Vatikan – muzeylər - ŞƏXSİ TƏCRÜBƏ

Vatikan – muzeylər - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 3 Yanvar 2019 09:17 928
Vatikan – muzeylər - ŞƏXSİ TƏCRÜBƏ

Romaya və Vatikana səfər edib muzeylərə pul ödəməyim və pulum cibimdə qalsın deyirsinizsə nəzərinizə çatdırım ki, hər ayın ilk bazar günü Romada olan muzeylər, hər ayın son bazar günü, saat 09-14:00 aralığında isə Vatikanda olan muzeylərə giriş pulsuzdur. İndiyə kimi qrupda Vatikan haqqında bir çox post görmüşəm və bir çoxunda Vatikan üçün xeyli miqdarda pul ödədiklərini yazıblar. Onu deyim ki, Vatikanı gəzmək üçün heç də 50-60 avro pul ödəmək lazım deyil.

48355928_352050902248054_3890886975971917824_n

Vatikan muzeyi və Sistine Şapelinə giriş qiyməti 17 avrodur, Postun sonunda göstərəcəyim saytlardan online rezervasiya edib sıra gözləmədən gəzə bilərsiz. Online rezervasiya üçün əlavə 4 avro ödəmmək lazımdır. Tələbələr üçün endirimli qiymət 8 avrodur. St Pietro Bazilikasına giriş pulsuzdur, qarşısında xeyli növbə olur, bunun üçün səhər saatlarında gedib növbəni 15-20 dəqiqəyə keçmək olur. St Pietro Bazilikasının ən yuxarı hissəsində olan qübbəyə qalxıb möhtəşəm Vatikan mənzərəsini görə bilərsiz.

Buraya çıxmaq üçün girişdə 5 avro ödəyib 550 pillə qalxmaq lazımdır və yaxud 7 avro ödəyib pillələrin ilk 230-nu liftlə qalxa bilərsiz. Amma əsas çətinlik elə növbəti 320 pillədə olduğu üçün boşuna 2 avro əlavə ödəməyin. Sona doğru keçid çox darlaşır və eyni anda 1 nəfər ancaq irəli hərəkət edə bilir. Bizim qarşımızda yaşlı insanlar qalxdığı üçün son 50 pilləni bəlkə də yarım saata qalxdıq. Zirvəyə çatdıqda isə insan heyran olur. Möhtəşəm Vatikan mənzərəsi ayaqlar altında olur. Mənzərəyə heyran olub burada ən az 1 saata yaxın vaxt keçirdim.

48370535_352050475581430_4395936423736246272_n

Vatikanda mütləq görülməsi yerlərdən biri Sistine şapelidir. Rafael, Leonardo da Vinci, Caravaggio kimi məhşur sənətkarların əsərlərini, Michelangelonu şapelin tavanına çəkdiyi portretləri gördükcə adamın ağzı açıq qalır. Dan Brown kitablarının fanatısınızsa Vatikan səyahətini tam başqa hisslərlə və gözlə edəcəksiniz. 1932-ci ildə memar Giuseppe Momo tərəfindən hazırlanmış spiral nərdivanlar isə əsl foto çəkiləsi yerdir. Vaxtınız varsa Vatikanı qaranlıq düşdükdən sonra da görün. Səyahətiniz zamanı Vatikana ən az 1 gün vaxt ayırın. Vatikan səyahətinin tək mənfi tərəfi hər yerdə insan selinin olmasıdır. 0.44 km² ölçüsü ilə dünyanın ən balaca ölkəsi hesab edilən Vatikan hər il 5-6 milyon aralığında turist qəbul edir. Sonuncu Vatikan səyahətindən yadımda qalan bunlardır, əlavə suallarınız varsa cavablaya bilərəm.

http://www.museivaticani.va/content/museivaticani/en.html) (https://biglietteriamusei.vatican.va/musei/tickets/do…

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR