Əsrarəngiz heykəllər adası – Pasxa - ŞƏXSİ TƏCRÜBƏ

Əsrarəngiz heykəllər adası – Pasxa - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 13 Dekabr 2018 14:45 65
Əsrarəngiz heykəllər adası – Pasxa - ŞƏXSİ TƏCRÜBƏ

Pasxa adası və ya Rapa Nui. Dünyanın insan yaşayan ən izolə olunmuş adası, ən yaxın insan yaşayan adaya 2075 km, kontinental Çiliyə isə 3000 km-dən çox məsafə var.

Bu vulkanik tipli adanı məhşur edən əlbəttə ki Moai heykəlləridi. Eramızın 700-1100-cü illərində adada məskən salmış Polineziyalılar Rano Raraku adlı vulkanın əsasında bu heykəlləri oyub sonra adanın bütün istiqamətlərinə daşımışlar. Elm aləmində hələ də bu 20-40 tonluq heykəllərin adanın müxtəlif hissələrinə necə daşınması barədə mübahisələr bitmir. Şəkillərdən göründüyü kimi hələ də bəzi heykəllər bitməmiş halda dağın ətəyində qalıb(bəziləri dağın yamacında, bəziləri dağın özülündə).

Ahu Tongariki 15 Moai-nin birlikdə yerləşdirildiyi yerdi, hər səhər günəşin çıxması zamanı burada təkrarolunmaz mənzərə yaranır. Ahu Akivi-də 7 Moai var, və adada bu okeana baxan yeganə Moai-lərdi. Adanın sahil boyu hər yerində tək Moai-lərə də rast gəlinir, ümumilikdə adada 700-dən çox moai var. Lakin adada görüləcək tək heykəllər deyil.

Palmalarla əhatələnən Anakena çimərliyi Sakit okeanın şəffaf suyu və ideal ağ qumu ilə baunti demişkən cənnət həzzi yaşadır)) Bu çimərlik həm də adaya ilk məskən salan insanların ilk gəldiyi yerdir, çünki kanoe tipli qayıqları ancaq qum üzərinə daşımaq mümkündür.

Adada ən hündür nöqtə olan Rano Kau vulkanından isə adaya və sakit okeana və vulkan kraterinə gözəl mənzərə açılır. Ada mətbəxinin şah yeməyi məncə tuna steykidi, çox dadlıdı. Adada ictimai nəqliyyat olmadığına görə velosiped, skuter, kvadrocikl və ya maşın kirayə olunmalıdır. Adanın özünə isə yalnız iki yolla gəlmək mümkündür, gündəlik Çilinin paytaxtı Santiagodan və həftədə iki dəfə Taiti-dən həyata keçirilən uçuşlar vasitəsilə. Xərclərdən – Santiagodan gediş-gəliş 400-500 usd, adanın ümümi bir qoruq olmasına görə 80 usd giriş bileti, gündəlik otel xərcləri adambaşı 30-50 usd-dən başlayaraq. Visa da sözsüz Çili vizası.

PS. Bütün bu məsələdə məni məyus edən odur ki, Moai-lər Dünyanın yeni 7 möcüzəsi siyahısına düşə bilməyib. Bu da seçimin səsvermə yolu ilə aparılmasına görədi, 8-ci yeri tutan Pasxa adası Rio de Janeyroda yerləşən İsa məsihin heykəlinə uduzub. Hələki heç bir tarixi əhəmiyyəti olmayan 20-ci əsrin ortalarında ucaldılmış bu heykəlin (Rio de Janeyrodakı) bu siyahıda olması fikrimcə haqsızlıqdı.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR