Bu günki gündə sərvətinizi göstərmək üçün bir ada və ya gəmi almaq lazım deyil- ehtiyyat pasportu əldə edə bilərsiniz. Seyyah.az xəbər verir ki, Bloomberg, vətandaşlığın satın ala biləcəyiniz ölkə siyahısını tərtib edib. Doğrudur, bu adi insanların cibinə görə deyil.
Vətəndaşlıq məsələləri ilə məşğul olan Henley Partners konsaltinq şirkətinin rəhbəri Xristian Kalinin sözlərinə görə, zəngin insanlar öz ölkələrində bir inqilab vəziyyəti baş verdikdə və ya başqa bir ciddi tənəzzül vəziyyətində təhlükəsizliklərini təmin etmək üçün belə addım atırlar.
Gəmiləriniz və təyyarələriniz varsa, satın almaq istiyəcəyiniz növbəti şeyMalta pasportu olacaq. Bu yeni bir statusun simvoludur.
Birləşmiş Ştatlar da daxil olmaqla, bir sıra ölkələr müəyyən bir meyarlara cavab verdikdə insanlara vətəndaşlığı verməyə hazır olurlar. Bununla belə, dünyanın 10 ölkəsi vətəndaşlıq almaq kimi bir lüks təqdim edə bilir: əksəriyyətölkəyə bir başa investisiya yerləşdirməklə, əmlak almaqla və ya yerli bizneslə məşğul olmaqla ala bilir. Onlardan səkkizi dəniz zonasında yerləşir, lakin Kalinin sözlərinə görə alıcıları vergidən yayınma ehtimalı deyil, sabitlik cəlb edir
Xatırladaq ki, Ukraynalılar Estoniyada açıq şirkət sayında əcnəbilər arasında liderdir. Bu, ölkənin elektron vətəndaşlıq almaq üçün sadələşdirilmiş prosesin tətbiqi əsasında mümkün olub.