Səyahət əhvalatı – Vilnüs - ŞƏXSİ TƏCRÜBƏ

Səyahət əhvalatı – Vilnüs - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 14 Yanvar 2019 14:35 765
Səyahət əhvalatı – Vilnüs - ŞƏXSİ TƏCRÜBƏ

Gəlin sizə təxminən 2 il əvvəl getdiyim Vilnius səfərimdən danışım. Bir az uzun çəkə bilər, üzrlü hesab edin.
Avropada oxuyanlar bilər universitetləri olan hər şəhərdə Erasmus Student Network (ESN) adlı təşkilat olur ki,xarici tələbələr üçün tədbirlər, səfərlər təşkil edirlər. Rigada oxuduğum vaxtlar idi, dostlarım xəbər verdilər ki, bəs noyabrda iki günlük Litva səfəri təşkil edirlər, yolpulu hostel, səhər yeməyi daxil 60 euro. Sevinə-sevinə razılaşdıq Rigada tanıdığımız, tanımadığımız Erasmuslu tələbələr hardasa 50 nəfər birlikdə gedəcəyik, əyləncəli olacaq, razılaşmaz olaydıq 

Səfərin ilk hissəsi pis keçmədi, avtobusda uşaqlarla deyə-gülə 4 saat filan yol getdik, Trakai adası deyilən yer var, Vilniusa çatmamış, gölün ortasında xudmani adadır ortasında da orta əsrlərə aid qala. Getdik qalanı gəzdik, şəkil zad çəkdirdik, yola düşdük Vilniusa. Şimal ölkələrində hava tez qaralır deyə saat hardasa 5 idi artıq qaranlıq idi biz Vilniusa çatanda, hava da buz kimi, buna baxmayaraq başladıq şəhərin qədim hissəsini gəzməyə, Uzupis adlı maraqlı bir yer var (şəkildəki yer) bizim içəri şəhər kimi yerdir, şəhərin içində süni balaca respublika qurublar guya, divarda 40 maddədən ibarət konstitusiya. Hər kəsin isti suyla çimmək haqqı var zad 

21366758_1618376714860618_1354755392221835241_o

Müsibət bundan sonra başladı. Məlum oldu ki, ESN xərcləri ucuz gəlsin deyə şəhərdəki ən ucuz hostellərdən birini tutub, “5 Euro” hostel-adı üstündə hostel də dəmir yol vağzalının yanındadı, hansı ki, alkaş ruslar zad doludur oralarda, ən pisi də odur ki, biz şəhərin mərkəzindən ora kimi ayaqla getməliyik, avtobus yoxdur. 50 nəfərin 50-si də yorğun, soyuq adamı kəsir, təxminən 1 saat yolu piyada getdik. Bütün yolu da xəyal edirik ki, hostelə çatanda rahatlayacağıq. Hostelə çatdıq…hostel nə hostel… it iyi verir, içi də dolu hər cürə əndrəbadi adamlar, alkaşlar zad, hamısı da bizim 50 nəfərlik qrupa mənalı-mənalı baxır. Hosteli işlədən özü də elə bil Pablo Eskobarın əmisi oğludur 

Qalacağımız otağa gətirdilər, ilahi, elə bil Somali qaçqınlarının müvəqqəti saxlanım məntəqəsi, böyük bir zalda matrasları atıblar yerə, kim harda yatdı-yatdı, nə qapı var nə locker zad. Mən, türk, fransız, alman qızlar da daxil olmaqla 5-6 qız özümüzü öldürdük ki, belə yerdə yatammarıq, dedilər yaxşı sizi aşağı mərtəbədə 6 nəfərlik otağa göndərərik. Razılaşdıq, daha bilmirdik ki, bizi orda nə gözləyir, səssiz bir koridor, 4-5 otaq, biz koridora girən kimi üzündən əyyaşlıq yağan, bomjdan bir az fərqli rus kişilər çıxıb bizə “Ooo devoçki krasivıe” zad deməyə başlamadılarmı, qorxudan ölürük, gecəylə burda təcavüzə uğrasaq yuxarıdakıların ruhu da duymaz  Gecəni necə yatmışıqsa,qorxudan qapının dalına şkafı zadı çəkib qoymuşuq, çünki gecə ara-sıra “Devoçki,otkroyte” deyib qapımızı tıqqıldadırdılar. Getsin o gecə gəlməsin. Natəmizlik bir yandan, pis bir mühit bir yandan…çətinlik insanları yaxınlaşdırır deyirlər, alman, fransız qlzlarla əziz bacı olmuşuq uje, ağlayıb qucaqlaşmaq zad  Yuxarıdakı zalda yatan uşaqlar da deyirdi ki, səhərə kimi telefonumuzu, kaşloyukumuzu əlimizdə tutub yatmışıq ki, soyulmayaq 

Nəysə, səhəri gün it sifəti ilə yola düşdük ordan Kaunasa. Elə bir az gəzmişdik ki, bir leysan yağış başladı, kəsmək də bilmir, bizi geriyə aparacaq avtobus da şəhərin o biri ucunda, məcburən piyada getməliyik, təpədən-dırnağa su içində, buz kimi havada 3-4 kilometr yol getdik avtobusa qədər.
Rigaya çatanda artıq ikinci dünya müharibəsindən sağ çıxan yəhudi əsirlərə oxşayırdıq… Məşəqqətli iki gündən sonra bir həftə xəstə yatdım… Bu da mənim Litva səfərim…. 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR