Türkiyə vətəndaşlığı almaq - QAYDASI DƏYİŞİR

Türkiyə vətəndaşlığı almaq - QAYDASI DƏYİŞİR
Xaricdə iş və miqrasiya 17 Dekabr 2018 11:07 1462
Türkiyə vətəndaşlığı almaq - QAYDASI DƏYİŞİR

Seyyah.az Türkiyə xəbər verir ki, yeni dəyişikliklərə əsasən vətəndaşlıq almaq üçün tələb olunan minimum 250 min dollar dəyərində daşınmaz əmlakın TAPU sənədinin (əmlakın qeydiyyat şəhadətnaməsi) olması şərti qaldırılır. Artıq vətəndaşlığını almaq üçün daşinmaz əmlak sözləşməsi ilə də müraciət etmək mümkündür. Bunun üçün satış sözləşməsinin notariusda təsdiq olunması kifayətdir. Yəni əcnəbilər tikilməkdə olan əmlak alaraq Türkiyə vətəndaşlığına keçə bilərlər. Dövlətin tək tələbi həmin əmlakın 3 il ərzində satılmamasıdır. Bu qanundan əvvəl Türkiyədə əmlak almış əcnəbilər vətəndaşlıq üçün müraciət edə bilməzlər.
Onu da qeyd edək ki, Türkiyədə 250.000 $ dəyərində əmlak alımı yolu ilə Türkiyə Respublikası vətəndaşlığı verilməsi ilə bağlı "Türk Vatandaşlığı Kanunu'nun həyata keçirilməsi ilə əlaqədar qanun çərçivəsində satın alınan əmlakın dəyərinin müəyyənləşdirilməsi şərti gətirilmişdir. Daşınmaz Əmlak Dəyərinin Müəyyənləşdirməsi xüsusi lisenziyası olan qurumlar tərəfindən həyata keçirilir və yalnız bundan sonra vətəndaşlıq almaq üçün müraciət sənədi qəbul olunur.

Diqqət!!! Lazımi sənədlər

1. Ekspertiza ediləcək daşınmaz əmlakın (mənzil, villa, torpaq ərazisi, ofis, otel və s.) TAPU sənədi və ya notariusda təsdiq olunmuş satış müqaviləsi

2. Daşınmaz Əmlakın ərazisi haqqında qısa məlumat. Məs. Riva/Beykoz bölgəsinde 5.000 kv.m. torpaq ərazisi içində 500 kv.m. villa və s.

3. İstifadə təyinatı 

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR