"Baku Boulevard Hotel" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 12 Dekabr 2018 17:54 670
"Baku Boulevard Hotel" işçi axtarır - VAKANSİYA

İşə götürən: Baku Boulevard Hotel, Autograph Collection
Şöbə: Mühəndislik 
Vəzifə: Operator (Su anbarları və su təchizatı; Qazanxana və nasos sistemləri; Havalandırma sistemləri)
Son müraciət tarixi:  10.01.2019

Vəzifə öhdəlikləri (qısa təsvir):

• Tələb olunduqda texniki avadanlığın qoşulmasını, saz vəziyəttdə saxlanılmasını və təmirini təmin etmək
• Qazanxana otağı ilə yanaşı qızdırıcı, nasos, su çənləri və filtrlərin, habelə elektrik panellərin normal işləməsini təmin etmək və ümumi nəzarəti həyata keçirmək
• Qeydiyyat vərəqəsində cihazların ölçü və parametrlərinin müvafiq qaydada qeydiyyatını aparmaq
• Bütün mexanizmlərin təhlükəsiz və saz vəziyyətdə işləməsini təmin etmək
• Çənlərin içərisində su, hava və yanacağın tələb olunan miqdar, həcm və ölçüdə olmasını təmin etmək
• Aparılan su testlərinin (TDS/PH) nəticələri barədə qeydiyyatın aparılmasını təmin etmək 
• Havalandırma sisteminin qurğularına nəzarət etmək, normal işləməsini təmin etmək və ümumi nəzarəti həyata keçirmək
• Generatorların gündəlik su və yanacaq səviyyəsini yoxlamaq və təhlükənin olmamasından əmin olmaq
• Mexanizmlərin şöbə tərəfindən təyin edilən qrafikə üzrə profilaktik təmirini təmin etmək
• Yaranacaq hər hansı fövgəladə hal/problem barədə əvvəlcədən birbaşa rəhbərinə məlumat vermək və qabaqlayıcı tədbir görmək
• Tələb olduqda texniki xidmət komandasına lazımi dəstək göstərmək və təlimlərdə iştirak etmək
• Və s.

Namizədə olan tələblər:

• Mühəndislik sahəsində Ali və ya Orta Texniki ixtisas təhsili
• Müvafiq sahə üzrə güvvədə olan diplom və(ya)sertifikat
• Müvafiq sahədə ən azı 2 il təcrübə
• Texniki təhlükəsizlik və əməyin mühafizəsi əsaslarını bilmək, bunlara hər zaman riayət etmək
• Müxtəlif növbələrdə və dəyişkən cədvəl üzrə işləmək
• Yüksək ünsiyyətli və çevik, detallara həssas və dəqiq; eyni zamanda bir neçə tapşırığın öhdəsindən gəlmək
• Azərbaycan dili biliyi sərbəst, Rus və İngilis dilləri – orta
• Və s.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Qeyd olunan tələblərə uyğun iş axtaranlar elektron məktubun mövzu hissəsində Vakansiyanın adını “Operator-Mühəndislik” məktubun başlığında qeyd edərək CV-ni boulevard.careers@absheronhotelgroup.com ünvanına göndərə bilərlər.

Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com

OXŞAR XƏBƏRLƏR