"MH Travel" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 10 Yanvar 2019 19:53 297
"MH Travel" işçi axtarır - VAKANSİYA

SMM Menecer                                

Vəzifələr:

- Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsi 
- Hazırlanmış kontentin web sayt, sosial mediya və blog-a yerləşdirilməsi 
- Hazırlanmış kontentin sosial mediyada təşviq (promote) edilməsi və bu sahədə kreativ fikirlərə malik olmaq 
- Kontentin yerləşdirildiyi yerlərdə (web sayt, sosial mediya və blog) istifadəçilərlə qarşılıqlı əlaqənin (user interaction) inkişaf etdirilməsi üçün 100% cavablandırmanın təmin edilməsi 
- Siz kontentin inkişaf etdirilməsində daima yeni ideyaları təklif etməli və kifayət qədər sərbəst işləməyi bacarmalısınız 
- Bəzi hallarda şirkətin çap məhsullarının qrafik dizaynı

Tələblər:  

- Social Media Marketing (SMM) üzrə bilik və təcrübə 
- Qrafik dizayn qabiliyyəti (Photoshop, Illustrator və CorelDRAW) 
- Əla səviyyədə Azərbaycan, Ingilis, Rus dili bilikləri 
- Sosial şəbəkələrdə maksimal "interaction" əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti 
- Bakalavr dərəcəsi mütləqdir 
- Eyni vaxtda bir neçə layihəni məhdud vaxt çərçivəsində operativ yerinə yetirmək qabiliyyəti 
- Vicdanlı, enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli 
- Komandada işləmək qabiliyyəti

Əlavə olaraq müsbət qarşılanacaq qabiliyyətlər:

- İngilis dili biliyi 
- SEO bilikləri 
- Wordpress ilə işləmək qabiliyyəti 
- Minimal IT bilikləri
- İş qrafiki: Həftə içi: 10:00-18:00, Şənbə günü: 10:00-15:00, Bazar günü: istirahət günü

Uyğun namizədlərdən şəkilli CV formalarını  info@mhtravel.az  email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı  qeyd olunmaqla göndərməkləri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR