Türkiyədə magistr dərəcəsi üzrə oxumaq istəyənlərdən bu imtahan tələb olunur - QAYDALAR

Türkiyədə magistr dərəcəsi üzrə oxumaq istəyənlərdən bu imtahan tələb olunur - QAYDALAR
Təhsil və karyera 28 Yanvar 2019 10:02 65
Türkiyədə magistr dərəcəsi üzrə oxumaq istəyənlərdən bu imtahan tələb olunur - QAYDALAR

Gənclərin müxtəlif xarici ölkələrdə təhsil alması üçün bir sıra beynəlxalq imtahanlar tələb olunur. Dünya universitetləri imtahan əsasında xarici ölkələrdən tələbə qəbul edirlər.

Seyyah.az bu dəfə YDS  imtahanı haqqında zəruri məlumatları təqdim edir:

YDS Türkiyə Cümhuriyyətinin keçirdiyi Xarici Dil Səviyyə müəyyənetmə imtahanıdır. Bu, sertifikat kimi təhsilin bütün mərhələlərində tələb olunan sənəddir.

Türkiyədə magistr üçün ALES-dən əlavə YDS imtahan nəticələri də tələb olunur.  YDS (Yabancı Dil Sınavı) Türkiyədə ildə 2 dəfə mart və sentyabr aylarında keçirilir.

YDS nəticəsi 5 il müddətinə etibarlıdır və bir neçə dəfə imtahan vermisinizsə, ən yüksək topladığınız nəticə əsas hesab edilir.

YDS (Yabancı Dil Sınavı) imtahanında kimlər iştirak edə bilər?

Dosent, həkimlik və incəsənətdə təhsilini davam etdirmək istəyən namizədlər;

Magistr mərhələsində oxumaq istəyən bakalavr proqram məzunları;

Bakalavr proqramının III və IV kurs tələbələri, magistraturanı bitirib doktoranturanı oxumaq istəyənlər;

“Tıpta Uzmanlık Sınavı” (TUS), və ya “Diş Hekimliği Uzmanlık Sınavına” (DUS) girmək istəyən namizədlər.

Qeyd edək ki, YDS imtahan nəticəsi bütün universitelər üçün keçərli deyil.

Mənbə: AzEdu

OXŞAR XƏBƏRLƏR