Daha 241 nəfərə Azərbaycan vətəndaşlığı verilib - SƏRƏNCAM

Daha 241 nəfərə Azərbaycan vətəndaşlığı verilib - SƏRƏNCAM
Xaricdə iş və miqrasiya 30 Dekabr 2018 09:46 1305
Daha 241 nəfərə Azərbaycan vətəndaşlığı verilib - SƏRƏNCAM

Prezident İlham Əliyevin 241 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı Sərəncamın icrası ilə bağlı Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

DMX-dən Seyyah.az-a bildiriblər ki, Xidmətin rəisi Vüsal Hüseynov həyatlarında ən unudulmaz günlərdən birini yaşayan tədbir iştirakçılarını Azərbaycan vətəndaşı kimi şərəfli və məsuliyyətli adı daşıyacaqları ilə əlaqədar təbrik edib.

Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın dinamik inkişaf edən ölkələri sırasında yer alan Azərbaycanın tamhüquqlu vətəndaşı olmaq böyük fəxr və xoşbəxtlikdir. Son illər respublikanın sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə bütün sahələrinin dinamik inkişafı, ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində yaradılan münbit şərait Azərbaycana istirahət etmək, yaşamaq və işləmək üçün gəlmək istəyən əcnəbilərin sayının artmasına səbəb olub.

V.Hüseynov diqqətə çatdırıb ki, dünyada tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycanın vətəndaşlığını əldə etmək şərəfinə nail olmaq istəyən şəxslərin də sayında artım müşahidə olunur. Xidmət rəisi 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Sonra vətəndaşlığa qəbul olunan 233 nəfər və bərpa edilmiş 8 şəxs təntənəli şəraitdə dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq, Azərbaycanın dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR