Azərbaycanlılar bu ölkəyə axışır - 1000-DƏN ÇOX YAŞAMA İCAZƏSİ VERİLİB

Azərbaycanlılar bu ölkəyə axışır - 1000-DƏN ÇOX YAŞAMA İCAZƏSİ VERİLİB
Xaricdə iş və miqrasiya 12 Noyabr 2018 10:53 2246
Azərbaycanlılar bu ölkəyə axışır - 1000-DƏN ÇOX YAŞAMA İCAZƏSİ VERİLİB

Polşa Respublikasında 2018-ci il yanvarın 1-dən noyabrın 1-ə qədər dünyanın müxtəlif yerindən 1002 nəfər azərbaycanlı rəsmi yaşama icazəsi alıb.

Seyyah.az xəbər verir ki, Polşanın xaricilər ilə iş üzrə dövlət departamentindən verilən məlumata görə, bunlardan 872 nəfər müvəqqəti yaşama icazəsi, 79 nəfər daimi yaşama icazəsi, 32 nəfər uzun müddətli Avropa İttifaqı yaşama icazəsi, 8 nəfər humanitar səbəblərdən yaşama icazəsi, 11 nəfər isə digər səbəblərdən yaşama icazəsi əldə edib.

Yaşama icazəsi alanlardan 105 nəfər 20 yaşa qədərdir. 684 nəfər 20-40 yaş arası, 202 nəfər 40-59 yaş arası, 10 nəfər 60-79 yaş arası, 1 nəfər isə 81 yaşdadır. Ümumilikdə bunlardan 732 nəfər kişi, 265 nəfər isə qadındır. 

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR