Alış-veriş cənnəti – ŞƏXSİ TƏCRÜBƏ

Alış-veriş cənnəti – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 26 Dekabr 2018 11:07 891
Alış-veriş cənnəti – ŞƏXSİ TƏCRÜBƏ

Hola Chicas y Chicos . Postumun əvvəlində onu bildirmək istəyirəm ki, çalışacam ki “Ağıllı” sözlər və cümlələrdən az istifadə edim ki səmimi bir yazı olsun. 24.11.2017 Andorraya gəldim. Barcelona (El Prat) hava limanına endikdən 3,5 saatlıq uzun bir yoldan sonra. Ad günümdən iki sonra ) Bir tərəfdən vətən həsrəti bir tərəfdən yerləşim, təzə iş ortamına uyğunlaşmaq həyəcanı və tədirginliyi və ən esası da uzun müddətli bir səfər olduğundan ilk günlər elə də xoş təəssürat bağışlamadı.
Andorra  əhalisi təxminən 80000 olan bu balaca ölkə (knyazlıq) İspaniya və Fransa’nın ortasında dağların arasında yerləşir . ( Şengen vizası olan hər kəs Andorranı ziyarət edə bilər.

1. Andorra Avropanın ən münasib ( € ) dağ -xizək kurortu sayıla bilər başqa bir üstünlüyü Avropanın ən günəşli xizək kurortu olmasıdır. Sürüşmə yolları ( mavi , qırmızı ve qara ) yeni başlamaq istəyənlər üçün və təcrübəli xizək sürənlər üçün ayrıdır . Xizək üzrə 2018 Avropa çempionatı, 2019 isə Dünya Çempionatı məhz Andorrada keçiriləcək .

28280053_1574467986000036_9111058782972092813_n

2. Shopping – Çox vaxtı Andorranı kiçik “Duty free” adlandırlar. Ərazisinin və əhalisinin o qədər də böyük olmamağına baxmayaraq Andorrada demək olar ki yox yoxdur. Shopping barəsində mən hər şey çox ucuzdu deməzdim. Əsasən də geyim- keçim. ayyaqabı demək olar ki İspaniya və Avropanın digər ölkələri ilə qiymətdə elə də fərqlənmir . Əsasən ətir, kosmetika və spirtli içkilər çox ucuzdu. ( 1 litrlik jack Daniels və ya Red Label endirim vaxtı 10-12 € almaq mümkündür və əlbəttə ki məşhur İspan və Fransız çaxırları 2-3 €-dan başlayan qiymətlər ilə) Həmçinin ətir və kosmetika da hətta duty free ilə müqayisədə daha ucuzdu. Ticarət mərkəzlərinin çoxu Andorra La Vellada yerləşir ( paytaxt , Avropanın ən yüksəklikdə yerləşən paytaxtı ). Alış verişdən söhbət düşmüşkən ərzaq və restoran qiymətləri haqqında da yazım. Ərzaq qiymətləri baha sayılmaz. Restoranlarda günün menyusu 10-12 € arasıdır .

28467734_1574473745999460_8058346985795391534_n

3. Tarixi yerlər Andorrada demək olar olar ki yoxdur ( Qəim Ordino şəhəri var, orda da diqqət çəkən elə bir bişey görmədim ). 200 km uzaqlıqda Fransa’nın Karkason şəhəri yerləşir ( qalalar şəhəridir, Robin Hood filmi bu şəhərdə çəkilib) Centre Termolúdic Caldea ( Masallıdakı isti suyumuzun yerin verməz ama bele pis deyil  )

28378315_1574472252666276_8974398872424230405_n

4. Andorranın öz ordusu yoxdur, Avropa birliyinə daxil deyil . Bəzi qanunları ciddi bir şəkildə Avropanın digər ölkələrindən fərqlənir . İçkili maşın sürmək olar 0,50 qədər ( yeni yarım şüşə çaxır içib sükan arxasına otura bilərsiz . Çox oldu cəza kəsirlər ( 150€ Çox təəssüf ki özümnən bilirəm). 0.85 çox olsa həbsxanaya düşürsən , Həbsxanadan söhbət düşmüşkən hal-hazırda 25 nəfər var içərdə . Ölkədə ağır cinayət hadisəsi demək olar ki yox səviyyəsindədir. Oğurluq, narkotik vasitələrindən istifadə və s. səbəblərdən içərdədirlər. Həbsxana demək olar ki hansısa bir 3 ulduzlu oteldən fərqlənmir. İdman kompleksi , hovuz , televizor var . Telefon və internetdən istifadə edə bilmirsən. Yeməkləri bəyənmirsənsə çöldən özünə yemək sifariş edə bilirsən. Andorrada vətəndaşlıq almaq mümkünsüz kimi bir şeydi 20 il bu ölkədə yaşamalısan. İnsanları çox mehribandı , ana dil Katalan dilidir İspan və Fransız dillərində başa düşən və danışanda çoxdur. Və ən əsas Andorranın ən gözəl yerlərindən sayılan bir yer daha var ki onu yazmıyacam . Mart ayının sonuna qədər Andorraya yolu düşən olsa şəxsən özüm göstərərəm ))

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR