Litvanın gənclik mərkəzi – Kaunas - ŞƏXSİ TƏCRÜBƏ

Litvanın gənclik mərkəzi – Kaunas - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 7 Yanvar 2019 14:21 874
Litvanın gənclik mərkəzi – Kaunas - ŞƏXSİ TƏCRÜBƏ

Hər kəsə salam. Əziz Gəzəyənlər. Bu postda sizə Kaunas,Lithuania haqqında danışacam (Uzun olacaq ). Bütün lazımlı məlumatları bu postda görə bilərsiniz. Şəkillərlə isə daha real vəziyyətlə tanış olacaqsız. Mən özüm bu şəhərə Oktyabr ayından gəlmişəm hazırda da burdayam. Öncə onu deyim ki, küləksiz və soyuqdur.

49126952_1071509183030385_7313404199197212672_o

Əhali haqqında – Əhalisi 288,466 nəfər təşkil edir. Rəsmi dillər Litvancadır, hansı ki, ən qədim və çətin dillərdən hesab olunur. Yaşlı nəsil rusca danışır başa düşür amma özlərini sənə işi düşmədikcə rusca istifadə etmir. Məsəl üçün sən ondan yol soruşsan sənə öz dilində cavab verəcək amma hər hansı məhsulu satırsa sən rusca soruşursansa o saat rusca danışırlar. Çox qatı şovunist millətdir. Çox tənbəl millətdir hətta övladlarına ad fikirləşməyə belə tənbəllik edib təkrar adlardan istifadə edirlər. Qadın adları əsasən *Birute,Kamile,Migle və Agne* və kişi adları isə *Andirius,Jonas* kimi adlar təşkil edir. Bir binada yaşayan insanların ən azı 15-20 nəfər eyni adları daşıyır. Amma ki, əcnəbi tələbələrə qarşı qonaqpərvərdilər. Şəhərin əsas gəliri xarici tələbələrdən və əsasən də İndian tələbələrdən gəlir. Hətta bir azərbaycanlı tələbə və bir indus tələbə ilə müqayisə olunsaz əgər əmin olun ki, uduzarsınız. Çünki gəlir mənbəyi təhsildəndir bu şəhərin. Digər gəlir isə Bakıda mağazalarda gördüyünüz Kaunas smetanları və ağartı məhsullarındandır

49649120_1071508463030457_3368415775055413248_o

Nəqliyyat– Şəhəriçi əsasən trolleybus, avtobus, mikroavtobuslardan təmin edilib. Şəhərlər arası isə Ecolines, Eurolines və qatarlar təşkil edir. Tələbələrə ölkədaxili daşımalarda 50% endirim var.

Alış-veriş – Ölkədə ən öndə gedən ərzaq və qismən geyim mağazalar şəbəkəsi Maxima, İKİ və Lidl-dır. Kaunasın özündə shopping mallar az olsa da çox genişdir. Mega Mall və Akropolis daha sonra isə kiçik Molas mall var. Mağazada aldığınız hər plastic içkilərin üzərinə 10 cent deposit ödəməlisiniz. Daha sonra isə onu recycle etdikdən sonra həmin pulu geri götürüb yenidən mağazada istifadə edə bilirsiniz. Və Urmas adlı bir yer var eyni bizim Binə Sədərək.

49135443_1071508873030416_1332079360915537920_o

Migration – Əgər siz bu ölkəyə vətəndaşlıq üçün müraciət etmək istəyirsinizsə bir çox options olacaq qarşınızda (Təbii ki, ən rahatın evlilik düşünməsəniz). Yaxud sizin keçmişdə hər hansı bir yaxın qohumunuzun bu ölkədə vətəndaşlığı olubsa, bu ölkə üçün hər hansı xeyirli bir iş görübsə sizə üstünlük veriləcəkdir. Bu şərtlər yoxdursa o zaman ən azı 5 il bu ölkədə qalmalısınız və daha sonra vətəndaşlıq üçün müraciət edib rəsmi dillərində biliyinizi yoxladıqdan sonra sənədlər də qaydasındadırsa daimi oturum izni veriləcəkdir (Permanent Residence Permit). Müvəqqəti oturum izni (Temporary Residence Permit) müraciət etmək istəsəniz vizanızın bitməsinə ən azı 4 ay qalmış müraciət edə bilərsiniz.

49051919_1071508749697095_4730598162316656640_o

Gəzməli yerlər – Şəhər o qədər də turistik bir yer deyil hətta camping istəsəniz çətin tapa bilərsiniz. Keçmiş qalalar, rus ordusu tərəfindən əsir götürülmüş əsgərlərin saxlanıldığı türmə, kilsələr və abidələri görə bilərsiniz (Kaunas Castle, Kaunas Town Hill, Ninth Fort etc.). Daha ətraflı isə aşağıdakı şəkillərə nəzər yetirin. Sona qədər oxudunuzsa təşəkkür edirəm

48402852_1071509299697040_770454031242887168_o

P.S. Bu əhaliyə kimsə bizlərdən bir tələbə dolmanın toyuq ətindən hazırlandığını inandırıb (çox güman ki, pul qutaran vaxta düşüb) indi inandıra bilmirəm ki, qardaş yarpaq dolması toyuq ətindən olmur 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR