Xaricdə iş: əmək miqrasiyası dünyanı necə dəyişir

Xaricdə iş: əmək miqrasiyası dünyanı necə dəyişir
Xaricdə iş və miqrasiya 18 Dekabr 2018 16:33 325
Xaricdə iş: əmək miqrasiyası dünyanı necə dəyişir

İnşaatçılar, bankirlər, musiqiçilər, taksi sürücüləri: əmək miqrantlarının dünya miqyası genişlənir. Onların sayı artıq 164 milyonu keçib. Bu, Rusiyanın əhalisindən daha çoxdur.

Miqrantların üçdə ikisi zəngin ölkələrə gedib və indi oralarda hər beşinci işçi əcnəbidir.

Miqrantlar arasında məşğulluqla bərabər yerli əhali arasında işsizlik və narazılıq artmaqdadır. Buna cavab olaraq rəsmilər miqrasiya siyasətini sərtləşdirir. Digər tərəfdən, texnoloji inqilab əməyə ehtiyacı azaldır.

Nəticədə, inkişaf etmiş iqtisadiyyatlarda əmək miqrantlarının axını tədricən yavaşlayır və orta gəlirli ölkələr diqqəti öz üzərinə çəkir.

Dünya Əmək Təşkilatının son tədqiqatına görə, Çin və Braziliya ilə yanaşı, bu qrupun tərkibinə Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan və Türkmənistan daxildir.
Hara gedirlər?

Hələ də inkişaf etmiş Qərbə üstünlük verilir: Şimali Amerika və Avropa dünyanın bütün əcnəbi işçilərinin yarısını paylaşır.

Burada xarici iş adamlarına biznes mühiti, maliyyə və elmi baza cəlbedicidir, Cənubi Afrikalı Elon Musk-dan soruşun.

İşçiləri yüksək maaşlar, iş və karyera imkanları buralara gətirir.

Yerli işəgötürənlər isə istedad axtarışındadırlar və bunun üçün pul sərf edə bilərlər.

Məsələn, İngiltərə Mərkəzi Bankına (British Central Bank) rəhbərliyi kanadalı Mark Carney edir, Berlin Dövlət Baletinin (Staatsballett Berlin) balet truppasına isə daha əvvəl Rusiyada Mixailovski teatrında fəaliyyət göstərən ispaniyalı Nacho Duato.

İnkişaf etmiş zəngin ölkələr bütün əmək miqrasiyasının 68 faizini təşkil edir.

Bu, qismən buraların kasıb ölkələrin işçiləri üçün cəlbedici olmasına, qismən isə blokun 28 ölkəsi arasında yarım milyard insanın hərəkət etdiyi Avropa Birliyində sərhədlərin açılmasına görə əmək bazarının tədricən liberallaşmasına görədir.

İnkişaf etmiş ölkələrin işçi qüvvəsində miqrantlar 18,5 faizini təşkil edirsə, ümumiyyətlə, planetdə yalnız hər iyirminci və ya 3,5 milyard işçinin 5 faizindən azı xaricdən gəlib.
Miqrantlar və qaçqınlar

Dünyada dörddə bir milyarddan çox miqrant var, onlardan yalnız 7 faizi qaçqındır.

Miqrantların demək olar ki, 60 faizi əmək miqrantlarıdır, yəni xaricə iş tapmaq dalınca gələn və ya artıq işləyən insanlar.

Əvvəlki sorğudan bu yana dörd il ərzində dünyada əmək miqrantlarının sayı təxminən 10 faiz artıb.

Xeyir, yoxsa zərər?

Miqrant işçilərin 90 faizi 25-64 yaş arası insanlardır.

"Bu, bəzi ölkələrin işləyən əhalinin ən məhsuldar hissəsini itirməsi deməkdir və bu hal onların iqtisadiyyatlarına mənfi təsir göstərə bilər", - Dünya Əmək Təşkilatı xəbərdarlıq edir.

Digər tərəfdən, miqrantlar qazandıqları pulu tez-tez vətənlərinə göndərirlər. Bununla da onlar kasıb ölkələrə sosial yardıma görə kəskin pul çatışmazlığının və qida, yanacaq və digər kritik idxal mallarının alınması üçün valyuta azlığınnın öhdəsindən gəlməyə yardım edirlər.

Miqrantları qəbul edən ölkələr üçün tərəzinin bir gözündə işləyən, səmərəli, ağıllı və qabiliyyətli miqrantlardan gələn fayda, digər gözündə isə əcnəbilərə görə yerli əhali və hakimiyyət arasında narazılığın tədricən artması var.

Bundan, əsasən, inkişaf etmiş ölkələrdəki yerli əhali narahat olur. Statistikaya ötəri nəzər bunun niyə baş verdiyini izah edir.

Yüksək gəlirli ölkələrdə miqrantlar işçi qüvvəsinin 18,5 faizini təşkil edir, digər qruplarda isə onların payı 1,4 faizdən - 2,2 faizə qədərdir.

Eyni zamanda, miqrantların iş əldə etmə ehtimalı daha yüksəkdir: gələnlərin 70 faizdən çoxu iqtisadi cəhətdən fəaldır. Yerli əhali arasında isə bu rəqəm 60 faizdən aşağıdır.

Mənbə: BBC

OXŞAR XƏBƏRLƏR