"Central Baku Hotel" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 15 Dekabr 2018 22:38 653
"Central Baku Hotel" işçi axtarır - VAKANSİYA

QEYDİYYATÇI 300 AZN

İş barədə məlumat

- Qonaqların qarşılanması, oteldə qeydiyyata alınması və yerləşdirilməsi və oteldən yola salınması 
- Rezervasiyaların qəbul edilməsi, otaqların ayrılması, qeydiyyatın aparılması, mesajların ötürülməsi və hesabların hazırlanması və digər bu kimi geniş həcmli inzibati işlərin icrası 
- Qonaqlara yerli ərazi barədə, dövlət qurumları və müvafiq müəssisələrlə bağlı məlumatlar verilməsi 
- Qonaqlar ilə yüksək səviyyədə təmasların qurulması, taksi sifarişlərinin verilməsi 
- Kompüter avadanlığından və internetdən optimal səviyyədə istifadə etmə bacarığı. 
- Daxil olan zəngləri və emailləri cavablandırmaq, ehtiyac duyulduğu halda digər şöbələrə yönəltmək 
- 1 gündən 1 növbəli iş qrafiki; 
- İş qrafiki: 18:00-dan 08:00-dək 
- Yemək şirkət tərəfindən verilir. 
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Namizədə tələblər

- Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri - əla 
- Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı 
- Cinsi: kişi 
- Yaş həddi: 24 yaşadək 
- Təhsil: ali 
- Xoş görünüşlü, gülərüz, pozitiv, konfliktləri yola vermək, hər xasiyyətdə insanlar ilə yola getməyi bacaran, mövcud problemin həllini yerində tapacaq biri

Şəkilsiz namizədlərin CV-lərinə baxılmayacaqdır. 
Müraciət etmək istəyənlər CV-lərini 
info@centralbakuhotel.com ünvana göndərmələri xahiş olunur. CV-lərlə tanış olunduqdan sonra uyğun namizədlərlə tez bir vaxtda əlaqə saxlanılacaq.

OXŞAR XƏBƏRLƏR