Leqonun vətəni – Danimarka - ŞƏXSİ TƏCRÜBƏ

Leqonun vətəni – Danimarka - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 27 Dekabr 2018 13:11 754
Leqonun vətəni – Danimarka - ŞƏXSİ TƏCRÜBƏ

Kopenhagendə, eyni fonda Danimarkada gördüklərim:

1) Danimarkalılar sözün həqiqi mənasında qonaqpərvərdirlər.
Gələn turistlərə, öz vətəndaşları kimi hörmət bəsləyirlər. İstənilən sayda sualı, istənilən şəxsdən soruşanda, gülərüzlüklə və məmnuniyyətlə cavablayırlar. Neçə dəfə şahidi oldum ki, hansısa marşurutu necə tapacağımı, hansı yerə necə gedəcəyimi soruşanda, sənə izah edir, hətta yolundan dönüb səninlə bəlli məsafəyə gəlib sonra geri – yollarına davam edirlər. (Almaniyada çox az belə hallar gördüm.)

21013972_1406775019439608_6353390414718981940_o

2) Danimarkada dükanlarda, alış-veriş yerlərində, nağd pul olaraq avro qəbul etmirlər. Ancaq Danimarka valyutasi ilə ödəniş etmək olur. Kredit kartları istisna. Avro və dollar kredit kartları ilə problemsiz ödəniş etmək olur. Bunun üçün də mərkəzi stansiyasında 10-a yaxın valyutadəyişmə köşkləri var və pulları rahat daniş valyutasına dəyişdirə bilirsən.

3) Şahidi olmadığım və əksiklik olaraq gördüyüm isə, avtobus və metro stansiyalarında, marşurutların hansı vaxtlarda çıxması haqda cədvəllərin və marşurutların hərəkət sxemlərinin olmaması idi. Misal üçün, ayın 23-də olan Copenhagen-Qarabağ matçını səhifəmdə canlı yayım etdiyimə görə, stadiondan çıxandan az sonra telefonun və PowerBank-ın enerjisi bitdi. Stadiondan 25 dəqiqə məsafədə olan otelə, 1.5 saata ancaq çata bildim. Əgər stansiyalarda marşurut xəttləri və çıxma zamanları olan sxem və cədvəllər olsaydı (ən əsası sxemlər), o qədər zaman sərf etməzdim. Ondan bundan soruşaraq yollarda qalmazdım.

21056128_1406766649440445_5447094107916683735_o

4) Gəzib görüləsi çox gözəl və tarixi yerləri var. Kopenhagenə gedən, ən azından 1 saatlıq (6 avro) qayıq turlarından istifadə etməsi yaxşı olar. Qayıqda bələdçi hər addımda ətrafda olanlar haqda hər cür məlumatları eyni anda həm danimarkaca həm də ingiliscə mikrofonda səsləndirirdi. Beləliklə şəhər haqqında ümumi məlumatlara və təsəvvürə sahib olursan.

5) Mənə görə, Danimarkada təhlükəsizlik xidməti, Almaniyaya görə nisbətən daha yaxşı idi. Çünki Danimarka sərhəddinə çatan anda, eyni anda 5-6 polis marşuruta daxil olaraq tək-tək bütün sərnişinlərin pasportunu və s. kontrol edir. Ondan sonra ölkəyə daxil olmaq olur. Sərhəddən keçəndən sonra, elə bil öz ölkəndə yaşayırsan. Yolun ortasında, qatar stansiyalarında və s. polislər saxlayıb sənədləri kontrol etmirlər. Ancaq Almaniyada əksinədir. Çünki hansısa Avropa ölkəsindən Almaniyaya daxil olanda kontrol və s. olmur, ancaq stansiyalarda, yaxud əlində xəritə harasa getmək üçün yollar axtaranda, polislər yaxınlaşıb sənədləri tələb edirlər. Bu da turistləri daha çox narahat edir. Sərhəddə bir dəfə kontrol olarsa, ölkə daxilində insanları hər addım-başı polislərin yoxlayışına gərək olmaz. Hər dəfə polislərin yaxınlaşması həyəcanını yaşamazlar.

21015832_1406766799440430_6923813297929709612_o

6) Danimarkanın başqa şəhərlərində belə olub-olmadığını bilmirəm, bəlkədə fərqlidir. Ancaq bunlar məhz Kopenhagendə gördüklərimdir. Hər-halda ölkə boyunca bu cür sistem var.

7) Axırda Almaniyaya qatarla gələndə, Almaniya sərhədinə son 45 dəqiqəlik yolu gəmi ilə gəlməyin ayrı ləzzəti oldu. İnsanlar həm gəminin, həm də insanların təhlükəsizliyinə görə qatardan düşürülüb gəmiyə mindirildi. Gedəndə avtobusla (64 avro) getdim deyə 11 saatlıq yol oldu, qayıdanda qatarla (76 avro) 8 saat çəkdi. Danimarkada, bircə marşurutların hərəkət və vaxt cədvəllərini hər stansiyada assalar, Almaniyadakı təhsilimdən sonra, masteri Amerikada yox, Danimarkada etməyi düşünərəm. 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR