Gündoğan ölkə – Yaponiya - ŞƏXSİ TƏCRÜBƏ

Gündoğan ölkə – Yaponiya - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 22 Noyabr 2018 14:23 865
Gündoğan ölkə – Yaponiya - ŞƏXSİ TƏCRÜBƏ

Uzun müddətdir bu post’u yazmağı düşünürdüm. Nəhayət məqam gəlib çatdı)
Bir il öncə tam da bu vaxt ziyarət etdiyim Yaponiya haqqında yazmaq istəyirəm sizə) İlk öncə onu deyim ki, dövlət hesabına getdiyim üçün (təbii ki, Yaponiya tərəfinin)) xərcləri onlar qarşılayıblar.

Amma yapon dilini bilib, biraz məlumatlı olduğum üçün suallarınıza məmnuniyyətlə cavab verə, səyahət planınızı qurmağa kömək edə bilərəm)
Keçək mətləbə) Yaponiyanın OsakaKyotoNaraHiroshimavə Miyajima şəhərlərində olmuşam.

Osaka həm tarixi, həm müasir abidələrlə zəngindir. Sakit amma böyük şəhərdir. Street food çox dadlıdır)
Kyoto tarixi abidələri sevənlər üçün çox maraqlı olacaq əminəm. Hər addımbaşı temple və shrine var. Xüsusilə payız(momiji) və yaz (sakura) vaxtını məsləhət görürəm. 


Nara şəhəri  ile meəşhurdur) Nara park həmçinin Todaiji məbədi must see yərləridir)
Hiroshima şəhəri atom bombasından sonra rekonstruksiya olunsa da, simvol olaraq bir bina saxlanmışdır. Memorial park və museum var. Həmçinin bomba atılması nəticəsində vəfat edən insanların xatirəsinə heykəllər və xüsusi bir zəng var. Zəng’in üstündə dünya xəritəsi təsvir olunsa da, ölkələr arasında sərhədlər təsvir olunmayıb  


Miyajima adası isə Hiroshimadan gəmi ilə 20-30 dəqiqəlik məsafədə yerləşir. Orda da  var)) Xəritə, şirniyyat, hər cür kağız məmulatları yeyə bilirlər)
İzdihamlı şəhərləri sevmədiyim üçün Tokyo’da olmamışam  Gələn dəfə ora getməyi düşünürəm.

Küçədəki avtomatlarda su və digər içkilər hələ o vaxt 160 yen idi) Bahalı ölkədir amma mütləq gedib görülməlidir fikrimcə.
Şəhərlər arası shinkansen adlı sürət qatarı ilə yanaşı, dəfələrlə ucuz adi qatarlar da fəaliyyət göstərir. Yemək o qədər də baha deyildi və məni belə təəcübləndirən o idi ki hər yerdə sushi satılmırdı) Sushi restoranlarında çox uzun növbələr olur. Fast food’ları, küçə yeməkləri çox dadlı olur, odur ki, fürsətdən istifadə edib hər cür dəniz məhsulunun dadına baxın).

İnsanları çox gülərüz və yardımsevərdirlər, dili bilməsəniz də maksimum dərəcədə kömək etməyə çalışırlar. 

Səhifələrcə yaza bilərəm Yaponiya haqqında, amma lazımlı informasiya verməyə çalışdım. Hamınıza xoş istirahətlər!

OXŞAR XƏBƏRLƏR