Səyahət əhvalatları – İtaliya - ŞƏXSİ TƏCRÜBƏ

Səyahət əhvalatları – İtaliya - ŞƏXSİ TƏCRÜBƏ
Təhsil və karyera 11 Dekabr 2018 13:37 534
Səyahət əhvalatları – İtaliya - ŞƏXSİ TƏCRÜBƏ

Hər vaxtınız xeyirli ve maraqlı olsun

Tövbə-tövbə … İlk və axırıncı kollektiv səyahətim .

İlk İtaliya macəramdan söhbət açmaq istəyirəm . 
2013 ildi , Martın 18-i qızım məktəbdən 14 günlük İtaliyaya yola düşəcək . Tək getməsin deyə, mən də bu 23 nəfərlik qrupa qoşuldum . Məndən böyük bacım var, ona da dedim, uçduq Riminiyə ) Adama 1400€ ödəmişik, bura daxildi : aviabilet, səhər +axşam yeməyi +otel 4* //hər günə 2€ vergi haqqı daxil deyil // və Roma + Venesiya+ r-ka San Marino + Florensiya + Vatikana getmək.

San Marino

Deməli, 6 qün Riminidə qaldıq , oradan hər qün bir şəhərə yollanırdıq (Piza, Qenuya, Verona Milan, Bolonya) .
İlk gündən xəstələnmişəm, ağzımın-burnumun suyu , boğazım qatışıb bir-birinə ) Yeməkpərəst deyiləm, amma bu İtaliyada ürəyim kənd toyuğunun bulyonunda bişmiş, göylü-göyərtili qaynar-qaynar sup, bir də kəkotulu, dəmli çay istəyir )

Hər səhər 10 cür kruassan, 7 sort yumşaq- bərk pendir, 5 vid’də yağ və yumurta , paket çayı görəndə gözlərim qaralır  Şam yeməyinə də – mal, toyuq, donuz əti + düyüdən, paxlalılardan qarnir və çiy  bişmiş MAKARON  Birdənə də olsun nə meyvə, nə tərəvəz, nə göy-göyərti menyuda yoxdu . Heç doğranmış kələm, bibər belə süfrəyə qoymurlar 

Əvvəllər, 7 il vegetarian olmuşam ( yumurta, ət, balıq və onlardan hazırlanmış heç bir yeməyi dadmamışam ) . Bu səbəbdən də meyvəyə və göyərtiyə çox meyilliyəm . İndi ət yeyirəm , amma halal olmayan ətə və onunla bir verilən qarnirə ,acından ölsəm də, toxunmuram.

Florensiya

Günortanı şəhərdə yeyirik , oda ki ayaq üstü pizzayla falan keçiririk )
Nəysə, 6-cı günümüzdü – Bolonyadayıq . Şəhərə çatan kimi , bacımla mən qruppadan ayrılırıq və özbaşımıza dolanırıq . Şəhərdə gəzdik-fırlandıq , alış-veriş etdik və…

Ay qardaş , qəfildən elə bil məni atdılar vosmoyun(8) bazarına  Qadan alım, ara küçələrdə bir bazar var , bir bazar var  İndi bilmirəm sevinəm, bilmirəm hirsim’dən özümü çırpam Bolonyanın bu dar küçələrinə , bilmirəm ağlayam))) Day nələr yoxdu … Göy-göyərtinin iyi adamı bihuş eliyir . Görməmiş kimi, lazım olanı da aldım, lazım olmayanı da .

Düzünü desəm, yeməyə meyilli adam deyiləm. Ay nəfsim nəysə istəsin, tez onu ya bişirim, ya alım yeyim – yox . İtaliyanın havası mənə başqa cürə təsir eləyib 

Uje Romadayıq, şəhərin mərkəz yerlərinin birində otelə yerləşdik .
Səhər yeməyi oteldədir, menyu Riminidəkindən az fərqlənir .

Neapol

5-10 dəqiqəlik aralıqda xudmani, çoox simpatiçni restoran var, şam yeməyinə ora gedirik. Bizi restoranın şefi, tipik italyan sifətli, pozitiv Mario qarşıladı ) Dedi ki : “ Mən çox tanınmış aşbazam, ona görə ki xanımım 11-ci uşağımıza hamilədi, klinikadadı və körpənin doğulmasını gözləyirik. “Sonra bizə İtaliyada “bərk gedən “, yüksək tirajlı jurnal gösdərdi – üst vərəqədə şef-Marionun fotosu və ailəsi haqda məqalə )

Nəysə, yeməyimizi gətirdilər. Pomidorlu-bibarlı ət qızartması, etli-göbələkli sup, kotletlə+spagetti. Mən yemirəm, Mario yaxınlaşdı mənə. Niyə yemədiyimi soruşdu, mən də anlatdım.

Girdi qoluma, apardı məni mətbəx zonasına. 4 yaraşıqlı qaraqaş-qaragöz oğlanlarla məni tanış elədi. Dedi ki: “Bunlarda müsəlmandılar, başıma bəladılar, qazanları da, çömçələri də ayrıdı. Sən bizim qonağımızsan, hər gün daa 4 yox , 5 personluq – sənə də yemək bişirəcəklər .”
Bax beləəə 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR