Səyahət əhvalatları – Kosovo sərhədi - ŞƏXSİ TƏCRÜBƏ

Səyahət əhvalatları – Kosovo sərhədi - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 8 Dekabr 2018 14:24 683
Səyahət əhvalatları – Kosovo sərhədi - ŞƏXSİ TƏCRÜBƏ

Deməli dünən Priştinaya gedirdim avtobusla. Kosovo və Serbiya sərhədində xeyli gözlədik. Serbiya tərəf pasportları yığdı yoxladı geri verdi. Gəldik Kosovo sərhədinə. Polis avtobusda hərkəsdən sənədləri alıb mənə çatanda pasportuma diqqətlə baxıb qaşlarını qaldırdı…
Avtobusda gözləyirəm bir də görürəm sürücü deyir ki, gəl səni çağırırlar. Mənə yaınlaşıb qeyri adi emosiyalar ilə sənin vizan yoxdur sərhədi keçə bilməzsən! Mən də İtaliya Şengen vizamı göstərib multiple (çoxtərəfli) olduğunu qeyd elədim, üstəlik Bolqarıstan və Serbiyaya İtaliya vizamla gəldiyimi bildirdim. Mənim pasportumda Almaniya vizamın birinde Shengen Statten yazılmışdı.. Onu mənə göstərir ki, sənin vizan Şengen deyil.. Şengen olsaydı İtaliya qarşısında da Şengen yazılardı..

Emr elədi ki, avtobusdan sumkanı götür düş. Girişinə icazə vermirik!… Məni bölməyə apardılar.. Pasportumu komputerdə yazıb nəsə araşdırırlar.
Avtobus getmişdi… Mənsə sərhəddə gözləyib heç bilmirəm hara gedəcəyəm…

Bir anlıq bunların nə dərəcədə savadsız olduqlarını düşündüm, ardınca isə öz ölkələridir istəməsələr girişimi rədd edə bilərlər… Bəlkə Azərbaycan vətəndaşıyam və ölkəmiz Kosovonun müstəqilliyini qəbul etmir deyə vətəndaşından acıq çıxmaq istəyirlər?! Beynimdə fikirlər fırlanırdı ki, polis mənə dedi ID cart-ını göstər. Permesso di Soggiorno-nu (İtaliyada yaşam izni) göstərdim.. Və qeyd elədim ki Şengen vizasız mənə necə veriblər bəs bu permessonu?!
Heyyyy heç bir qanuna söykənməyən bəhanə gətirdi.. Və bir dənə sənəd hazırladı verdi ki al bunu. “Girişin qadağandır!”
Altda İngilis dilində yazılmışdı.. bu sənəd o kəsə tərtib olunur ki, Kosovo Respublikasının hərhansısa qaydasını pozduğu üçün ölkəyə girişi rədd edilir.

Təəccüblə oxuyub deyirəm ki, bunlar həqiqətənmi bilmirlər İtaliya ŞENGEN ölkəsidir?! ?! ?!

İsrar etməyə davam etdim.. İnanmırsınızsa internet verin Avropa Birliyinin artiklını sizə göstərim İtaliyanın şengen ölkə olması ilə bağlı. Mənə qulaq asmaq nədənsə bunlara sərf etmirdi..

Səyahət səhifələriindən birində Amerika ölkələrindən birində bir Azərbaycanlının sərhəddə 3 günlük həbsə atdıqları yadıma düşdü və düşünürdüm ki, məni aparacaqlar dəmir barmaqlıqlarına indi..
Yox, ola bilməz, qayda qanun var!!!
– İtaliyanın şengen olmasını qəbul etməyən birinin qayda qanundan nə xəbəri?!

Qısası, sonda bir nəfər gəldi.. Görünürdü böyük bir insan idi. Aralarında Albanca nə isə danışırdılar.. Mənsə sadəcə ” – İtaliya? Şengen!” sözlərini başa düşdüm! Ardınca Azərbaycan vətəndaşı olduğumu qeyd etdi rəisə.. Və bundan sonra emosiyalar yenidən dəyişdi.. Ardınca vizama baxıb dedi ki, “hmm bura şengen yazılmayıb”.. Permessomu buna göstərdim və dedim Alban dostlarımı görməyə gedirəm. 2015 Avropa oyunlarında sizin ölkə ilə işləmişəm falan.. Üzündə təbəssüm yaranıb apardı pasportumu yenidən pasport kontrola. Pasport, permesso əlli dəfə şəklini çəkib, yüz dənə aparatdan keçirəndən sonra mənə verib dediler ki, avtobusun gedib gözlə növbəti avtobusla Priştinaya yola salacağıq səni..
Hazırda Kosovodayam, çox güman ki, Kosovoya gelmiş ilk Azərbaycanlı… Və ümid edirəm ki, ölkədən çıxanda yenidən heç bir problem yaranmayacaq..

Uyğun zamanda Kosovonun Xarici İşlər nazirliyinə “qəşəng” email göndərəcəyəm, bunların tutduqları işlə bağlı.

Kosovonun müstəqil ölkə olmasını BMT tanımır deyə ciddi bir şey olduğunu düşünmürdüm.. Amma ki, yeni bir təcrübə qazandım…

Səbrlə oxuduğunuz üçün təşəkkürlər! 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR