquqlu sahiblik edə biləcəklər. İndiyə qədər Əmirliklərdə qeydiyyatda olan xarici şirkətlər öz bizneslərinə BƏƏ vətəndaşı olan yerli tərəfdaşı cəlb etməyə borclu idilər. Həmin şəxs nominal olaraq şirkətin 51 faiz payçısı olurdu.

Qeyd etmək lazımdır ki, yeni investisiya qanunu iqtisadiyyatın 14 sektoruna şamil edilmir: neftçıxarma və neft emalı, hərbi sənaye kompleksi (o cümlədən ordunun və mühafizə müəssisələrinin ehtiyacları üçün silah, partladıcı materiallar, paltar və avadanlıq istehsalı), bank və maliyyə xidmətləri, sığorta, ziyarət turlarının təşkili üzrə xidmətlər, işəgötürmə üzrə fəaliyyət, kommunal xidmətlər, balıq ovu, poçt və telekommunikasiya xidmətləri, yol və hava nəqliyyatı, çap məhsulları istehsalı, kommersiya agentlikləri, tibbi xidmətlər (apteklər və dərman satışı), habelə qan və zəhər bankları.

Qanunda qeyd edilir ki, əcnəbilər tərəfindən biznesə yüz faizlik sahiblik hüququna icazə veriləcək sahələrin siyahısı sonra dərc ediləcək.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR