Fransa – Paris - ŞƏXSİ TƏCRÜBƏ

Fransa – Paris - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 9 Yanvar 2019 11:07 785
Fransa – Paris - ŞƏXSİ TƏCRÜBƏ

Fransa.. Paris.. Səbəbi nədir bilmirəm, amma ən çox gormək istədiyim, ən cox gəzmək istədiyim bu olkə idi – Fransa. Qismət oldu gördüm, qismət oldu gəzdim.
Var xəyallar, var həqiqət. Hansı ki, bəzi arzularımız reallaşmadığı müddətcə bizə çox gözəl, izaholunmaz dərəcədə valehedici görünür. Bəzən bu xəyallar həqiqətə çevrildiyi zaman əvvəlki cazibəsini itirir və qədrini bilmədiyimiz sıradan bir şeyə çevrilir. Nəyinsə xəyalını sevə bilirik, həmin xəyalimiz həyatımızda yaşandığı zaman isə bizə maraqlı görünmür. Hətta buna aid məsəl də var; “Kolumb Amerikanı tapdığında xoşbəxt olmadı, axtararkən xoşbəxt idi”.

49530650_2026602984085651_2989628981289943040_n
Səyahət zamanı ilk qorxduğum bu idi. Şəhərin fikrimdə olandan çox aşağılarda olma ehtimalı. Sevinirəm ki, tam əksi oldu. Bunda səyahətimin yeni il ərəfəsinə düşməsinin də rolu var. Şəhər öz normal gözəlliyindən də bir üst səviyyədə idi.
Eyfel qülləsi – Paris deyildiyi zaman ilk ağıla gələn. Gözəl idi. Ama qüllədən daha çox şəkillərdən görməklə kifayətlənməli olduğum qülləyə toxunacaq qədər yaxınımda olması və qüllənin ən üst hissələrindən şəhəri izləmək daha gözəl idi.
Louvre muzeyi – Dünyanın ən böyük sənət müzeyi. Verilən məlumata görə 58000 dən çox ekspozisiyanın saxlandığı bir muzey. Kənardan baxanda kiçik şüşəli piramida, içində isə tam bir xəzinə. Xəzinə dediyim böyük coğrafi və tarixi nümunələr kolleksiyası.
Bu muzeydə ən çox görmək istədiyim Leonardo Da Vinçinin “Mona Lisa” tablosu idi. Öncədən Da Vinçinin həyatı və tablo haqqında geniş məlumata sahib idim. Məsələn, mən tablonun 1500-cü illərdən bəri var olduğunu bilir və 500 ildən çox yaşı olan bu tablonu böyük şövq və diqqətlə izləyirdim.
Paris Notr-Dam kilsəsi – şəhərin mərkəzində yerləşir və paytaxt şəhərin simvollarından hesab olunur. Təqribən 70-80 m hündürlüyündə bir memarlıq abidəsi. Aldığımız məlumatlara görə Napoleonun tacqoyma mərasimi və Fransanın bir çox tarixi şəxsiyyətlərinin dəfn mərasimi bu kilsədə keçirilmişdir.
Kilsə mənə illər əvvəl oxuduğum dahi fransız yazıçısı Viktor Hüqonun eyniadlı romanından tanış idi. Yazıçının bu romanı sayəsində kafedral dünyanın ən tanınmış abidələrindən birinə çevrilib.

49693360_2026604410752175_7916357314804711424_n
Əlavə olaraq Məşhur Sena çayı, Disneyland, Molmartre, çox sevdiyim sənətçi Ahmet Kayanın məzarını ziyarət və bunlar kimi bir çox gözəl yerlər, yaddaşa həkk olunan silinməz izlər.
Gəzməli-görməli yerlərindən ziyadə yerli əhalinin nəzakətli rəftarı, soruşulan ünvanı izahla kifayətlənməyib özlərinin də həmin ünvana qədər bizimlə bərabər gəlməsi, gülərüz,kübar, mehriban rəftar. Turistə daha nə lazımdır ki?!)
Bir həftəlik yeni il səyahəti və gecəli-gündüzlü gəzinti. Gecəsi ayri gözəl, gündüzü ayrı.
Paxıl bir insan deyiləm, gözəl hissləri hər zaman hər kəsin yaşayabilməsini istəmişəm. Məncə, bir dəfəlik də olsa avropa səyahətiniz olacaqsa bu Paris olsun.
Çünki, Paris sevgi şəhəridir. Sevginin özü, sevgilidir. Deyərdim, Paris evlənməli qıza oxşayır dünya şəhərləri içərisində.

P.S Səyahət dostumun fikri idi və böyük arzularımdan birinin həyata keçməsində əvəzsiz rolu oldu. Bərabər gözəl, əyləncəli bir səyahət keçirdik və arzusunda olan hərkəsə gedib görməsini, gözəl anları doya-doya yaşamasıni arzulayırıq.

… Oxuyan gözləriniz var olsun!

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR