Avropadakı tələbəmiz: “Sevgi məsələlərindən başım çıxmır, dolma və şəkərbura üçün darıxıram” - MÜSAHİBƏ

Avropadakı tələbəmiz: “Sevgi məsələlərindən başım çıxmır, dolma və şəkərbura üçün darıxıram” - MÜSAHİBƏ
Təhsil və karyera 2 Fevral 2019 16:04 60
Avropadakı tələbəmiz: “Sevgi məsələlərindən başım çıxmır, dolma və şəkərbura üçün darıxıram” - MÜSAHİBƏ

“Azərbaycan müəllimi şagirdlərə kritik və akademik düşünməyi, onlara hadisələri analiz etməyi və fikirlərini sərbəst şəkildə ifadə etməyi öyrətməlidir”.

Bunu Seyyah.az-a müsahibəsində Macarıstanda  oxuyan gənc soydaşımız Tofiq Bayramov deyir. 

Tofiqlə  müsahibəni təqdim edirik:

Öz dilindən dosye:Tofiq Bayramov 27 dekabr 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimin ilk 6 ilini 212, son 5 ilini isə 45 nömrəli orta məktəbdə almışam. 2013-cü ildə  ADA Universitetinə qəbul olmuşam. Təhsilimin bakalavr səviyyəsini 2018-ci ildə   bitirmişəm. Hazırda isə Macarıstanın Szeged Universitetində Beynəlxalq Biznes və İqtisadiyyat fakültəsi üzrə  magistr təhsili alıram.

-Tofiq, Macarıstanda təhsil almaq bir çox gənclərin arzusudur. Bəs, səni   ölkənin hansı özəllikləri cəlb etdi?

 -Macarıstanın Szeged Universiteti  ən güclü ali təhsil müəssisələrindənbiridir. Tədrisin yüksək səviyyədə olması  buranı seçməyim üçün önəmli faktor oldu. Amma bununla yanaşı, Macarıstanda nəzəri biliklərimi zənginləşdirməkləbərabər,  praktiki cəhətdən də özümü inkişaf etdirmək şansım var. Bu faktor da seçim edərkən önəmli idi. Burada dünyanın tanınmış şirkətlərində təcrübə proqramlarına daxil olmaq daha asandır. Ölkə kimi isə onu vurğulaya bilərəm ki, Macarıstanın coğrafi mövqeyi həm iqtisadi, həm də siyasi baxımdan çox perspektivlidir. Onu da qeyd edim ki, macarlar  çox gözəl xalqdır və ilk 4 ay ərzində onlarla ünsiyyət saxlamaq, mədəniyyətləri ilə yaxından tanış olmaq çox xoş oldu.

-Azərbaycanda ADA Universitetində bakalavr pilləsində təhsil almısan. Macarıstanda daxil olduğun universitetlə Azərbaycandakı ali təhsil müəssisələri arasında nə kimi fərqləri müşahidə etdin?

-Macarıstanın Szeged Universitetində ilk semestrdir ki, oxuyuram. Hələ ki, ilk semestrobyektiv müqayisə üçün tam kifayət etmir. Amma onu deyim ki, ADA-da aldığım təhsil Szeged Universitetində ilk semestr işimin çox asanlaşmasında əsas faktor oldu. Yəni, Szeged Universitetindəki təhsil sisteminə hazır vəziyyətdə gəlmişdim. Amma, əlbəttə ki, bura Azərbaycanın digər ali təhsil müəssisələrinin çoxundan daha yüksək səviyyədə təhsil verir: dərslər  ingilis dilində keçirilir, müəllimlər dünyanın məşhur universitetlərinin məzunudurlar.

Buradakı müəllimlərin  savad və təcrübələri bizim daha dapüxtələşməyimizdə önəmli rol oynayır. Başqa bir önəmli faktor isə beynəlxalq təhsil mühitinin içində olmaqdır. Oxuduğum fakültədə 10-dan çox ölkədən 70-ə yaxın tələbə təhsil alır. Onlarla ünsiyyətdə olub, qrup işlərini hazırlamaq dünyagörüşümü zənginləşdirir və müxtəlif mədəniyyətlərlə tanış olmağıma zəmin yaradır. Təəssüf ki, Azərbaycanın bir çox universitetində belə təhsil mühiti hələ mövcud deyil.

-ADA Universitetində yüksək vəzifəli şəxslərin övladları da  təhsil alır.Universitetdə oxuduğun müddətdə onlarla ünsiyyət yaratmaqda çətinlik  yaşayırdın?

-Xeyr, çətinlik çəkmirdim. Çünki, insanlarla daha çox özlərinə görə ünsiyyət qururam,  ailələrinin hansı vəzifələrdə olması məni maraqlandırmır. Onu da qeyd edim ki, mənim üçün  ən önəmli şey qarşımdakı insanların xarakter və düşüncə tərzidir.

-Macarıstana ilk getdiyin zamanlarda rastlaşdığınçətinliklərdən danışardın…

-Macarıstana gəldiyim ilk zamanlarda  ailəm və yaxın dostlarımdan bu qədər uzaq qalmaq çətin oldu. Amma artıq yeni mühitə alışıram. Əlavə olaraq qeyd edim ki, yemək bişirməyi öyrənmək də ən böyük çətinliklərimdən biri idi.(gülür)

-Səncə, dünyada böyük iş görənlər hansı ixtisasın sahibləridir?

-Bu suala birmənalı cavab vermək mənim üçün asan deyil. Amma fikrimcə, müxtəlif ixtiralar, müxtəlif elmi təcrübələr aparan, yeni kəşflər edən alimlər ən böyük ixtisas sahiblərindən biridir. Təkcə, XVIII əsrdə CeymsVottun kəşf etdiyi buxar mühərriki müxtəlif maşın avadanlıqlarının yaranmasına və iqtisadiyyatın çox sürətlə böyüyüb hazırki, səviyyəyə çatmasına zəmin yaradıb. Belə çoxlu nümunə gətirmək mümkündür.

-Macarıstana yeni gedəndə "cultureshock" ( mədəniyyət fərqinin yaratdığı şok effekti) yaşadın?

-Macarıstanda gəldiyim ilk zamanlarda “cultureshock” yaşamadım.  Bəzi məsələvə hadisələri təəccüblə qarşılasam da, bunu "Cultureshock" adlandırmaq düzgün olmaz... Ümumiyyətlə, insanların müxtəlif mədəniyyətlərə və etika dəyərlərinə tolerantlıq göstərilməsinin tərəfdarıyam. Ona görə də  ilk semestrdə Macarıstan mədəniyyətinə müəyyən qədər adaptasiya ola bildim.

“Bəzi universitetlərdə müəllim heyəti həddən artıq yaşlıdır və onların çoxu cavan kadrlarla əvəz olunmalıdır”.

-Səncə, Azərbaycan təhsilində  nələrin dəyişməsinə ehtiyac var? Yəqin ki, “hər şey mükəmməldir”deməyəcəksən....

-Əlbəttə, yox… Çünki, dünyada mükəmməl heç nə yoxdur. (gülür) Təhsilimizdə SSRİ dövründən qalma dərs metodu və imtahanlar artıq mövcud reallıqla uzlaşmır. Bəzi universitetlərdə müəllim heyəti həddən artıq yaşlıdır və onların çoxu cavan kadrlarla əvəz olunmalıdır. Tədris müəssisələrində dərslər daha interraktivkeçirilməlidir.  Universitetlərdə  dərs keçirilən zaman yalnız müəllimlər   leksiya deməli deyil, tələbələr də fəal iştirak etməlidir.  Dərsi fəal şəkildə keçirilməsi üçün müxtəlif oyunlar və ya “workshop”lar təşkil oluna bilər. Amma bunu da vurğulamaq lazımdır ki, son illərdə bir çox universitetimizdə təhsil səviyyəsi inkişaf etməkdədir. Ümidvaram ki, bu inkişaf daha da sürətlənər.

-Maraqlıdır,Macarıstanda 1ay ərzində nə qədər xərcin çıxır? Əcnəbi tələbələr üçün “part-time” -  iş yeri nə dərəcədə var?

-Macarıstanda 1 ay ərzində 200 avroya yaxın xərcim olur. Szeged şəhərində  ingilis dilində iş tapmaq çox çətindir. Amma Budapeşt şəhərində öz ixtisasıma uyğun iş tapmaq  daha asandır. Budapeştdə çoxlu məşhur şirkətlər fəaliyyət göstərir və onlar internetdə müxtəlif vaxtlarda təcrübə proqramlarına aid elanlar verir. Tələbələr elanlara müraciət edərək“part-time” işləmək şansı  əldə edərlər.

-“Azərbaycanlı müəllim...” zəhmət olmasa cümləni tamamla

-Azərbaycan müəllimi öz şagird və ya tələbələrini vətənpərvər ruhda öyrətməklə yanaşı, onlara ətrafımızda baş verən vacib hadisələrlə əlaqəli məlumatlar verməlidir. O,  şagirdlərə kritik və akademik düşünməyi, onlara bu hadisələri analiz etməyi və fikirlərini sərbəst şəkildə ifadə etməyi öyrətməlidir. Azərbaycan müəllimi dərsləri müasir metodlarla keçməlidir. O, elə bir aura yaratmalıdır ki, tələbələr onun dərslərini qiymətə görə yox, öyrənmək naminə oxumalıdır.

-Hər tələbənin izləməli olduğu  hansı film,kitab, serialı  məsləhət görə bilərsən?

-Zövqlər müxtəlifdir, çünki, bəyəndiyim bir çoxlarının xoşuna gəlməyə bilər. Amma  düşünürəm ki, hər tələbə Lev Tolstoy, Erix Mariya Remark, Cek London kimi yazıçıların əsərlərini oxumalıdır. Filmlərdən isə “Godfather, Amelie”, “TheRemains of the Day”, “Legends of theFall”-ı hər kəs izləməlidir.

-Alman yazıçısı  Erix Mariya Remark hesab edirdi ki, qadınlar sevəndə ağıllanırlar, amma kişilər başlarını itirirlər. Səncə, də belədir?

-Düzünü desəm,  bu məsələlərdən başım çıxmır.(gülür) Amma onu qeyd edim ki,  bu, insan cinsinə yox, xarakterinə görə dəyişir. 

-Tofiq, bəsMacarıstanda təhsil əcnəbi tələbələrə  nə qazandırır?

-Macarıstanda təhsil əcnəbi tələbələrə savad,  təcrübə və geniş dünyagörüş qazandırır. Belə bir söz eşitmişdim ki,  insan özünü inkişaf etdirmək istəyirsə, həm çoxlu kitab oxumalı, həm də, çoxlu səyahət etməlidir. Macarıstanda bu ikisini eyni anda etmək imkanına malikəm. Məhz bu faktor  da mənim şəxsiyyət kimi formalaşmağımdamüstəsna rol oynayır.

-Hər bir tələbənin gələcək üçün  müəyyən hədəfləri olur. Gələcəkdə hansı böyük layihəni gerçəkləşdirmək istəyirsən?

-Çox istərdim ki, Azərbaycanda müasir standartlara cavab verən və beynəlxalq bazarlarda rəqabət apara biləcək kompüter, smartfonlar və s. hazırlayan şirkət yaradım. Belə uğurlu layihələr nəticəsində Azərbaycanın neftə və qaza olan tələbatı da zəifləyər və iqtisadiyyatımız daha çox şaxəli olar. Ümumilikdə isə istərdim ki, vətənimə, ailəmə layiq bir həyat yaşayım və onlara qarşı olan borcumu layiqli şəkildə qaytarmağa çalışım.

-Macarıstanda başına gələn maraqlı əhvalatlardan danışa bilərsən?

-Öncə qeyd edim ki, futbol həvəskarıyam. Bir dəfə serbli tələbə yoldaşım dedi ki, məşhur  SrvenaZvezda komandasi Subotitsa şəhərinə gəlir. Biz də  3 nəfər 45 dəqiqəlik  yolu  maşınla getdik. Nəhayət çatdıq, Serbiyaya  vəSpartakSubotitsa - SrvenaZvezda oyununa baxdıq. Bununla da   şəhəri azca gəzmək imkanım oldu. Deyərdim ki, həmin an mənim üçün unudulmaz macəra idi.

 -Tofiq, bəs orada ən çox nədən ötrü darıxırsan?

-Macarıstanda ən  çox ailəm və yaxın dostlarım üçün darıxıram.  Onu da qeyd edim ki,  yarpaq dolması və şəkərbura üçün də darıxıram.(gülür)

-"Facebook" və bu kimi sosial şəbəkələr tələbə və müəllim kütləsinin sosiallaşması üçün ideal vasitədir, amma...” - zəhmət olmasa cümləni tamamla

-Sosial şəbəkələrdən çox istifadə etməyimiz onlardan müəyyən dərəcədə asılı olmağımıza gətirib çıxarır.

-Boş zamanlarını necə dəyərləndirirsən? Ümumiyyətlə, macar gənclər asudə vaxtlarını necəqiymətləndirirlər?

-Boş zamanlarımda film izləməyi, idmanla məşğul olmağı və kompüter oyunları oynamağı xoşlayıram. Bizlərlə müqayisədə macarların asudə zamanlarını keçirməsindəçox fərq yoxdur. Amma bir fərq kimi onu deyə bilərəm ki, onlar ev “partiləri” keçirməyi xoşlayırlar.

-Oxuduğun Szeged Universitetinin özünəməxus fərqli adətləri var?

-Szeged Universitetininözünəməxsus adətlər kimi müxtəlif tədbirlərin təşkilini nümunə göstərmək olar. Beynəlxalq Yemək Tədbiri və Mədəniyyət Tədbiri bu nümunələrə aiddir. Tədbirlərdə müxtəlif xalqlara mənsub tələbələr öz ölkələrinin irsi, mədəniyyəti, mətbəxi və ənənələri haqda müxtəlif digər nümayəndələrə  informasiya verirlər.  Universitetin fakültə binaları müxtəlif yerlərdə yerləşir. Şəhərin 160000-dən çox olan əhalisinin 21000-dən çoxu tələbədir. Yəni, şəhərin, demək olar ki, çox  nöqtəsində Szeged Universitetinə aid binalar digərlərindən daha çoxdur. Onu da qeyd edim ki, şəhərin hər nöqtəsində Szeged Universitetinin tələbəsini görmək mümkündür.

“Hər bir gəncə tövsiyəm odur ki, xaricdə təhsil alsın”

Macarıstanda təhsil almaq istəyən gənc həmyerlilərimizə nə tövsiyə edərdin?

-Gənc həmyerlilərimizə tövsiyə edirəm ki,  Macarıstana gəlmədən öncə  mədəniyyəti və tarixi ilə maraqlansınlar. Macarların nədən xoşları gəlib-gəlməməsini öyrənsinlər ki,   "Mədəni şok" yaşamasınlar. İlkin çətinliklərdənqorxmasınlar, çünki burada təhsil almaq onlar üçün həyatlarının unudulmaz, xoş bir macərası olacaq. Burada təhsili bitirənlər  müstəqil və həyatlarında nəyi istədiklərini bilən, özünə güvənən savadlı və dünyagörüşü artmış məzun olacaqlar.

Hər bir gəncə tövsiyəm odur ki, xaricdə oxusun. Fikrimcə, bu təcrübə onları müstəqil həyata tam hazırlayır. Amma müəyyən müddət xaricdə yaşadıqdan sonra Azərbaycana qayıdıb,öyrəndiklərini burada tətbiq edərək  cəmiyyətə töhfə versinlər. Beləliklə, vətənə qarşı borcumuzu da müəyyən dərəcədə ödəmiş ola bilərik.

Mənbə: AzEdu

OXŞAR XƏBƏRLƏR