Almaniyanın ən şimalı – Flensburg - ŞƏXSİ TƏCRÜBƏ

Almaniyanın ən şimalı – Flensburg - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 20 Dekabr 2018 14:50 702
Almaniyanın ən şimalı – Flensburg - ŞƏXSİ TƏCRÜBƏ

Salamlar hər kəsə..

Həmişə bu qrupdan yararlanmışam, düşündüm ki, indi də bura nəsə qazandırmaq vaxtıdı  Mən Almaniyada master təhsili alıram.. 1 şəhərdə yaşayıram, 2 şəhərə 1 günlük səyahət etmişəm.. təcrübələrimi bölüşmək istəyirəm..Flensburg – ilk danışacağım şəhər olacaq ki, Almaniyanın ən şimal şəhəridi.. Bura gəlməzdən əvvəl bəzi stereotiplərim vardı ki, çox kiçik və soyuq olması ilə bağlı..
Amma ki hər ikisində yanıldım deyə bilərəm, əgər yolunuzu bu kiçik və tarixi Alman şəhərindən salmaq istəyirsinizsə bəzi şeyləri bilmək lazımdı..
Flensburg Danimarka ilə 7 km sərhəddə yerləşən 89 min əhalisi olan bir liman şəhəridi.. amma bu liman çox dar olduğundan iqtisadi məqsədlərlə çox da istifadə olunmur.. Şəhərə ən yaxın böyük şəhər təxmin edə biləcəyiniz kimi Hamburgdu.. Hamburgdan bura Flixbuslar 4 saata və daha tez gələ bilir.. Qatar yollarından isə özləri də şikayət edir.. Flixbus daha məsləhətlidi..

48367679_1920405898013041_3106688795978760192_o
Şəhər Schleswig-Holstein torpağında yerləşir ki, bu əhalisi ən yaşlı və ən xoşbəxt olan Alman torpağı hesab olunur  Digər şəhərlərdən ən böyük fərqi təbii ki, dəniz və sərhəd olmasıdı.. Danimarkada qiymətlər çox baha olduğundan, Flensburg önəmli bir alış – veriş şəhərinə çevrilib.. Gəlib burdan alış – veriş edirlər..
Şəhərin insanda yaratdığı təəssürat isə tarixi bir kənddi sanki.. amma ki yaxşı mənada çünki şəhəri sanki meşənin içində gizlədiblər.. hədsiz çox yaşıllıq var.. hələ bizim campus ümumiyyətlə cənnətdi 
Şəhər mərkəzi çox kiçikdi.. elə çox məşhur tikilisi yoxdu, amma insanları çox gülərüzdü və şəhər az toxunulub, havası çoooox təmizdi.. Bakıdan gələndə ilk günlər nəfəs almaqda çətinlik çəkirdim 
Havası isə o qədər də soyuq deyil.. mən proqramda hər gün Munich, Milan ve Bakı ilə müqayisə edirəm.. Cənubdan bəzən isti çox vaxt isə bərabər olur.. Milandan və Bakıdan da isti olduğu günlər olur.. bu isti bu ilə özəl imiş..
İnsanları hədsiz gülərüz və dostcanlısıdı.. Hər gün şəhər küçədə hamı bir-birinə salam verir “Moin” deyə.. Bu Danish dilindən gəlmədi bu bölgəyə məxsusdu:)
Şəhər 1861-ə qədər Danimarkaya məxsus olduğundan mədəniyyətlərin vəhdətini görmək mümkündü.. şəhərdə Danish və Türk azlıqları var.. “Türkcə bilirsənsə Flensburg sənin evin kimidi”.. deyirlər 

48376348_1920406091346355_3697667486930436096_o
Şəhər Almaniya standartlarında ucuzdu..
Avropa standartlarında isə özləri dediyi kimi “super f*cking cheap”di
Bir neçə hotel və hostel var.. Güclü məlumatım yoxdu amma ki onlar da ucuz olmalıdı..
Bütün bunlardan əlave çox gözəl dəniz mənzərəsi var ki, hər şeyə dəyər  Restoranları da çox dadlıdı.. Balıq üstünlük təşkil edir təbii ki.. pivələri isə əladı..
“Flensburger” pivəsi isə çox məşhurdu və Almaniyada ən yaxşılardan sayılır.. Şəhərdə müasir şəhər anlayışı və abu havası yoxdu.. Bəzilərinə bu yad gəlir belə yerdə yaşamaq.. amma mənim xoşuma gəlir.. Velosiped dəlisidi.. hər şey yaxın olduğundan maşın mənasız gəlir bunlara.. hamının “yaylıq” bir kabrioleti var, o ayrı 
Velosiped dayanacağında boş yer tapmırsan heç.. Dirəklərə filan bağlayır insanlar.. Bu qədər.. Şimali Almaniyaya yolunuz düşsə, bura 1-2 gün ayırmağa dəyər
Bu arada Hitler Almaniyasının təslim müqaviləsini bağladığı bina da burda yerləşir, Nazi Almaniyasının son qərargahıdı..

Bizim insanların buranı eşitməməsinə səbəb isə bunlar Futbolu yox, Handball-u sevirlər. Məncə mənasızdı amma, hörmət edirik

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR