Pakistan azərbaycanlı tələbələrə pulsuz təhsil şansı verir: “Amma əvvəlcə düşünsünlər”

Pakistan azərbaycanlı tələbələrə pulsuz təhsil şansı verir: “Amma əvvəlcə düşünsünlər”
Təhsil və karyera 28 Dekabr 2018 18:35 626
Pakistan azərbaycanlı tələbələrə pulsuz təhsil şansı verir: “Amma əvvəlcə düşünsünlər”

Son illərdə xaricdə təhsil təqaüd proqramları gənclərin əsas diqqət mərkəzindədir.

Belə proqramlar vasitəsilə  müxtəlif ölkələrdə təhsil alan tələbələrin  müəyyən xərcləri qarşılanır.

Bu təqaüd proqramlarından biri də Pakistan İslam Respublikasının İslamabad COMSATS  Universitetində 2019-2020-ci tədris il üzrə ayrılıb.

Maraqlıdır, görəsən, oxumaq üçün adətən, ABŞ və Avropaya maraqlı olan gənclərimiz  orada  təhsil almaqla  Azərbaycan  təhsilinə nə qazandıra bilərlər?

Seyyah.az bununla bağlı mütəxəssislərin fikrini öyrənib:

Xaricdə təhsil məsələləri üzrə mütəxəssis Həsən Əliyev bildirib ki, Pakistan dövlətinin 2025-ci ildə təhsil hədəflərinə  əsasən  ölkədə oxuyan   əcnəbi  tələbələrin sayını  yüksəltməyi hədəfləyir:

“Pakistanın   gələcəkdə  təhsil ölkəsi olmaq,  xüsusilə Banqladeş və monqolustanlı tələbələri cəlb etmək məqsədləri var.

Pakistan bu siyahıya Azərbaycanla dostluq münasibətlərini genişləndirmək  üçün  ölkəmizi  də əlavə etdiyini  düşünürəm.  

Hazırda  İslamabad  şəhərində yerləşən COMSATS universitetində  magistratura və doktorantura pilləsi üzrə pulsuz təhsil və yaşayış imkanları var.

Magistratura pilləsi üzrə təhsil 1,5  və ya 2 il nəzərdə tutulub bəzi proqramlarda isə 2,5 ildir. Universitet ölkədə əsasən tibbi sahəsi  üzrə  güclü  araşdırmaları  ilə seçilir. Xüsusilə genetika, mikrobiologiya sahələrini  qeyd etmək olar”.

Ekspert vurğulayıb ki, tələbələr Pakistanda oxumağa  qərar vermədən öncə ölkənin yaşayış  şəraiti və sosial imkanlarını da dəyərləndirmələrini  məsləhət görərdim.

“Pakistan   Avropa  ölkəsi deyil,  tələbələr orada təhsil almalarının nə dərəcədə düzgün olduğuna  qərar versinlər. Onu da qeyd edim ki, Pakistanın  azərbaycanlılara  münasibəti olduqca yaxşı və dost- canlıdır. Orada yaşadıqları zaman  digər xarici tələbələrdən daha çox müsbət reaksiyanı görəcəklər”.

Xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev  açıqlaması zamanı bildirib ki, xaricdə təhsil almaq tələbələrin dünyagörüşünün inkişafına müsbət təsir göstərir:

“Xaricdə oxumaq tələbənin dünyagörüşünü inkişaf etdirməsi baxımından yaxşı seçimdir. Bu ölkə Pakistan olsa belə... Pakistanda tələbələrin  mühəndislik, tibb üzrə ixtisaslarda  təhsil alması gələcəkdə onlar üçün böyük faydası ola bilər”.

Mənbə: AzEdu

OXŞAR XƏBƏRLƏR