Hamburger hazırlamağı 22 dildə öyrədən - UNİVERSİTET

Hamburger hazırlamağı 22 dildə öyrədən - UNİVERSİTET
Təhsil və karyera 15 Noyabr 2018 10:09 48
Hamburger hazırlamağı 22 dildə öyrədən - UNİVERSİTET

Dünyanın maraqlı universitetləri sırasına daxil olan Hamburger Universiteti McDonalds restoranları şəbəkəsinə aiddir. Universitetdə hamburger hazırlanma yolları öyrədilir.

McDonalds Universiteti (Hamburger Universiteti) dünyada restoran seqmentində ilk koorporativ universitetdir. Əsası İllinoy ştatında 1961-ci ildə Elk Grove Village-də McDonalds restoranın birinci mərtəbəsində qoyulub. 1970-ci illərdə, universitet genişləndirilir,  ünvanı iki dəfə dəyişir, siniflərin sayı artır və şirkətin mənzil-qərargahı İllinoysun yanındakı "Oak Brook" binasına köçürülür. Universitet 50 il ərzində inkişaf edərək öz missiyasını layiqincə davam etdirə bilir.

Hər il universitetdən orta hesabla 5 min nəfər məzun olur. Yarandığı gündən  120 ölkədən 120.000-ə yaxın tələbə Hamburger Universitetin kurslarında təhsil alıb. Bununla əlaqədar, təhsil ocağı 22 dildə tərcümə kursları təklif edir. Təsisçisi Rey Kroc əvvəllər dərslərə rəhbərlik edirdi. Universitetdə Əməliyyat Rəhbərliyi, Liderlik, Biznes, İnkişaf və İnnovasiya məktəbləri də var. McDonalds Universitetləri Tokio, London, Sidney, Münhen, Şanxay və Barueri şəhərlərində də  fəaliyyət göstərir:

Oak Brook, ABŞ

HU Oak Brook-da yerləşdiyi vaxt ərzində 120 ölkədən olan tələbələr burada təhsil alırdı. Eyni zamanda,  burada 28 dili öyrədən tərcüməçilik kursları da olub.  

Tokio, Yaponiya

HU-nun Yaponiya tədris mərkəzi 1971-cı ildə açılıb. Bundan bir ay sonra ilk McDonalds restoranı, Tokioda Gindze-də fəaliyyətə başlayıb.  Hazırda Tokiodakı mərkəzdə şirkətin əməkdaşları arasında müstəqil öyrənməyi təbliğ edən yeni elektron təhsil sistemi kimi təqdim edilir.

London, Böyük Britaniya

Londondakı  HU  Belçika, Danimarka, Finlandiya, Yunanıstan, İrlandiya, Niderland, İslandiya, İtaliya, Malta, İsrail, Norveç, İsveç, İsveçrə və Böyük Britaniya üçün təlim kursları təklif edir. Universitet hər il  2.300-dən çox tələbəyə təlim keçir.

Sidney, Avstraliya

Avstraliyada yerləşən HU 1989-ci ildə öz qapılarını tələbələrin üzünə açıb. Hamburger Universiteti Avstraliya, Yeni Zellandiya, Malayziya, İndoneziya, Filippin, Sinqapur, Tailand, Hindistan, Cənubi Afrika, Fici, Fransız Polineziya, Taiti və Cənubi Koreya və başqa ölkələr arasında orta hesabla 5.000 menecerə təlim keçir.
 

Münhen, Almaniya

Münhendəki universitet Almaniya Koorporasiyası ilə binanı bölüşür. Kurslarda geniş spektri əhatə edən  xorvat,çex,alman, macar,rumin,polşa və rus dillərində sinxron tərcümə mümkündür.
 

Şanxay, Çin

Çində yerləşən HU Böyük Çin regionunda təlim menecerləri üçün mərkəz 2010-cu ildə yaradılmışdır və dünyada yeddinci McDonalds Universitetidir. HU da liderlik bacarıqları və liderlik məktəblərində təlim keçmək təklif edilir.

San Paulo, Braziliya

Hamburger Universiteti Braziliya və digər Latın Amerikası ölkələrində də fəaliyyət göstərir.HU Latın Amerikasında  1997-ci ilin 17 oktyabrıda fəaliyyətə başlayıb. O vaxtdan bəri 120.000-dən çox tələbə müraciət etmişdir.

HU davamlı bina kimi 2012-ci ildə LEED (Enerji və Ətraf Mühit Dizaynında Rəhbərlik) sertifikatını alıb. McDonalds Universiteti tərəfindən təklif olunan  kurslar restoran və idarələrin hər birindən  idarəetmə və rəhbər vəzifələrdə çalışanlar üçün nəzərdə tutulub.

Mənbə:  Fins

OXŞAR XƏBƏRLƏR