"The Landmark Hotel" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 13 Noyabr 2018 22:07 937
"The Landmark Hotel" işçi axtarır - VAKANSİYA

Vakansiya: Təchizat şöbəsinin mütəxəssisi

Vəzifə öhdəlikləri: 

 Təşkilatın struktur bölmələrinin sifarişi ilə əldə edilməsi zəruri hesab edilən mal, xidmət və işlərlə bağlı təchizatçı şirkətlərin müəyyənləşdirilməsi sahəsində bazar araşdırmaları aparmaq;
 Bağlanılması nəzərdə tutulan müqavilələr üzrə aparılan danışıqlarda və müqavilələrin tərtibatında iştirak etmək;
 Təchiz olunmuş malların qeydiyyatını aparmaq və növbəti il üçün proqnoz hazırlamaq;
 Zəruri hallarda şöbənin digər əməkdaşlarının vəzifə öhdəliklərini yerinə yetirmək;
 Əmək fəaliyyəti ilə bağlı səlahiyyətli şəxslərin digər tapşırıqlarını yerinə yetirmək;

 Tender proseslərinin icrası, təlimat və prosedur yazma, təqdimat, hesabat qabiliyyəti, qiymət araşdırması və müqayisəli təhlil qabiliyyəti.

İş tələbləri:

 Maliyyə, iqtisadiyyat və digər uyğun istiqamətlərdə ali təhsil;
 Müvafiq sahə üzrə 2 ildən artıq təcrübəyə üstünlük verilir;
 Planlaşdırma, təşəbbüskarlıq, problem həlletmə, stressə davamlı;
 Satınalma üzrə Azərbaycan Respublikasının qanununun tələbləri üzrə biliklərin olmasına üstünlük verilir.
 Azərbaycan dili səlis, rus dili və İngilis dili yaxşı səviyyədə tələb olunur.

Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini müraciət etdiyi vəzifənin adını qeyd etməklə hr@thelandmarkhotel.az  ünvanına  göndərə bilər.

OXŞAR XƏBƏRLƏR