Fransa – İsveç səyahəti - ŞƏXSİ TƏCRÜBƏ

Fransa – İsveç səyahəti - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 24 Yanvar 2019 13:39 778
Fransa – İsveç səyahəti - ŞƏXSİ TƏCRÜBƏ

Biraz uzun olacağ amma mütləq oxuyun
Fransa& Sweden

İlk öncə Paris

Ümumilikdə məni bura gəlməyimə peşman eləməyən şəhər. Hər məkanında tarix yazılan şəhər. Əlbətdə hər kəs kimi məni də cəlb eləyən birinci mənzərəsi “Eiffel Tower”idi. Amma tək Eyfel qülləsi ilə möhtəşəm deyil bu şəhər. Luvr muzeyində “Mona Liza” əsərini görmək, Nortre-Dame kilsəsində axşam göstərilən şou da ən azı Eyfel qülləsini görmək qədər gözəl idi. Bura gəlib mütləq gedilesi yerlərdən biri də Parisin ən yüksək yeri olan Montmartre binası .Buradan möhtəşəm panarama açılır şəhərə. Bu abidəyə yaxınlaşmadan öncə isə ətəyində yerləşən “Mən Səni Sevirəm” yazısının 310 dildə yazılmış Lövhəyə baxmalısız. Bizim kəlimə çox yuxarıda olmadığı üçün rahatlıqla şəkil çəkdirə bilersiz.

40099472_2009363389083992_7929204597074165760_n

Təbii ki, “Zəfər Tağı”nı unutmaq olmaz hec vaxt. Deyilənə görə Dünyanın ən uzun küçəsi sayılan bu küçədə bir tərəfdəki Zəfər Tağı”dan digər tərəfdəki “Zəfər Tağı”na yorucu olsa da çətin deyil. Gələk gəzintidə ən çox növbə gözlədiyimiz(1saat 40 dəq) “Versallies” sarayı. Bu sarayın digər saraylardan fərqi ondadır ki, yaradılışında hec bir dənə də olsun tualetin olmaması. Səbəb isə Kral ve ziyalı ailesi ürəkləri hara istəsə təbii ehtiyaclarını edə bilər və bunu xadimələr təmizləmədilər. Buna görə də illərlə saraydan iy əskik olmayıb. Zaman keçdikcə qoyulub tualet 4-5 ədəd əlbətdəki.  Amma turistlik baxımından yalnızca bu sarayı deməzdim. Sarayın arxasında “in the Garden” var. Məncə bu sarayın özündən də möhtəşəmdir . Gəzməklə 1 saat 30 dəqiqəyə nəzərdə tutulmuş bu Bağ bir sözlə “Möhtəşəmdir”. Gecə əyləncələri və diskoteka clublar da öz yerində. 

40065073_2009363299084001_7797718180511612928_n
Qeyd edim ki mən layihə ilə getmisdim amma reklam xarakterli olmasın deyə adını yazmıram.
Layihə bitdikdən sonra isə qrupdan 3 nəfərlə (2 qız 1 mən) razılaşıb “Orsay” muzeyinə getdik. Bir sözlə “AMAZING PARİS” 

İngilis dilində anlayışım olsa da danışmaqda çətinlik çəkirdim və buna görə də çox aktiv biri olsam da sakit gəzirdim, amma buna baxmayaraq təşkilatdan çox sevdiyim gözəl dostluqlar qazandım əlbəttə məni də sevən oldu  və o dostlarımı hec bir zaman unutmayacağam.

2) Keçək Sweden-Stockholm

Bu ölkədə isə təmtək gəzmişəm Gəzintiyə baslamadan öncə Ali Isgandarov ve Firuz Nasirov dedikləri yerlərin siyahısın tutmuşdum. Hər ikisinə təşəkkür edirəm

İsveç  ümumilikdə məndə xoş təəssürat yaradan ölkə. Ölkənin 70%-i ağaclardan və 11 adanı birləşdirən ölkə. Milləti havası kimi soyuq olsa da, lazımı anda insana kömək eləməyi bacaran bir xalqdır . İsveçlilərin demək olar 100%-i ingiliscə bilir və hətta demək olar ingilislər kimi mükəmməl danışırlar. Bura Avropanın ən az siqaret çəkilən ölkəsidi.Normalda sağlamlıqlarına düşkün olduqları üçün maşın yerinə velosipeddən çox istifadə edirler. Amma bir o qədər də pivə düşkünüdülər. Qızlı oğlanlı hər kəs pivə içir, həm də yanında heçnə olmadan. Çox dəqiq xalqdır. Bunu avtobus, metro, tramvay, gəmi xətlərinin tam vaxtında gəlməsindən anlamaq olur.Qeyd edimki 1 həftəlik Sel Kart turist üçün mükəmməldir. Ümumilikdə 10 metro xətti saydım. Əlbəttə daha çoxdur amma rəng xətti olaraq 10 rəngdi. Hamısında information işləyən işçilər var turistlər üçün soruşub getməyə və adları da stansiyalarda qeyd olunub. Metro və avtobusları olduqca komfortludu.Avtobusları gecə də işləyir.
Bəzi kommunal xərclər baha olsa da, ölkədə su pulsuzdur və su olduqca şirin içməli sudur. Hətta tualetə get ordan iç suyu. Ona görə ölkədə mağazadan su alan yoxdur demək olar ki.
Gəziləsi yerlərdən ən başda gələn Təbii ki Wasa Gəmi Museyidi
1628-ci ildə Gustav Wasa tərəfindən tikdirilən Wasa gəmisi. O zamanların texnikasını nəzərdə tutsaq yaradılması hardasa mümkünsüz olan bu gəmi üzərində hər savaşçısı üçün məna daşıyan naxışlardan ibarətdir. Savaş üçün nəzərdə tutulan gəmi 1200 Ton ağırlıqında və 70 metr uzunluğunda Gəmilərin ən güclüsü olacaqdı. Amma kral gəminin daşıya biləcəyindən daha da çox top olmasını istədi və gəmidə tarazlıq pozulduğu üçün gəmi savaşa girmədən sahildən uzaqlaşdıqdan 15 dəqiqə sonra batır. Gəminin 98% hissəsi original vəziyyətdə sudan çıxarılır, muzeyə yerləşdirilir və günümüzədək originallığını qoruyur. Hal hazırda İsveçin ən çox ziyarət edilən Tarixi muzeyidir.

the-vasa-museum_rectangle

Daha sonra Gamla Stan
Gamla Stan . 13cü əsrdə qurulan bu yer ən köhnə şəhəri. Bizim Bakı Soveti kimi. Köhnə əsrlik çeşmələri ilə məşhur Gamla Stan. Turizimin mərkəzi. Skandinaviya dövləti ölkələr bölündükdən sonra Skandinaviyanın mərkəzi sayılır Gamla Stan. Tam yanında isə Nobel Muzeyi var. Alfred Nobel qaqamız öləndən sonra vəsiyyət edib ki millətə xeyri faydası toxunan hər bir icada görə həmən adama onun adına mükafat verilsin və öldüyündən bu günə kimi müxtəlif sahələrdə (Kimya, Fizika və s) verilir. Çox uzun uzadı danışmayım artıq
Ölkədə Təbii ehtiyacların ödənməsi isə tam pulsuzdur və hər yerdə var, yanında velosiped sürənlərin təkəri doldurması üçün hava şlanqı da qoyulur. Burada istədiyiniz qədər türk var. Xüsusən də Konya Kulu-ları.
Amma bağışla məni turistlik baxımından Fransaya çata bilməzsən İsveç  Mən Fransa ilə müqayisədə yaşamaq üçün İsveçi, gəzmək üçün Fransanı seçərəm 

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR