"ZD Travel" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Təhsil və karyera 25 Yanvar 2019 21:31 895
"ZD Travel" işçi axtarır - VAKANSİYA

ZD Travel 2002-ci ildə təsis edilmiş və bu müddət ərzində Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) akkreditasiyasından keçmiş, Azərbaycanda qabaqcıl turizm şirkətlərinin birinə çevrilərək Azərbaycan və dünyanın istənilən ölkəsində istirahət və biznes səyahətlərinin təşkilində aktiv və yenilikçi şirkət olaraq tanınır.

ZD Travel hazırda Müştəri Xidmət Mərkəzinə Resepşn vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir:

Vəzifə və öhdəliklər:

• Müştərilərin və qonaqların qarşılanması və müvafiq şöbə ilə əlaqələndirilməsi; 
• Gələn məktubların qəbul edilməsi, yönləndirilməsi və şirkət tərəfindən məktubların göndərilməsi;
• Telefon zənglərinin və mailların cavablandırılması və lazımi şəxslərə yönləndirilməsi;
• Qonaqların gülərüz qarşılanması, onların müvafiq qeydiyyatının aparılması;
• Gündəlik hesabatların hazırlanması;

Namizədə olan tələblər:

• Yaş həddi 20 – 35
• Dil bilikləri: rus və azərbaycan dili mütləqdir (ingilis arzuolunandır);
• Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq; 
• Word, Excel, Outlook və digər Microsoft Office proqramları biliyi;

Şirkətin təqdim etdiyi üstünlüklər və şərtlər:

• Korporativ nömrə;
• Mehriban kollektiv;
• AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;

Əmək haqqı və iş qrafiki müsahibə əsasında müəyyən ediləcəkdir.

Bu vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə HR@zdtravel.az  elektron ünvanına mövzu hissəsində Resepşn qeyd etmək şərti ilə göndərə bilərlər.

Müraciət üçün son tarix: 10.02.2019

OXŞAR XƏBƏRLƏR