Fransanın qastronomiya mərkəzi – Lyon - ŞƏXSİ TƏCRÜBƏ

Fransanın qastronomiya mərkəzi – Lyon - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 27 Noyabr 2018 14:52 880
Fransanın qastronomiya mərkəzi – Lyon - ŞƏXSİ TƏCRÜBƏ

Sizə bu il iyun ayında səyyahət etdiyim Lyon haqqında yazmaq istəyirəm. Lyona getmək planım birdən oldu və 15-20 gün ərzində qərara gəldik ki, Lyona-Fransaya gedirik. Bir il öncə Parisə səfər etdiyimdəm və Parisin heç də fikrimdə canlandırdığım kimi – nağıllar şəhəri filan olmadığını gördükdən sonra Lyondan gözləntim elə də böyük deyildi. Türk hava yolları ilə uçuşumuz baş tutdu, amma daha ucuz və sərfəli yollarla Lyona getmək mümkündür, müəyyən səbəblərdən Türk hava yollarını seçdik. Hava limanından 14 euroya şəhər mərkəzinə yaxın yerləşən Gare de Lyon stansiyasına birbaşa express trainlər var. Həmçinin həmən qiymətə express buslar da. Daha ucuz yollarla da şəhər mərkəzinə çatmaq olar, lakin bunun üçün bir neçə bus dəyişməli olacaqsız və daha çox zaman itgisi.

Metroya daxil olduqda ilk dəfə səyahət təcrübəmdə bir məsələ ilə qarşılaşdım. Metroya bilet almağa çalışarkən bir turist xanım mənə yaxınlaşıb, 3 günlük ictimai nəqliyyat biletini mənə təklif etdi. Əvvəlcə çaşqın halda qaldım, daha ucuz qiymətə mənə satmaq istədiyini düşündüm və yəqin ki, xanım da bu çaşqınlıqımı görüb bileti mənə pulsuz verdiyini və sadəcə bir gün Lyonda qalıb və Lyonu tərk etdiyini bildirdi. Xanıma təşəkkür edib bileti aldım və metroya daxil olduqda artıq Lyonda tam fərqli mühitin olduğunu görməyə başladım. Metro xəritəmi açdıqda artıq yanımda olan yerli bir xanım kömək lazım olub, olmadığnı soruşdu və bəzi şeyləri izah elədi. Şəhər mərkəzinə çatanda artıq axşam düşürdü.

Digər maraqlı məqamla isə səhər qarşılaşdım. Hava çox isti olduğundan erkən oyanıb daha tez şəhərə çıxmağa üstünlük verirdim ki, günorta isti saatlarını konpensasiya edim. Səhər saat 7də köhnə şəhərə çıxdım və demək olar ki, şəhər yeni oyanırdı. Ətrafda olan hər kəs tanıdığı, tanımadığı hər kəsə salam verir “bon jour” deyir. Demək olar şəhərin ən sıx insan olan yerinə çatana kimi qarşılaşdığım hər kəs salam verirdi. Xüsusilə yaşlı insanlarda bunu daha çox müşahidə elədim və təbii ki bu çox xoş təsir bağışladı. İnsanlar çox mehriban, gülərüz və kömək sevərdirlər hansı ki, Parisdə mən bunu hiss eləməmişdim. Şəhər olduqca təhlükəsizdi. Parisdə çantamı gizlin açmağa çalışan oğrular burdan çox uzaqdı, hətta bir əşyanı unutduqda çağırıb verirdilər))

Qiymətlər Paris qədər bahalı deyildi, yeməklər möhtəşəm idi və biz getdiyimiz həftə şəhərdə musiqi festivalı vardı deyə demək olar axşam düşdükdən sonra hər küncdə küçə musiqiçiləri ilə dolu idi. Ümumilikdə Lyon o şəhərlərdəndir ki, heç vaxt yatmır, şəhərin mərkəzində və köhnə Lyonda səhərə kimi musiqi, rəqs və əyləncədir. Şəhər mərkəzindən uzaqlaşılmadığı sürəcə gecə yarı olduğunun fərqinə varılmır. Şəhərin özünəməxsus arxitekturası var, istər müasir arxitektura ilə maraqlananlar, istərsə də orta əsr arxitekturaaı ilə maraqlananlar burda istədiyini tapacaqdır.

Digər Fransa şəhərlərində velisoped daha çox istifadə olunduğu halda burda samokatlar daha çoxdu, həm böyüklər, həm balacalar üçün. Hətta samokat kirayəsi də vardı. 4 gün Lyonda qaldıqdan sonra 7 avroya aldığım biletlə Genevaya yola düşdük. Bu haqda isə daha sonra 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR