Wroclawda Yeni il və (Krakov) Ölüm düşərgəsinə səyahət - ŞƏXSİ TƏCRÜBƏ

Wroclawda Yeni il və (Krakov) Ölüm düşərgəsinə səyahət - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 25 Yanvar 2019 13:59 813
Wroclawda Yeni il və (Krakov) Ölüm düşərgəsinə səyahət - ŞƏXSİ TƏCRÜBƏ

Wroclawda Yeni il və Ölüm düşərgəsinə səyahət
Xərclər barədə:
Bakı- Tbilisi(15azn) – Kutaisi(12 azn)  Kutaisi – Tbilisi – Bakı = avtobusla gedsəz bu təxminən 55 manata başa gələcək.
Təyyarə bileti : 65 euro (130 manat)WizzAir (Kutaisi – Wroclaw – Kutaisi)
Otel: 2 gun Wroclaw ( Trio Hostel) + 2 gun Krakow ( Aparhotel Pergamin) = 1 nəfərçün = 56 + 50 azn = 106 azn
Wroclaw – Krakow = Flixbus = gediş-gəliş = 37 azn
Visa rüsumu = 35 euro ( 70 azn)
Airportdan gecə olduğu üçün şəhərə Uber Taxi = 5 euro ( 10 azn)
Krakow- Auschwitz – Krakow = 30 zloty = (14 azn)

Ümumi:
Wroclawda Şəhərin görməli yerlərinin əksəriyyəti bir-birinə yaxın olduğu üçün transportdan istifadəyə ehtiyac yoxdu. Wroclaw – Polşanın tələbə şəhəri kimi tanınır. 2016-cı ildə Avropanın Mədəniyyət Paytaxtı elan edilib.

Wroclaw town square

Görüləsi 1-2 yer barədə:
Ostrav Tumski – və ya Kathedrallar adası kimi də tanınır. Tumski Bridge vasitəsilə adada olan kilsələrə baş çəkə bilərsiz. Maraqlı bir şey yoxdu zatən.(mənimçün),
Elizabeth kilsəsi – şəhəri bütünlüklə görə biləcəyiniz nöqtə. Giriş üçün qapıda elə 7 zloty ( təxm 3 man) ödəməyiniz gərək. balaca pilləkanlarla qalxmaq məcburiətində olsaz belə ordan görünən mənzərəyə görə dəyər məncə.
Rynek ( Bazar) və ya Market Square – şəhərin mərkəzi meydanı.

əsas məsələ Krakowa – açığı Auschwitz-ə görə şəhəri o qədər də gəzməyə vaxt olmadı.
Ümumiyyətlə kamp Krakowdan 60 km aralıda yerləşdir. Krakow bus station ( Krakow MDA adlanır) 15 zloty ödəməklə (bir tərəfli) kampa rahatlıqla bələdçisiz gedə bilərsiz.
2ci dünya müharibəsi başlamamışdan qabaq köhnə adıyla Oświęcim şəhəri əhalisinin yarısının yəhudi olduğu 14 minlik bir şəhər olub. Kampa gəlincə isə düşərgələr 2 xüsusi yerə bölünüb ki bunlar da bir-birindən o qədər də aralıda deyil. Avtobuslar var ki, pulsuz rahatlıqla gedə bilərsiz. Auschwitz I – ilk vaxtlarda burada əsirlər tək-tək qətlə yetirilsədə sonralar qaz kameraları quraşdırılıb.Burada həmçinin insanlar üzərində tibbi tədqiqatlar da aparılıb. Digər kamp Birkenau kampı kimi tanınır-ən böyük hissə hesab olunur. Nasistlərin saxladığı ən böyük əsir kampı olan Auschwitzdə təxminən 1.1 milyondan
( 90%ni yəhudilərin təşkil etdiyi) artıq insan öldürülüb. Böyük əksəriyyəti gəldikləri ilk günlərdə qaz kameralarına doldurulaq məhv edilib, sonra isə cəsədləri yandırılb. Deyilənlər görə qaz kameraları xüsusi hamam formasında tikilirdi ki, insanlarda panika yaratmasın.(hətta duş falan da yerləşdirilmişdi). Ümumiyyətlə daha geniş informasiyam olmasa da bu haqda çəkilən filmlərə baxıb bu barədə info əldə edə bilərsiz. Bura qədər həvəslə oxuduğunuz üçün təşəkkürlər!

krac1

Wroclawdakı şəkilləri yerləşdirə bilmədim) Onu da ayrı postda)

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR