Arzuların şəhəri - TORONTO

Arzuların şəhəri - TORONTO
Şəxsi təcrübə 26 Dekabr 2018 20:44 1064
Arzuların şəhəri - TORONTO

Amerika səfərinin ikinci bölməsi Kanada idi. Bəli, azərbaycanlıların hər cəhtlə köçmək istədikləri Kanada!

Vaşinqtondan Torontoya AirCanadanın 50 nəfərlik Bombardier CRJ-100 təyyarəsi ilə uçduq. Bu balaca hava gəmisi iki saat gecikmə ilə havaya qalxdı. Hardasa bir saat yarım sonra artıq Toronto üzərində idik, CN qülləsi illuminatorda canlanırdı. Toronto səmadan çox boz və maraqsız görünürdü.

 

Aprel ayı olmağına baxmayaraq hava günəşli və isti idi. Heç gözləmirdim!

Enişdən sonra dostum Səməd qarşıladı və airbnb ilə bron etdiyim evə getdik.

https://www.airbnb.ca/rooms/18125405 – 3 gecə 115 USD

Ev çox möhtəşəm idi.

Toronto Kanadanın Ontario əyalətinin paytaxtıdır, Ontario gölünün sahilində yerləşir. Şəhər nəhəng olsa da əhalisi cəmi 3 milyona yaxındır. Ona görə də genişlikdir 

İlk gün Torontonun Greek town adlanan ərazisini gəzdik. Bu Danforth və Main Street metrosunun arasındakı ərazidir. Həm də bu ərazi Torontonun ən qədim yerlərindən hesab olunur. Əsasən yunan restoranları ilə dolu bir ərazidir. Ümumiyyətlə yunanlar Kanadaya 19-cu əsrin əvvəlindən gəlməyə başlayıblar. Hazırda Kanadada 300 mindən çox yunanəsilli sakin var.

Növbəti gün plana əsasən kadim (köhnə) dostum Nurlanla (он же музыкант, он же Канадский гражданин) Niaqara şəlaləsinə gedəcəkdik. Əvvəlcə zapravka, yəni “zavtrak” eldik  Qeyd edim ki, Torontoda restoranlarda səhər yeməyi yeyirsinizsə kofe limitsizdir. Qidanın ölçüsü isə bir nəfərə görə çox böyükdür. ABŞ-da da belə idi. Uzun sözün qısası 2 saat sonra artıq Niaqaraya çatmışdıq. 140 km-lik yol çox qısa gəldi. Niaqaraya Torontodan avtobusla da getmək olar. Yolüstü nəhəng outlet də var. Yaxınlaşdıqda bu möcüzəni görməyə təlaşlanırdım. Birinci fake (yalançı) Niaqara görünür, sonra isə əsl möcüzəni görürsən. Şəlalə  Kanada-ABŞ sərhədində yerləşdiyi üçün ABŞ tərəfdən də görünür, amma Kanada tərəfdən 1-3 metr yaxınlıöına kimi gedə bilirsən. Maydan etibarən gəmi ilə şəlalənin altına tərəf tur götürmək olur, olduqca həyəcanlı atraksiondur. Ümumiyyətlə Niagara şəlaləsi ətrafında çoxlu sayda maraqlı əyləncəli atraksionlar və kafelər var.

Növbəti günlərdə Torontonun mərkəzində, şəhər aeroportu olan Billi Bişop aeroportunda oldum. Bu aeroport adada yerləşir və uçuşlar Kanada və ABŞ istiqamətindədir. Uçuş zolağı qısa olduğu üçün yalnız kiçik, 70 nəfərə qədər olan təyyarələri qəbul edir. Gölkənarı parkdan enən, qalxan təyyarələri izləmək çox maraqlıdır. Aeroporta getmək üçün gəmi və gölaltı keçiddən istifadə olunur.  Torontonun mərkəzi (downtown) olduqca səsküylü, canlı olsa da, bir az yuxarı doğru hissəsi çox sakitdir. İctimai nəqliyyatdan metro, tramvay və avtobus var. Bunlar hamısı TTC adı altında çalışır. Bir istiqamətə gediş kartla 3 dollar, kartsız 3.25 dollardır. Amma misal üçün, siz mərkəzdən Şimala doğru gedirsinizsə bir biletlə bir neçə nəqliyyat dəyişib öz lazım olan yerinizə qədər o biletdən istifadə edə bilərsiniz. Metro+avtobus+tramvay və ya Metro+avtobus+avtobus və s. Şəhərin ən qaynar hissəsi Yonge və King/Queen küçələrnin kəsişən hissəsidir, bura bir növ Times Square kimi yerdir. Yanında Eaton Centre AVM-də var. Çox nəhəngdir.

Tim Hortons

El arasında belə bir söz gəzir ki, kim “Tim Hortons”da (Timmi) kofe içərsə o kanadalı sayılır. “Tim Hortons” Kanadaya məxsus kofe hausdur. 1964-cu ildə xokkeyçi Tim Horton tərəfindən təsis edilib. Torontoda ən uzaq məsafədə olan Timmi 10-15 dəq piyada yolu qədərdir. Kofe 1.5 dollardan başlayır, Kanada üçün bu su qiymətidir  Kofedən əlavə dəmlənmiş çay (Steeped tea) və çoxlu sayda şirniyyatlar və sendviçlər də olur. Ən məşhur kofesi “double double”dır. Bu adi kofedir, sadəcə içinə iki şəkər, iki krem əlavə olunur.

Torontoda son günümüzdə Nurlan bizi beysbol oyununa apardı. İlk dəfə idi gedirdim. Ürəgim üzüldü Amma oyunun qaydasını biləndən sonra maraqlı gəlir. Beysbol Kanadada hokkeydən sonra ikinci məşhur oyundur. Toronto haqqında abu qədər.

 

Mənbə: Azikiss.me

OXŞAR XƏBƏRLƏR